Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə32/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   28   29   30   31   32   33   34   35   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
95
 
 
 
 
(M.İbrahimov, Böyük dayaq); -Sən niyə evlənmirsən?; - 
Vaqif Vəkilovun, -dedim, -cavan şairdir, yəqin, sən 
tanımırsan (Anar, Gürcü familiyası); 
Saxta insanlara tez uyub bəzən, 
Yaxşını yamandan seçə bilmirik
Yolumuz üstündə qanqal tək bitən 
Bədxahı, nadanı biçə bilmirik          
                                              (M.Mirzəliyeva) 
M.Hüseynzadə bu haqda yazır:“... bu yeni şəklin 
canlı danışıq dilimizdə  əsasən qəbul edilib, tələffüzdə 
asanlıq törətdiyi müsbət hadisə hesab olunsa da,sözlərin 
şəkli təhlilində  bəzən müəyyən çətinlik  əmələ  gətirir. 
Belə ki, fel kökünü şəkilçilərdən ayırdıqda köklə zaman 
şəkilçisi arasında qalan m samitinin inkarlıq kateqori-
yası şəkilçisi olması üçün xüsusi izahatla bərabər, yenə 
də a, ə saitlərindən birini əlavə etmək lazım gəlir”
1

-ma, -mə və -ır, -ir, -ur, -ür şəkilçilərinin səs düşü-
mü olmadan, yəni  getməyirəm, getməyirsən, getməyir 
və s. şəkildə ifadəsi formal olaraq yalnız təsriflənmə za-
manı müşahidə olunan bir haldır.  
Qeyd etməliyik ki, indiki zamanın inkar formasının 
bu cür ifadə olunması dilimizdən demək olar ki, çıxmaq 
üzrədir. Apardığımız müşahidələrə görə, müasir Azər-
baycan ədəbi dilində, az da olsa yalnız şeir dilində -ma-
yır, -məyir formasına rast gəlinir. Bu da çox güman ki, 
                                                 
1
 Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, Maarif, 1983, 
s. 175.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
96
 
 
 
 
misradakı hecaların sayının uyğun gəlməsi məqsədinə 
xidmət edir: 
            Pozulmaz qanundur – olum və ölüm
Bu gündən sabaha çatmayır qolum. 
Yoxluqdan varlığa uzanır yolum  
Dünyada ötəri bir yolçuyam mən (N.Adışirin)  
Türk dillərində digər bir zamanı formalaşdıran  -ar,   
-ər  şəkilçili zaman formasının inkarına nəzər salsaq, 
onda onun -ma+-ar, -mə+-ər  şəkilçilərinin birləşərək    
-mar, -mər  şəklində  təzahür etdiyinin necə  şahidi olu-
ruqsa, eyni ilə  də müasir Azərbaycan dilində  -ma+-ır,   
-ma+-ir şəkilçilərinin birləşməsi ilə əmələ  gələn indiki 
zamanın inkarı olan -mayır, -məyir formasının tədricən 
öz yerini -mır, -mir, -mur, -mür formasına verdiyinin 
şahidi oluruq. Bundan başqa,  -ma, -mə iki cür yazılan 
şəkilçi olduğu üçün -ır, -ir, -ur, -ür şəkilçisinin də inkar 
zamanı yalnız iki variantından(-ır,-ir) istifadə olunduğu 
halda, -mır,-mir,-mur,-mür forması dörd variantda təza-
hür olunur:
danışmayıram-danışmıram, dinməyirəm-dinmi-
rəm, oxumayıram-oxumuram, görməyirəm-görmürəm
 və s. 
Zənnimizcə, bu forma Azərbaycan ədəbi dilində ar-
tıq sabitləşmiş bir formadır. Çünki istər danışıq dilində, 
istər elmi-nəzəri, istərsə  də  bədii  əsərlərin dilində ki-
fayət qədər geniş işlədilir və bu norma pozuntusu hesab 
olunmur. Çünki bu faktlar dildə mövcud olan qənaət 
prinsipinin qanunauyğun nəticəsi kimi meydana çıx-
mışdır. Dildə belə faktlara tez-tez rast gəlinir. 
-a, -e(-ə), -y şəkilçili indiki zaman.  Türk dillərində 
felin zamanlarını əmələ gətirən şəkilçilər ümumi cəhət-


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
97
 
 
 
 
lərə malik olmaqla yanaşı, bəzən fərqli xüsusiyyətlər də 
kəsb edir. Bu baxımdan -a,-e(-ə),-y şəkilçisi maraq do-
ğurur. -a,-e(-ə),-y şəkilçisi qıpçaq, bulqar və uyğur-oğuz 
qrupu türk dillərində indiki zamanın əsas morfoloji əla-
məti kimi istifadə olunur. Konkret olaraq, qazax, qırğız, 
altay, noqay, başqırd, qumuq, özbək, sarı-uyğur, qara-
çay-balkar, kazan-tatar, tofalar, xakas, tuva, barabin-ta-
tar, çuvaş, yakut dillərində bu və ya digər fonetik va-
riantlarla müşahidə olunur. 
Araşdırdığımız müasir qazax, qırğız, noqay, altay, 
qaraqalpaq, krım-tatar, qaraçay-balkar,qumuq və tuva 
dillərində indiki-gələcək zaman forması üçvariantlı -a, -
e,-y şəkilçisi vasitəsilə əmələ gətirilir. Tuva dilində bü-
tün şəxslər üzrə -a-dır, -e-dir, -y-dir şəklində, xakas di-
lində  -a-dır,-e-dir,-dır, -dir  şəklində formalaşır. Pro-
fessor Mustafa Öner bu münasibətlə yazır: -a tur-gan//  
-a dur-gan//-a tu(r)-gan>a-tu-gın> atın  şekilnde geli-
şen ek, işte hem bu devam eden hareketten (-a tur-) 
ötürü geniş zaman ifadesi, hem de –gan eki dolayısıyla 
tamamlanmış bir hareket, yani geçmiş zaman yükü ta-
şıdığı için, bizim “geniş zamanın hikayesi” olarak anla-
yıp tercüme edebileceğimiz bir fiil çekimini teşkil et-
mekdedir
1

Müasir başqırd və kazan tatarlarının dillərində -a,-ə,   
-y  şəkilçi variantları özünü göstərir. Müasir özbək 
dilində isə -a, -y şəkilçi variantlarından istifadə olunur. 
                                                 
1
 Öner Mustafa. Bugünkü Kıpçak Türkçesi. Ankara, Türk Dil Kurumu, 1998, s.152. 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
98
 
 
 
 
Müasir qırğız və altay dillərində şəkilçinin  -at, -et, -ot, 
-öt, -yt, çuvaş dilində -at, -et  variantlarına rastlanır. 
-A, -e(-ə), -y şəkilçisi türk dillərində indiki zamanı 
ifadə edən ən geniş yayılmış morfoloji əlamətdir. Oğuz 
qrupu türk dillərindən başqa digər türk dillərində məh-
suldar indiki zaman forması kimi istifadə olunur. Müa-
sir qazax dilində indiki keçici zaman, noqay, özbək dil-
lərində  indiki-gələcək zaman, başqırd, qumuq, karaim, 
kazan-tatar  dillərində indiki zaman, qaraçay-balkar di-
lində ümumi və konkret indiki zaman terminləri ilə ad-
landırılır. Nümunələrə diqqət yetirək: 
                                 tək                   cəm  
I şəxs     qazax:          sanaymın         sanaymız         
         karaim:        kolamın           kolabız 
         altay:           baradırım         baradırıbız 
         noqay:         alaman             alamız 
         özbək:          boşlayman       boşlaymiz  
         qumuq:        alamän             aläbїz 
         başqırd:        kalamın           kalabıž  
         tuva:             aladır men       aladır bis  
    
II şəxs   qazax:          sanaysıŋ           sanaysıŋdar 
 
   karaim:         kolasın             kolasız 
 
altay:          baradırın           baradırıgır 
 
noqay:        alasıŋ                alasız 
 özbək:        boşlaysan          boşlaysiz(lar) 
 
qumuq:       alasän               aläsїz        
 başqırd:      kalahıŋ              kalahğıž 
 
tuva:           aladır sen          aladır siler 
III şəxs  qazax:        sanaydı              sanaydılar 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə