Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
65
Nümunələrə nəzər yetirək: Azərb.:Bu zaman kupe-
nin yarımaçıq qapısı ağzında polis serjantı göründü (M.
Qacar, Metroda terror); türk: Kadın,artık çocuklarına
işittirmekten korkmayarak yüksek sesle ağlaya ağlaya
mutfağa girdi. Ali Rıza Bey, olduğu yerde donup kaldı
(R.N.Güntekin,Yaprak dökümü); qaqauz: – Usek saabi
kabaatlılar ondukuzu da senin izinini tamamnadılar (N.
Baboqlu, Legendanın izi); qırğız:Ömür-ölüm! Bul эköö-
nün – jarık menen karanqılıktın betteşüüsü kırqız jerinin
biyik çokusu Üzönqülöş aşuusunda boldu. Çıqarmanın
syujettik-kompozisiyalık mazmunu da önütüp oturup
biyiktiqine jetti(Kutbilim); xakas:Çilbiqen palaları çıca-
ğın potxı tip, çip saldılar; kazan-tatar: İkençe könne irtə
belən ike tien sədaka, ber kisək utın alıp, yanqa kitap-
bukçamnı asıp, məzin yortına “qıylem estərqə” kittem
(Q.Bəşirov);
qazax: Balalar! Oқuğa bar! Jatpa қarap!
Juınıp, kiininder şapşaŋıraқ!
Şaқırdı tauıқ mana əldeқaşan,
Karap tür terezeden kün jıltırap
(Ə.Baytursınov)
Məlum olduğu kimi, bütün türk dillərində mövcud
olan -dı şəkilçili keçmiş zamanın birinci şəxsin cəmində
əksər müasir türk dillərində -k, özbək dilində isə -mız
şəxs şəkilçisindən istifadə olunur. Bu şəxs sonluqların-
dan hansının daha qədim olması tədqiqatçıların diqqə-
tindən kənarda qalmamışdır.
Müasir dövrdə bu forma təkcə özbək dilinin Daş-
kənd şivəsində qalmışdır. Həmin şivədə M.Kaşğarlının
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
66
“Divan”ında olduğu kimi, birinci şəxs cəmdə -mız//-miz
şəkilçisindən istifadə olunur. Məsələn, Daşkənd şivəsin-
də birinci şəxs cəmdə ədəbi dildə “oldik” əvəzinə “oldı-
mız”, “berdik” əvəzinə “berdımız” və s. işlənir
1
.
Azərbaycan dilinin yazılı abidələrində -mız//-miz
formasına rast gəlmədik. Onu da qeyd edək ki, nə müa-
sir Azərbaycan dilində, nə də onun dialekt və şivələ-
rində -mız şəkilçisinin birinci şəxsin cəmində fellərlə iş-
ləndiyinə təsadüf edilmir.
Qədim türk yazılı abidələrindən Tonyukukun şərə-
finə qoyulmuş abidənin dilində də -dimiz, -timiz forma-
larından istifadə olunmuşdur. Məsələn: Biz jämä sülä-
dimiz, any irtimiz; Bän anča tirmän: bän bilgä Toñuquq
Altun jysyγ asa kältimiz, Ärtis ügüzüg käčä kältimiz
2
.
V.V.Reşetov yazır:“Qeyd etmək yerinə düşərdi ki,
etimoloji baxımdan -dımız Daşkənd forması -dık müasir
özbək ədəbi dil formasından daha qədimdir. Biz Kül-Ti-
gin abidəsində( sözläşdimiz “danışdıq”, birtimiz “verdik”,
itdimiz “etdik”, konturtımız “yerləşdik”), Mahmud Kaş-
ğarlının “Divan”ında, İbn-Mühənnada, Məhəmməd Sa-
lihin “Şeybani-namə”sində buna rast gəlirik. Bu forma-
1
Vəliyev İ. Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk”də keçmiş zamanın
ifadə vasitələri. Elmi əsərlər – Учение записки. Dil və ədəbiyyat seri-
yası.Bakı, S.M.Kirov adına Azərb.Dövlət Universiteti.1968,№5, s. 91.
2
Кононов А.Н.Грамматика языка тюркских рунических памтников
VII-IX вв. Л., «Наука», 1980, с. 63-64.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
67
nın mənbələrini, şübhəsiz, Qaraxanlı dialekt birliyində
axtarmaq lazımdır”.
1
A.N.Kononov isə bu fikrin əksinə olaraq, -mız şə-
kilçili formanı -k şəkilçili forma ilə müqayisədə (-mız)
mənşəcə nisbətən daha sonrakı forma hesab edir və eh-
timal edir ki, o, birinci və ikinci şəxsin tək formaları
yaranan zaman, başqa sözlə, bütün təsrif sistemi ciddi
simmetrik xarakter alanda yarana bilərdi
2
.
- Dı
4
şəkilçili keçmiş zaman, demək olar ki, bütün
türk dillərində müşahidə olunur. -Dı
4
şəkilçili zaman
forması Azərbaycan dilində şühudi keçmiş zaman, türk
dilində isə görülən keçmiş zaman adlanır. Müasir türk
dilində sonu cingiltili samitlərlə bitən fellərə -dı
4
, kar
samitlərlə bitən fellərə -tı
4
şəkilçisi artırılır. Bu cəhət
türk dilindən başqa qaqauz,şor,tofalar dilində də vardır.
-Dı
4
şəkilçisi bəzən diftonq şəklində üzə çıxır. Məs.:
aldınız-alduuz,gördünüz-gördüüz,bildiniz-bildiiz və s.
Bu xüsusiyyətə Kars azərbaycanlılarının dilində,
eləcə də Naxçıvan dialektində rast gəlinir.
Azərbaycan dilinin Otmanoba kənd şivəsində ikin-
ci şəxsin təkində yalnız birvariantlı -dū şühudi keçmiş
zaman şəkilçisi işlənir, təsrif zamanı ikinci şəxs şəkilçi-
si (-n) düşməklə zaman şəkilçisindəki sait burun varian-
1
Решетов В.В. О наманганском говоре узбекского языка. Академику
Владимиру Александровичу Гордлевскому, к его семидесятипяти-
летию. Сборник статей. Изд. АН ССР, Москва, 1953, с.216-230.
2
Кононов А.Н.Происхождение прошедшего категорического времени в
тюркских языках. //Тюркологический сборник, I, 1951, М.-Л., Изд. АН
СССР, с. 119.
Dostları ilə paylaş: |