Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə25/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   21   22   23   24   25   26   27   28   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
74
 
 
 
 
 -Mış
 
şəkilçili keçmiş zaman Azərbaycan dilində 
nəqli keçmiş, türk dilində “öğrenilen geçmiş zaman” ad-
lanır. Türk dilindən fərqli olaraq Azərbaycan dilində       
-mış, -miş, -muş, -müş
 
şəkilçisinin qrammatik sinonimi 
kimi  -ıb, -ib, -ub, -üb  şəkilçisindən də istifadə olunur. 
Azərbaycan dilində  -ıb
4   
forması ilə düzələn nəqli keç-
miş zamanın birinci şəxs tək və cəmi yoxdur. Bu o de-
məkdir ki, bu forma yalnız ikinci və üçüncü şəxslər 
üçün xarakterikdir; məs.:  gəlibsən, gəlibdir, gəlibsiniz, 
gəliblər və s. Birinci şəxs tək və cəminin olmamasının 
səbəbi dilimizin inkişafının sonrakı dövrlərində  -mış
4 
formasının daha çox işlənməsi ilə  əlaqədardır.  -Ib, -ib,   
-ub, -üb  şəkilçisi birinci şəxs tək və  cəminin formal 
əlaməti kimi müasir Azərbaycan dilində  işlənməsə  də, 
tarixən birinci şəxsin təkində işləndiyini müşahidə edi-
rik: 
Ey Füzuli, olubam ğərqeyi-girdabi-cünun, 
Gör nə qəhrin çəkirəm dönə-dönə dövranın  
                                                             (Füzuli) 
H.Mirzəzadə  də  -ib  şəkilçisinin nəqli keçmiş za-
man üçün işləndiyi vaxt ikinci və üçüncü şəxsdə olduğu 
qayda üzrə birinci şəxsin də  şəkilçisini sərbəst  şəkildə 
qəbul etdiyini yazır;məs.:Can birlə sana yar olubəm yari 
unutma(Kişvəri); Didi axır peyğəmbərzadəyəm və atam 
ilən taət mehrabında çox durubəm...(Şühədanamə)
1
  
                                                 
1
 Mirzəzadə H.Azərbaycan dilinin tarixi morfologiyası.Bakı,1962, 
s. 145.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
75
 
 
 
 
Bundan başqa, Azərbaycan dilində  -mış
 
şəkilçisi-
nin ekvivalenti olan -ıb şəkilçisinə müxtəlif fonetik va-
riantlarla qırğız, qazax, özbək barabin tatarları, türkmən 
və uyğur dillərində də rast gəlinir. Oğuz qrupu türk dil-
lərində -mış
4 
şəkilçisinin yerinə yetirdiyi funksiyanı qıp-
çaq, karluq, bulqar qrupu dillərində -qan şəkilçisi yerinə 
yetirir.  
Maraqlı cəhətlərdən biri budur ki, yuxarıda sadala-
dığımız türk dillərində -qan və -ıb şəkilçilərinin hər iki-
sinin işlədilməsinə baxmayaraq onlar keçmiş zamanın 
eyni formasını deyil, iki ayrı-ayrı formasını yaradırlar.  
-ıb, -ib, -ub, -üb  şəkilçili keçmiş zaman əvvəllər 
türkmən dilində  də geniş  şəkildə  işlənmiş, sonralar isə 
dəyişərək başqa şəkil almışdır.-ıb, -ib, -ub, -üb şəkilçisi 
müasir türkmən dilində uzaq keçmiş zamanın(-ıpdı) və 
subyektiv keçmiş zamanın(ıpdır) morfoloji göstəricilə-
rinin tərkib hissəsidir. Əksər türk dillərində  -ıb
4
 şəkilçi-
si, əsasən,  feli bağlama şəkilçisi kimi fəaliyyət göstərir. 
Müasir Azərbaycan dilinin bəzi dialektlərində -ıb,    
-ib, -ub, -üb  şəkilçisi  -ıp, -ip, -up, -üp, -ıf, -if, -uf, -üf 
formalarında rastlanır.  -ıb
4
  şəkilçisinin  -ıf
4
 formasında 
təzahürü Azərbaycan dilinin qərb qrupu dialekt və şivə-
lərində geniş yayılmışdır
1

Azərbaycan dilində  -ıb, -ib, -ub, -üb, türkmən di-
lində  -ıpdı, -ipdi, -updı, -üpdi  və  -ıpdır,-ipdir, -updır,     
-üpdir, özbək dilində -ib, qazax dilində -p, qırğız və tu-
va dillərində  -ıptır, iptir, -uptur, -üptür,  qırğız dilində, 
                                                 
1
 Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələri. I cild, Bakı, 1967, s. 114.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
76
 
 
 
 
eyni zamanda -ıpır,-ipir,-upur,-üpür, altay dilində -ıptır, 
iptir,  -uptır, -üptir, noqay və qaraqalpaq dillərində -ıptı, 
-ipti, sarı-uyğur dilində -ptyr, -ptro, xakas dilində -ptır, 
-ptir,   -tır, -tir formalarında özünü göstərir.  
Yuxarıda qeyd etdiyimiz kimi, barabin tatarlarının 
dilində -ıb şəkilçili zaman forması subyektiv keçmiş za-
man adlanır. Bu dildə subyektiv keçmiş zamanın inkar 
formasına rast gəlinmir
1

Azərbaycan dilində -mış, -miş, -muş, -müş şəkilçisi 
ilə əmələ gələn nəqli keçmiş zaman ikinci şəxsin tək və 
cəmində tam şəkildə  işlənə bildiyi kimi, bəzən sonun-
dakı  ş samiti olmadan da işlənir, yəni  ş samiti düşür. 
Bu, əsasən, danışıq dilində müşahidə olunur:gəlmişsən-
gəlmisən, almışsınız-almısınız  və s. 
 
-Mış, -miş, -muş,     
-müş  şəkilçisinin bu formada işlənməsi  ədəbi dilə  də 
sirayət etmiş və demək olar ki, ədəbi dildə də sabitləş-
məyə başlamışdır:-Nə var, nə olub belə, hay küy qaldır-
mısan? –deyə Rüstəm kişi qaşqabaqlı soruşdu; -Sən qo-
yun fermasını yoxlamağa  getməmisən?(M.İbrahimov, 
Böyük dayaq); 
Sındırmısan, əl vurma sınıq könlümə, zalim, 
Viranə düzəlməz, necə abad eləsən də (Ə.Vahid). 
Cəbrayıl rayonunun Sirik kəndində birinci şəxs tək 
və  cəmdə  -mıs/-mis/-mus/-müs  şəkilçisi işlənir:  satmı-
                                                 
1
 Тумашева  Д.Г.Язык  сибирских  татар.Ч.II, .Изд.Казанского  Университета, 
1968, с. 60.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə