Microsoft Word Gulnara-kitab son doc


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə21/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   17   18   19   20   21   22   23   24   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
62
 
 
 
 
3.
 
-arlık, -erlik; -γyr, -qyr, -gyr, -kyr; -γy, -qy, -yo, -go, 
-yu, -gu; -qadıq, -qediq; -qalak, -kalak, -qelek 
gələcək zaman şəkilçiləri.  
Göründüyü kimi, türk dillərində  məhdud (dar) 
arealda işlənən – yalnız bir türk dili yaxud bir neçə türk 
dilinə məxsus olan zaman şəkilçiləri daha çox indiki və 
gələcək zamanla bağlıdır. Bu da təbii ki, türk dillərində 
zaman formalarından birinin digərinə nisbətən daha 
sonra yaranması və inkişafı ilə əlaqədardır. 
 
§1. Keçmiş zamanın morfoloji əlamətləri 
Müasir türk dillərində keçmiş zaman müxtəlif mor-
foloji əlamətlərlə çıxış edir: -dı, -di, -du, -dü; -mış, -miş, 
-muş, -müş; -qan, -kən; -ıb, -ib, -ub, -üb; -an, -en; -çaŋ, 
-çeŋ; -çık, -çik, -çuk, -çük; -çu, -çü; -atın, -etin və s.  
Bildiyimiz kimi, bu şəkilçilərin bir qismi əksər 
türk dillərində müşahidə olunduğu halda, digər qisminin 
işlənmə dairəsi məhduddur. Məsələn,  -dı, -di, -du, -dü 
şəkilçili keçmiş zaman bütün türk dillərində,  yaxud        
-qan, -kən  şəkilçili keçmiş zaman əksər türk dillərində 
müşahidə olunduğu halda, -çu, -çü  şəkilçili keçmiş za-
man yalnız qırğız ədəbi dilində işlənir. 
Bir cəhəti qeyd edək ki, bütün türk dillərində felin 
mürəkkəb formalarını da keçmiş zaman forması kimi 
təqdim etmə halları olmuşdur. Dilçilər arasında belə fi-
kir ayrılığı bu gün də davam etməkdədir. 
-Dı şəkilçili keçmiş zaman. -Dı şəkilçili keçmiş za-
man forması müasir türk dillərinin hər birində bu və ya 
digər fonetik variantlarda özünü göstərir. Daha çox mü-


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
63
 
 
 
 
şahidə olunan şəkilçi variantları -dı, -di, -du, -dü və -tı,    
-ti, -tu, -tü formalarıdır.  
Müasir türk, qaqauz, şor, tofalar dillərində həm -dı
həm də  -tı  şəkilçisinin hər dörd variantından istifadə 
olunur. Müasir Azərbaycan, türkmən,qırğız, noqay, baş-
qırd, qaraçay-balkar, özbək dillərində yalnız dördva-
riantlı -dı şəkilçisinə rast gəlinir.  
Qaraqalpaq, qumuq, xakas, qazax dilləri üçün iki-
variantlı -dı, -di və ikivariantlı -tı, -ti şəkilçisi xarakte-
rikdir. Sarı-uyğur və karaim dillərində bu şəkilçi həm 
kar, həm cingiltili samitli özünü göstərir. Lakin hər iki 
dildə -dı və -tı morfoloji əlamətləri üç cür yazılır:  -ťe,   
-ťy,-ti, -de, -dy, -di (sarı-uyğur); -dı, -di, -du, -tı, -ti, -tu 
(karaim). Karaim dilinin Trakay dialektində  -tyu, -dyu
salar dilində isə    -žı, -ži formalarına rastlanır. 
Q.Abdullayeva  şühudi keçmiş zaman şəkilçisinin 
“kar” variantının(-tı, -ti) qədim türk yazılı abidələrinin 
dilində daha çox l, n, r sonor samitləri ilə bitən sözlər-
dən sonra işləndiyinin  şahidi olduğunu yazır (internet 
mənbəyi:http://yazıkiliteratura2.narod.ru/lin64.htm). 
Orxon abidələrində  şəkilçinin həm cingiltili, həm 
də kar variantının istifadəsi müşahidə olunur. Sait, cin-
giltili və kar samitlə bitən əsaslara cingiltili variant -dı/-
di, sonor samitlərlə bitən  əsaslara kar variant -tı/-ti ar-
tırılır. Məsələn:süledim,yarlıkadı, itdim,sançdım və s. 
1
 
M.Şirəliyev Azərbaycan dilinin dialekt və  şivələ-
rində  şühudi keçmiş zamanı ifadə edən  -dı  şəkilçisinin 
                                                 
1
 Ахметов  М.А.  Глагол  в  языке  Орхоно-енисейских  памятников.  Изд.  Са-
ратовского Университета. Башкирский госуниверситет, 1978, с.  69. 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
64
 
 
 
 
dördvariantlı, ikivariantlı  və müxtəlifvariantlı  işlənmə-
sini nəzərə alaraq dialekt və  şivələrimizi üç qrupa ayı-
rır
1
. Bu o deməkdir ki, ədəbi dildə  şühudi keçmiş za-
manda dördvariantlı -dı, -di, -du, -dü şəkilçisindən isti-
fadə olunduğu halda, dialekt və şivələrdə şəkilçilərin iş-
lənmə mövqeyi bir qədər dəyişir. 
İndi isə tədqiq etdiyimiz türk dillərində bu şəkilçi-
nin işlənmə vəziyyətinə nəzər salaq:  
                        I şəxs          II şəxs        IIIşəxs 
Tək: azərb.:     oxudum      oxudun       oxudu 
        türkmən:  bildim     bildiŋ           bildi 
        qazax:     aldım          aldıŋ           aldı 
        özbək:     yaşadim      yaşadinq     yaşadi 
        karaim:   keldim        keldin         keldi 
        qumuq:   ałdım          ałdïn           ałdï       
        bar.tat.:  kiltim          kiltiŋ          kilti 
        şor:         attım            attınъ        attı   
        yakut:     bardım         bardıŋ       barda   
Cəm azərb.:   oxuduq        oxudunuz  oxudular 
        türkmən: bildik          bildiŋiz      bildiler 
        qazax:     aldık           aldıŋızdar  aldılar  
        özbək:     yaşadik      yaşadinqiz  yaşadilar 
        karaim:   keldik          keldiniz    keldiler 
       qumuq:    ałdïq            ałdïġiz      ałdïłar  
       bar.tat.:   kiltik           kiltiğis     kiltilər/ kiltiŋnər 
      şor:           attıbıs         attaar       attılar  
      yakut:       bardıbıt       bardıqıt   bardılar 
                                                 
1
Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962, s. 207-208.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə