Microsoft Word Gulnara-kitab son doc


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə18/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   14   15   16   17   18   19   20   21   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
53
 
 
 
 
edən bu kateqoriyanı xüsusi terminlərlə  təqdim etmək 
və onları bir-birindən fərqləndirmək düzgün deyildir. 
getmişəm   gedirəm       gedəcəyəm    mühəndisəm 
getmisən    gedirsən      gedəcəksən    mühəndissən 
getmişdir   gedir           gedəcəkdir     mühəndisdir 
getmişik     gedirik        gedəcəyik       mühəndisik 
getmisiniz  gedirsiniz   gedəcəksiniz   mühəndissiniz 
getmişlər  gedirlər      gedəcəklər      mühədis(dir)lər 
Göründüyü kimi, mahiyyət etibarilə fərq müşahidə 
olunmur.Yeganə fərq ondan ibarətdir ki,əgər şəkilçi bi-
rində fellərə artırılırsa, digərində adlara (burada ismə) 
əlavə olunur.Bunları birləşdirən digər xüsusiyyət həm-
çinin, onların sıra kateqoriyasına görə də eyniliyidir. Bu 
kateqoriya felin zamanlarında hər üç zaman üzrə özünü 
göstərir.  
Y.Seyidova görə, “Xəbərlik sintaktik termin oldu-
ğuna görə burada termin kimi,“şəxs” sözünə üstünlük 
verilə bilər və  tərəddüd etmədən həmin kateqoriyanı 
“şəxs kateqoriyası” adlandırmaq olar.  
Əslində, bu ad həmin kateqoriyanın təbiətinə tama-
milə uyğundur. Ancaq nəzərə alınmalıdır ki,Azərbaycan 
dilçiliyində  “şəxs kateqoriyası” istilahı bizim nəzərdə 
tutduğumuz kateqoriyanın bir hissəsinin adı kimi işlədi-
lib və bu, ənənəyə çevrilibdir. Ona görə də onu “şəxs-
xəbərlik kateqoriyası” adlandırmaq daha anlaşıqlı olar”
1
 
Gələcək zaman. Gələcək zamanla da bağlı türkolo-
giyada fikir müxtəlifliyi hökm sürür. -acaq, -əcək şəkil-
çili zaman formasının türk, və özbək dillərində qəti gə-
                                                 
1
 Seyidov Y.Azərbaycan dilinin qrammatikası(morfologiya).Bakı, 2000,      s.157.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
54
 
 
 
 
ləcək zamanı bildirdiyini göstərən A.N.Kononov yazır: 
“Bu zaman forması gələcəkdə həyata keçirilməsi şübhə 
doğurmayan hərəkəti ifadə edir”
1
.  
“Türkmən dilinin qrammatikası” adlı kitabda da “da-
nışanın fikrincə, gələcəkdə hökmən, heç bir şübhə ol-
madan baş verən hərəkəti”
2
 ifadə edən bu forma qəti gə-
ləcək zaman adı ilə verilir.  
L.A.Pokrovskaya “gələcəkdə real və mütləq baş 
verəcək hərəkəti bildirən”
3
 bu formanı müəyyən gələcək 
zaman adı altında təqdim edir.  
Başqırd dilində “hərəkətin başa çatmasına danışa-
nın tam əminliyini bildirən”
4
 bu forma müəyyən gələcək 
zaman adı ilə ifadə olunur. N.K.Dmitriyev -acaq, -əcək 
şəkilçili gələcək zaman formasının adlandırılması məsə-
ləsinə bir qədər fərqli mövqedən yanaşaraq bu formanı 
gələcək zaman II adlandırır.  
Başqırd dilində müəyyən(qəti) gələcək zamanın iş-
lənmə sahəsi yalnız yazılı dillə məhdudlaşır. Şifahi xalq 
yaradıcılığı nümunələrində, ümumiyyətlə  şifahi nitqdə 
gələcək zamanın bu formasına, demək olar ki, rast gə-
linmir
5
. 
                                                 
1
 Кононов А.Н. Грамматика современного узбекского литературного языка. 
М.-Л., Изд. АН. СССР, 1960,с. 231.  
2
 Грамматика туркменского языка. Ашхабад, “Ылым”, 1970, с. 286.  
3
Покровская  Л.А.Грамматика  гагаузского  языка.Фонетика  и  морфология. 
Москва, «Наука», 1964, с. 193.  
4
 Грамматика современного башкирского литературного языка. Москва, 
«Наука», 1981, с. 283.  
5
 Yenə orada 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
55
 
 
 
 
A.A.Koklyanova da, C.Curayeva da özbək dilində        
-acaq, -əcək  şəkilçili gələcək zaman formasının yalnız 
ədəbi dildə, həm də nadir hallarda işləndiyini yazırlar. 
-ar,-ər şəkilçili gələcək zaman forması türkoloji ədə-
biyyatda müxtəlif terminlərlə adlandırılır:
qeyri-qəti
 
gələ-
cək zaman
1
, indiki-gələcək zaman
2
,  geniş zaman
3
,  qeyri-
müəyyən gələcək zaman (bilgesez kiləçək zaman)
4
,  ehtimal 
bildirən gələcək zaman
5
,  gələcək zaman I 
6
,  gələcək zaman 
II
7
qəti gələcək zaman
8
-ar şəkilçili gələcək zaman forma-

9
,  gələcək zaman
10

E.R.Tenişev  -ar, -ər  şəkilçili gələcək zaman for-
masını salar dilində qeyri-müəyən gələcək zaman, sarı-
uyğur dilində isə gələcək zaman II adı altında verir.  
Bu barədə K.M.Lyubimovun fikri də xüsusi maraq 
doğurur. O yazır: “İndiki gələcək zaman türk dilində 
faktik hərəkəti müəyyən etməyə xidmət etmir, ona görə 
                                                 
1
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 99. 
2
 Исхаков  Ф.Г.,  Пальмбах  А.А.  Грамматика  тувинского  языка.  Фонетика  и 
морфология. Москва, ИВЛ, 1961, с. 386.  
3
 Banguoğlu T. Türkcenin Grameri. Ankara,TDK Yayınları,2007, s. 462; Rəsulov 
Ə.,  Rüstəmov R. Türk dili.Bakı,Azərbaycan Universiteti nəşriyyatı, 1989, s
.
 182

4
Грамматика  современного  якутского  литературного  языка  (фонетика  и 
морфология).  Москва, «Наука»,1982,с.281;  Татарско-русский  словарь.  М., 
Советская энциклопедия, 1966, с. 844.  
5
 Коркина Е.И. Наклонения глагола в якутском языке. Москва,, 1970, с. 229.   
6
 Дмитриев  Н.К.  Грамматика  кумыкского  языка.  Строй  тюркских  языков. 
Москва, ИВЛ, 1962, с. 299; Тумашева Д.Г. Язык сибирских татар. Часть вто-
рая. Изд. Казанского Университета, 1968, с. 56. 
7
 Тенишев Э.Р.Строй саларского языка. Москва, Наука,1976, с.147. 
8
 Рассадин  В.И.  Морфология  тофаларского  языка  в  сравнительном  осве-
щении. Москва, «Наука», 1978, с. 216.  
9
Дыренкова Н.П.Грамматика шорского языка.Москва,1941,c. 227  
10
Грамматика  хакасского  языка.М.,1975,с.281;  Грамматика  современного 
якутского литературного языка (фонетика и морфология).М.,1982, с. 305.   


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə