Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
59
I
I
I
I
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
T
T
Ü
Ü
R
R
K
K
D
D
İ
İ
L
L
L
L
Ə
Ə
R
R
İ
İ
N
N
D
D
Ə
Ə
F
F
E
E
L
L
Z
Z
A
A
M
M
A
A
N
N
L
L
A
A
R
R
I
I
N
N
I
I
N
N
M
M
O
O
R
R
F
F
O
O
L
L
O
O
J
J
İ
İ
Ə
Ə
L
L
A
A
M
M
Ə
Ə
T
T
L
L
Ə
Ə
R
R
İ
İ
Felin zamanları dildə şəkilçilərlə ifadə olunur. Bu
şəkilçilər
kəmiyyət müxtəlifliyinə, fonetik variantlılığı-
na görə türk dillərində xeyli fərqlənir. Bir sıra dünya
dillərində olduğu kimi, müasir türk dillərinin də qram-
matik zamanını göstərən morfoloji əlamətlər vardır. Za-
manlar həmin morfoloji əlamətlər vasitəsilə dəqiqləşdi-
rilir, yəni keçmiş, indiki və gələcək zaman formalarında
ifadə edilir.
Türk dillərində zaman formalarını ifadə edən şəkil-
çilər müxtəlif işlənmə tezliyinə malikdir. Oğuz qrupu
türk dillərində aktiv şəkildə özünü
göstərən və daha çox
işlənən zaman şəkilçiləri digər qrup türk dillərində bir o
qədər də çox işlənmir.
Oğuz qrupu türk dillərində keçmiş zaman
-mış şə-
kilçisinə digər türk dillərində (salar dili istisna olunmaq-
la) zaman şəkilçisi kimi təsadüf olunmur,
salar dilində
isə tamam başqa funksiyada çıxış edir. Yaxud
-çaŋ, -çeŋ
şəkilçili və
-çık, -çik; -çuk, -çük şəkilçili keçmiş zaman
formaları yalnız uyğur-oğuz qrupu türk dillərində rast-
lanan formadır.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
60
Eyni fikri digər qrup türk dilləri haqqında da söy-
ləmək olar. Məsələn, qıpçaq, bulqar, karluq, uyğur-oğuz
qrupu türk dillərində geniş şəkildə yayılmış
-qan, -kən
keçmiş zaman şəkilçisi,
-a, -e, -y indiki
zaman şəkilçisi
oğuz qrupu türk dillərində, ümumiyyətlə, zaman forma-
sını yaratmağa xidmət etmir.
Zaman formalarını ifadə edən elə morfoloji əla-
mətlər vardır ki, onlar yalnız
həmin türk dilində özünü
göstərir.
Oğuz qrupu türk dillərinin hər birində indiki za-
man formasını əmələ gətirən morfoloji əlamətlər öz spe-
sifikliyi ilə seçilir. Belə ki, Azərbaycan, türk, türkmən,
qaqauz dillərində müşahidə olunan indiki zaman şəkil-
çiləri hər bir dilin özünə məxsusdur. Türk, türkmən, qa-
qauz dillərində indiki zamanın
morfoloji göstəriciləri
digər türk dillərində müşahidə olunmur. Azərbaycan di-
lində indiki zamanı əmələ gətirən şəkilçilər isə digər
türk dillərində başqa mövqedə - gələcək zaman şəkilçisi
kimi işlənir. Karluq qrupu türk dillərində indiki zaman
şəkilçiləri də yalnız həmin
dillərdə müşahidə olunan
zaman göstəriciləridir.
Gələcək zaman şəkilçilərinə gəldikdə isə qeyd et-
məliyik ki, bütün türk dillərində müşahidə etdiyimiz gə-
ləcək zaman şəkilçiləri ilə yanaşı, yalnız müəyyən bir
türk dili üçün yaxud müəyyən qrup türk dilləri üçün
xarakterik olan gələcək zaman şəkilçiləri də nəzərə çar-
pır. Məsələn,
-ar, -er, -ır, -ir, -ur, -ür, -r şəkilçili gələcək
zaman forması bütün tük dilləri
üçün xarakterik olduğu
halda,
-acaq, -əcək şəkilçili gələcək zaman forması
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
61
bütün oğuz qrupu türk dillərində geniş istifadə tezliyinə
malik olduğu halda, uyğur-oğuz qrupu türk dillərində
ümumiyyətlə, rast gəlinmir. Qıpçaq, bulqar, karluq qru-
pu türk dillərində isə pərakəndə şəkildə təsadüf olunur.
Türk dillərində müşahidə olunan digər gələcək zamanın
morfoloji göstəriciləri isə məhdud dairədə bir və ya bir
neçə bu və ya digər türk dilində spesifik
gələcək zaman
formasının ifadəsinə xidmət edir.
Bütün bu söylədiklərimizi nəzərə alaraq türk dillə-
rində müşahidə olunan bütün zaman şəkilçilərini işlən-
mə arealına görə iki qrupa ayırmaq olar:
1.
geniş arealda işlənən zaman şəkilçiləri;
2.
məhdud(dar) arealda işlənən zaman şəkilçiləri.
Geniş arealda işlənən zaman şəkilçilərinə aşağıda-
kıları aid etmək olar:
1.
-dı, -di, -du, -dü; -mış, -miş, -muş, -müş; -qan, -kən;
-ıb, -ib, -ub, -üb keçmiş zaman şəkilçiləri;
2.
-a, -e (-ə), -y indiki zaman şəkilçiləri;
3.
-ır, -ir, -ur, -ür, -ar, -ər, -r; -acaq, -əcək gələcək
zaman şəkilçiləri.
Məhdud (dar) arealda zaman şəkilçilərinə isə aşa-
ğıdakılar daxildir:
1.
-an, -en; -çaŋ, -çeŋ; -çu, -çü; -atın, -etin; -çık, -çik; -
çuk, -çük keçmiş zaman şəkilçiləri;
2.
-yor; -yar, -yər; -er, -yer; -yap; -ıuçu, -ıçan; -por; -
yaq, -qaq, -gak, -kek; -oyan, -uyan indiki zaman
şəkilçiləri;