İslam hüququnda qadının şahidliyi
357
II. Şahidlik Üçün Tələb Olunan Şərtlər
Şahidlik etmək üçün tələb olunan şərtlər təhəmmül və əda olmaq üzrə iki qismə
ayrılır.
A. Təhəmmül Şərtləri:
Şahidliyin təhəmmülü, hadisənin görülərək yaxud eşidilərək qavranması və dəqiq
bir şəkildə təsbit edilməsi deməkdir. Bunun üçün üç şərt irəli sürülmüşdür:
1. Şahid ağıllı olmalı,
2. Təhəmmül anında kor olmamalı,
3. Şahidlik etdiyi məsələni başqası vasitəsilə deyil, şəxsən görməli və
bilməlidir.
12
B. Əda Şərtləri:
Məhkəmədə şahidlik etmək üçün tələb olunan şərtlərə əda şərtləri deyilir. Bu
şərtləri belə sıralaya bilərik:
1. Şahid mükəlləf olmalı,
2. Hürr/azad olmalı,
3. Müsəlman olmalı,
4. Adil olmalı,
13
5. Ürfə/adətə və ictimai mövqeyinə uyğun bir həyat sürməli (mürüvvət),
6. Eşitdiyini qavramalı, ifadə edə bilməli və hafizə qüsuru olmamalı,
7. Kor olmamalı,
8. Şahidlik etdiyi üçün bir mənfəət əldə etməməli
və ya bir zərərdən qorunma
məqsədi olmamalıdır. Belə şahidliyin qəbul edilməmə səbəbi şahidin zənn altında
olmasıdır.
14
Şahidlərin sayı və cinsiyyəti ilə əlaqəli xüsusları isə aşağıdakı mövzularda ələ
alınacaqdır.
III. Cumhura Görə Qadının Şahidlik Edə Biləcəyi Mövzular
Şahidlərin ən az neçə nəfər olması məsələsi İslam hüququnda şahidliyin mövzusuna
görə dəyişir. Bu sayı bəzən nəss, bəzən də ictihad ilə müəyyən edilir. İslam hüququ
şahidlik mövzusunu nəticə və nisabı (şahid sayını) əsas almaq surətilə “hədd
15
və
12
Zuhayli,
e.a.ə., VIII, s. 303-305; Abdülaziz Bayındır,
İslam Muhakeme Hukuku, İslami İlimler
Araştırma Vakfı Yayınları, İstanbul 1986, s. 145-146;
Fatma Köksal,
Fıkıh ve Hukuk Sosyolojisi
Açısından Kadının Tanıklığı, İstanbul 1999, s. 24-25, (Nəşr olunmamış magistratura dissertasiyası).
13
ət-Talak, 65/2.
14
Mərğinani, Burhanəddin Əli ibn Əbu Bəkr əl-Hənəfi,
əl-Hidayə Şərhu Bidayətil-Mübtədi, tdq.
Məhəmməd
Məhəmməd Tamir, Hafiz Aşur Hafiz, Darus-Salam, Qahirə 2000, III, s. 1095, 1102-111;
Mövsili,
e.a.ə., II, s. 169, 176-180; Bilmen,
e.a.ə., VI, s. 338-347; Zuhayli,
e.a.ə., VIII, s. 307-313;
Abdülaziz Bayındır,
e.a.ə., s. 149-159; Fatma Köksal,
e.a.ə., s. 25-26.
15
Allah (c.c.) haqqı olaraq yerinə yetirilməsi vacib olan məhdud və müəyyən cəzalar. (
Hayreddin
Karaman,
Mukayeseli İslam Hukuku, İz yayıncılık, İstanbul 2001, I, s. 179.)
Əmir Kahayev
358
qisaslar”, “mali mövzular”, “qeyri-mali mövzular” və “qadınlara
məxsus məhrəm
mövzular” şəklində fərqli qismlərə ayırmışdır.
Ağır cəzalara səbəb olan hədd və qisas davalarında şahid sayına daha çox önəm
verildiyi halda digər davalarda cinayət və cəzaların yüngül olması səbəbilə
nisab/şahid sayı üzərində bu qədər çox durulmamışdır. Bunun səbəbi hədd və
qisasdakı cəzaların ağır olması və tətbiq olunduqdan sonra geri dönüş imkanının
olmamasıdır. Burada, yuxarıda keçən mövzularda qadınların şahidliyi ilə əlaqəli
fəqihlərin görüşlərini verməyə çalışacağıq.
Cumhur
16
hədd, qisas və bədənlə əlaqəli təzir
17
cəzalarında qadınların şahidliyini
qəbul etmir
və bu məsələdə bəzi ayələri, hədisləri və əsərləri
18
dəlil olaraq irəli sürür.
Bununla yanaşı bu mövzularda qadınların şahidliyini qəbul edən alimlər də vardır.
Məsələn, İmam Tavus (v. 106/724) bu məsələ haqqında bunları qeyd edir: “Qadınlar,
zina xaric, kişilərlə bərabər hər mövzuda şahidlik edə bilərlər. Zinada isə onların buna
baxmaları uyğun olmadığına görə şəhadətləri caiz deyildir.”
19
Yenə Əta ibn Əbi Rabahdan (v. 114/732) belə rəvayət olunur: “Qadınlar kişilərlə
bərabər hər mövzuda şahidlik edə bilərlər. İki qadın və üç kişinin zinaya şəhadəti
caizdir.”
20
Əta ibn Əbi Rabah və Hammad ibn Əbi Süleyman (v. 120/738) zina davalarını
malla əlaqəli (mali) məsələlərə qiyas etmiş və bu davalarda
üç kişi ilə bərabər iki
qadının şəhadətini caiz görmüşdürlər.
21
Zahiri imamlarından İbn Hazm (v. 456/1064) isə üç kişi ilə bərabər iki qadının
və ya iki kişi ilə bərabər dörd qadının ya da bir kişi ilə bərabər altı qadının hətta kişi
olmadan yalnız səkkiz qadının şahidliyini caiz görmüşdür.
22
Yəni bütün davalarda
qadın tək başına şahidlik edə bilər.
Əvzai (v. 157/774) və Zühri (v. 124/742) də qisasla nəticələnən cinayətlərdə bir
kişi ilə iki qadının şahidliyinin qəbul edilə biləcəyi görüşündədir. Şövqani (v.
1250/1834) də bu görüşün doğru olduğunu qeyd edir.
16
İslam alimlərinin əksəriyyəti.
17
Şarii tərəfindən bildirilməmiş və müctəhidlərin öhdəliyinə buraxılmış cəzalar. (Karaman,
e.a.ə., I, s.
197.)
18
Səhabə və tabiundan nəql edilən rəvayətlər. (Mücteba Uğur,
Ansiklopedik Hadis Terimleri Sözlüğü,
Türkiye Diyanet Vakfı Yayınları, Ankara 1992, s. 83.)
19
İbn Hazm, Əli ibn Əhməd,
əl-Muhalla, tdq. Əhməd Məhəmməd Şakir, Mənşuratul-Məktəbit-Ticari,
Beyrut, th., IX, s. 397.
20
İbn Hazm,
e.a.ə., IX, s. 398.
21
İbn Hazm,
e.a.ə., IX, s. 398. Ancaq başqa bir yerdə Hammad ibn Əbi Süleyman bunları qeyd edir:
“Hədd davalarında qadınların şahidliyi caiz deyildir.” İbn Hazm,
e.a.ə., IX, s. 397; (Fərqli bir rəvayət
üçün bx. İbn Əbi Şeybə, Əbu
Bəkr Abdulla ibn Məhəmməd,
əl-Kitabul-Musannəf fil-Əhadisi vəl-Əsar,
haz. Məhəmməd Abdussalam Şahin, Darul-Kutubil-İlmiyyə, Beyrut 1995, V, s. 528).
22
İbn Hazm,
e.a.ə., IX, s. 395-396.