İslam hüququnda qadının şahidliyi
361
cinsini də içinə alır, hətta mərifə/müəyyən olmaması şərti ilə müfrəd müzəkkər (kişi
cinsinin tək forması) də qadın cinsini ehtiva edir.
39
Hənəfilər nikahda, talaqda/boşamada və ricətdə
40
bir kişi ilə bərabər iki qadının
şahid olmasını caiz görürlər. Halbuki Talaq surəsinin 2-ci
ayəsində boşama ilə əlaqəli
olaraq (مكنم لدع يوذ اودھشاو) “Aranızdan ədalətli iki kişini şahid göstərin” buyurulur.
Buradan da görülür ki, Hənəfilər müzəkkər təsniyə (kişi cinsinin ikilik forması) olan
يوذ kəlməsinin təğlibi ifadə etdiyini qəbul etmişlər. Bu izah niyə zina və iftira
haqqında olan ayələr üçün verilməsin?!
İbn Qəyyim (v. 751/1350) də bu ayənin həm kişilərə həm də qadınlara şamil
olduğunu digər ayələrlə
41
isbat edir.
42
Yuxarıdakı ayələrdə keçən (ةعبرا) “dörd” kəlməsi şahidlərin sayını ifadə etdiyi
üçün nisabda dörd şahid şərt qoşulmuşdur. Bu səbəblə bu görüş sahibləri,
43
qadınlar
şahid qəbul edildiyi təqdirdə (bir kişinin əvəzinə iki qadın olacağı üçün) şahid sayının
ayədəki “dörd” nisabını keçəcəyini söyləyərək, bunu nəssə zidd görmüşlər.
44
Ancaq
Hənəfilər yuxarıdakı ayə
45
iki şahiddən
bəhs etməsinə rəğmən nikahda, talaqda və
ricətdə bir kişi ilə bərabər iki qadının şahidliyini qəbul edirlər. Beləliklə bu
davalardakı şahid sayı üç olur. Bu görüş nəssə zidd deyilmi?!
46
Bununla yanaşı
davalarda şahid sayının üst həddi yoxdur.
Yenə qadının şahidliyindən bəhs edən ayədə şübhə ifadə edən bir şərtin olması
da hədd və qisas davalarında şahidliklərinin qəbul edilməməsinə səbəb olaraq irəli
sürülmüşdür. Ayəninin tərcüməsi belədir:
“Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir.
Əgər
biri unudarsa, o birisi onun yadına salsın.”
47
Cumhur bu ayəyə istinadən qadınların şahidliyinin kişilərin şahidliyindən bədəl
48
olduğunu söyləmişdir. Bədəl də hədlərdə kəfalət və vəkalət kimi caiz deyil.
49
Bu görüş sahibləri “əsl
50
imkan daxilində ikən onun yerinə keçəcək olan bədəldən
uzaq durulmalıdır” ümumi qaydasından hərəkət etmişlər. Hər nə qədər bir kişi ilə
39
Abdulkərim Zeydan,
əl-Mufassal fi əhkamil-Mərə, Muəssətur-Risalə, Beyrut 1994, IV, s. 171-183.
40
Rici boşamadan sonra müəyyən müddət ərzində nikahı söz və ya fel ilə davam etdirməkdir (Mehmet
Erdoğan,
e.a.ə., s. 181).
41
Məsələn: سدسلا هملاف
ةوخا هل ناك ناف (Əgər
ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi
altıda birdir) ən-Nisa, 4/11. Ərəb dilində “ixvətun” kəlməsi “qardaşlar” mənasına gəlməsinə rəğmən bu
ayədə bacıları da ehtiva edir.
42
İbn Qəyyim,
e.a.ə., I, s. 81.
43
Hənəfilər də bu görüşdədir.
44
Fatma Köksal,
e.a.ə., s. 111, (İbn Qudamənin
Muğni adlı əsərindən nəql edilmişdir).
45
ət-Talaq, 65/2.
46
Qarşılaşdır: İbn Hazm,
e.a.ə., IX, s. 400-401.
47
əl-Bəqərə, 2/282.
48
Bir şeyin yerini tutan və yə onun əvəzinə verilən əşya. Qarşılıq, əvəz (Mehmet Erdoğan,
e.a.ə., s. 48).
49
Kəsani, Əlauddin Əbu Bəkr ibn Məsud,
Bədaius-Sanaiu, tdq. Əli Məhəmməd Muavvad, Adil Əhməd
Abdulmevcud, Darul-Kutubil-İlmiyyə, Beyrut 1997, IX, s. 54.
50
Bir məsələdə əsas alınan xüsus. Bədəlin antonimi.
Əmir Kahayev
362
bərabər qadınların şahidliyi, iki kişinin şahidlik edə bilməsindən asılı olmayaraq caiz
olsa da, bədəl olduğu üçün şübhəlidir. Hədd davalarında da şübhəyə səbəb olan
halların davanı düşürməsi səbəbilə qadınların şahidliyi caiz görülmür.
51
Musa Carullah Bigiyev Bəqərə surəsinin 282-ci ayəsi haqqında
bu deyilənlərə
cavab olaraq bunları qeyd edir:
“Ayə şəhadətlə deyil, istişhad ilə əlaqəlidir. (Yəni qadının şahidlik edib-
etməyəcəyi ilə əlaqəli deyil, şahid kimi məhkəməyə çağırılıb-çağırılmayacağı ilə
əlaqəlidir.) Bununla yanaşı, ayə şəhadətin əda anı ilə deyil, təhəmmül anı ilə
əlaqəlidir.
52
Əks təqdirdə ayədəki “şahidlər dəvət olunduqları zaman boyun
qaçırmasınlar” ifadəsinə ehtiyac qalmazdı. Belə bir cümlə, şahid olunan bir hadisə ilə
deyil, şahidlik etmək üçün çağırılmaqla əlaqəlidir.
Bununla bərabər iki qadının şahidliyi bir kişinin şahidliyindən bədəl deyil. Bədəl
olsaydı, “əsl” mövcud ikən iki qadının şahidliyi caiz olmazdı. Bədəl olsaydı, “əgər iki
kişi olmazsa” kimi varlığı və yoxluğu birlikdə bildirən bir ifadə yerinə, sadəcə
yoxluğu bildirən bir təbir seçilərdi. İki qadının şahidliyi bir kişinin şahidliyindən bədəl
olmazsa, buradan hərəkətlə iki qadının əskikliyindən bəhs etmək də mümkün olmaz.
Ayrıca, ayədə keçən “onlardan biri unudarsa, o birisi onun yadına salsın”
cümləsi
illət/səbəb bildirən şərt cümləsi olsa da, şahidlik anında bir qadının digərinə tərcih
ediləcəyinə dəlalət edər”.
53
Qadınların şahidliyinə məhdudiyyət gətirmədə göstərilən digər bir dəlil isə Allah
Rəsulundan (s) rəvayət olunan bu hədisdir:
“Allah Rəsulu (s) (bir bayram namazında qadınların namaz qıldığı yerə keçərək):
Ey qadınlar! Allah yolunda sədəqə verin, çox tövbə edin. Çünki,
mən sizin
Cəhənnəmdə çoxluq təşkil etdiyinizi gördüm” buyurdu. Dinləyənlərdən cəsarətli bir
qadın: “Niyə qadınlar cəhənnəmliklərin çox hissəsini təşkil edir?” deyə soruşdu. Allah
Rəsulu (s): “Ağzınızdan pis söz çox çıxır və ərlərinizə qarşı nankorluq edirsiniz. Ağılı
və dini nöqsan olanlar arasında, ağıl sahibi kişilərə qalib gələn sizdən başqasını
görmədim!” buyurdu. O qadın təkrar: “Ey Allahın Rəsulu! Ağıl və dinin nöqsan
olması nə deməkdir?” deyə soruşduqda: Allah Rəsulu (s) belə cavab verdi: “Ağılın
nöqsan olması (sözü), iki qadının şahidliyinin bir kişinin şahidliyinə bərabər olmasını,
dinlərinin nöqsan olması isə müəyyən günlərdə namaz qılmamalarını və oruç
tutmamalarını ifadə edir” buyurdu.
54
Bəzi İslam mütəfəkkirlərinə görə hədisdən, qadının ağılının və dininin əskik
olduğu şəklində bir mənanın çıxardılması doğru deyil. Belə bir düşüncə hədisin
hamısının deyil, təkcə “qadının ağılı və dini nöqsandır”
qisminin diqqətə
alınmasından qaynaqlanır. Hədisin hamısı göz önünə alındığında ağıl nöqsanlığından
51
Fatma Köksal,
e.a.ə., s. 112-113.
52
Bu xüsusa İbn Qəyyim əl-Cəvziyyə də işarət etmişdir. Bx. İbn Qəyyim,
e.a.ə., I, s. 83.
53
Musa Carullah,
Hatun, haz. Mehmet Görmez, Kitabiyat yay., Ankara 2001, s. 116-117.
54
Buxari, Heyz, 6; Müslim, İman, 132; Əbu Davud, Sünnə, 15.