Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
86
Bu formanın qədim uyğur
dilində də işləndiyini
göstərən D.M.Nasilov “ümumi zaman mənasına görə
-juq şəkilçili keçmiş zaman formasının nitq anına qədər
baş vermiş hərəkəti”
1
ifadə etdiyini bildirmişdir
.
“Genel Türkçe y-`nin Tuva ve Hakas lehçelerinde
ç-`ye döndüğü göz önünde bulundurulunca bu ekin Eski
Uygurcada işlek olarak kullanılan
-yUK`tan geldiği ka-
bul edilebilir. Gerek Eski Uygurcadaki
–yUK eki gerek
Tuva ve Hakasçadaki
-CIK eki,
Türkiye Türkçesindeki -
mIş işlevinde kullanılmaktadır”
2
. Bu forma nisbi fəallı-
ğını yalnız xakas dilinin kaçin dialektində saxlayır
3
.
Müasir xakas dilində
-çıx forması keçmiş zaman məna-
sında qətilik və nəticəlik çalarları ifadə edir.
-çıx forma-
sı bəzi məqamlarda
-ğan formasına, bəzi məqamlarda
isə
-dı formasına yaxın məna ifadə etdiyindən onun
-dı
və
-ğan şəkilçili keçmiş zaman formalarından fərqini
göstərmək
çətindir
4
.
Türk dillərində nadir sayılan və zaman formasını
əmələ gətirən şəkilçilərdən biri də
-çaŋ/-çeŋ, -caŋ/-ceŋ
şəkilçisidir. Bu şəkilçi müasir türk dillərindən xakas və
şor dilləri üçün xarakterikdir.
1
Насилов Д.М.Прошедшее время на –jük/juk в древнеуйгурском языке и его
рефлексы в современных языках.//Тюркологический сборник. М., «Наука».
Главная
редакция
восточной
литературы,
К
шестидесятилетию
А.Н.Кононова. АH СССР Институт народов Азии, 1966, с. 93.
2
Karşılaştırmalı Türk Lehçeleri Grameri. Fiil. Basit çekim. Ankara, TDK
Yayınları, 2006, s. 116.
3
Грамматика хакасского языка. Москва, «Наука», 1975, с. 222.
4
Yenə orada. s. 221
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
87
Xakas dilində
-çaŋ/-çeŋ, -caŋ/-ceŋ, şor dilində
-çaŋ/-çeŋ formalarında təzahür edir.
-çaŋ/-çeŋ şəkilçisi
xakas dilində “adi keçmiş zaman” formasını əmələ gə-
tirməyə xidmət edir.
Şor dilində isə bu zaman forması “keçmiş-indiki
zaman” adlandırılır. Bu forma
adətən keçmişdə baş ver-
miş, dəfələrlə təkrarlanan hərəkəti ifadə etmək üçün
işlədilir:
xakas şor
tək I şəxs itçeŋmin alçaŋmın
II şəxs itçeŋzin alçaŋzıŋ
III şəxs itçeŋ alçaŋ
cəm I şəxs itçeŋmis alçaŋmıs
II şəxs itçeŋzer alçaŋzar
III şəxs itçeŋner alçaŋnar
Türk dillərində nadir təsadüf olunan və keçmiş za-
manı ifadə edən şəkilçilərdən biri
-atın, -etin şəkilçisi-
dir. Araşdırdığımız müasir türk dillərindən yalnız qazax
dilində müşahidə olunur. Məsələn:
tək cəm
I şəxs
men jaz-atın-mın biz jaz-
atın-bız
II şəxs sen jaz-
atın-sıŋ sender jaz-
atın-sıŋdar
II şəxs siz jaz-
atın-sız sizder jaz-
atın-sızdar
III şəxs ol jaz-
atın olar jaz-atın
1
Türk dillərinin ayrı-ayrı qrupları üzrə felin keçmiş
zamanlar sistemini aşağıda təqdim etdiyimiz cədvəllər
aydın nümayiş etdirir.
1
Основа глагола. Глагол изъявительного наклонения.
http://www.balkaria. info/dictionaries/tatar/stya/6.html
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
88
§3. İndiki zamanın morfoloji əlamətləri
Araşdırdığımız müasir Azərbaycan, türk, qaqauz,
başqırd, qumuq, karaim, kazan-tatar
dillərində indiki za-
manın yalnız bir formasına təsadüf olunur və təbii ola-
raq yalnız bir morfoloji əlamətlə formalaşdığına görə bu
dillərin əksəriyyətində indiki zaman forması
indiki
zaman termini ilə verilir.
Eyni dil qrupuna daxil olmasına baxmayaraq oğuz
qrupu türk dillərində indiki zamanı əmələ gətirməyə
xidmət edən şəkilçilər bir-birindən tamamilə fərqlənir.
Belə ki, Azərbaycan dilində
-ır, -ir, -ur, -ür şəkilçisi,
türk dilində
-yor şəkilçisi,
türkmən dilində -yar, -yər
şəkilçisi, qaqauz dilində
-er, -yer şəkilçisi felin indiki
zamanını əmələ gətirir. Bunu aşağıdakı nümunələrdən
də aydın görmək olar:
Azərbaycan türk türkmən qaqauz
Tək I ş. yazıram okuyorum bilyərin gezerim
II ş. yazırsan okuyorsun bilyərsiŋ gezersin
III ş. yazır okuyor
bilyər gezer
Cəm I ş. yazırıq okuyoruz bilyəris gezeriz
II ş.yazırsınız okuyorsunuz bilyərsiŋiz gezersiniz
III ş.yazırlar okuyorlar bilyərlər gezerlär
Azərb.:- Bircə dəqiqəliyə dəhlizə çıxmağınızı
xa-
hiş edirlər (H.Abbaszadə, Hündür hasar arxasında); -
Əməliyyat tapşırığında göstərilənlərin hamısına son
dərəcə dəqiqliklə
əməl edirik. Bütün fərziyyələr boşa
çıxır(M.Qacar, Metroda terror); türk:Enver –Kocanızla
konuştuklarımı sizin de duymanızı istedim...Kocanızın