ƏLİ FƏHMİ DÜNYASI
149
Dəyərli oxucular, biz Əli Fəhminin yuxarıda adlarını
verdiyimiz əsərlərdən əldə edə bildiklərimizi bacardığı-
mız qədər təhlil edib, oxuculara məlumat verdik.
Əli Fəhminin vəfatı
Qeyd etdim ki, Əli Fəhmi Bakı milyonçularından
olan Hacı Gəncəli nəslindən idi. Pak və təmiz bir nəslə
mənsub olduğundan bir ocaq kəramətinə malik idi. Böyük
Yaradanın ona bəxş etdiyi iti düşüncə vasitəsi ilə ölüm
gününü, hətta saatını belə qabaqcadan bilirdi. Oğlu İlham
Ələkbərov xatırlayır ki, ”1969-cu ildə anam Aliyə xanım
xronoki ürək xəstəliyindən vəfat etdi. Atam şəhərdəki Ka-
mo küçəsindəki mənzilimizdə tək yaşayırdı. Tənha ol-
duğundan qayğısına qalan olmurdu. O, ikinci dəfə ailə
həyatı qurmalı oldu. Vaxtı ilə atamın tələbəsi olmuş, ata-
ma böyük hörmət bəsləyən Şəfiqə xanımla ailə həyatı qu-
rur”.“Atam həmişə mart ayından dad qılardı”-deyə İlham
Ələkbərov bildirir. “Mart çıxdı dərd çıxdı”- deyərdi. “Kaz-
bek“ adlanan papiros çəkərdi. Şəfiqə xanım hər dəfə ona
siqareti tərgitmək istəyəndə, “az qalıb lap az qalıb”- dey-
ərdi. Elə bil tezliklə vəfat edəcəyi kişinin ürəyinə dammış-
dı. Şəfiqə xanım xatırlayırmış ki, ”bu söhbətdən bir neçə
gün keçdi. 1975-ci il martın 12-də işdən evə qayıtdı, iş pal-
tarını dəyişdi, məni yanına çağırıb vəsiyyətini etdi. Ona
dəfələrlə etiraz edib mane olmaq istəsəm də O, təkidlə
”Qulaq as vaxtım azdır, məsələ ciddidir”- dedi. Ölüm qa-
bağı giley-güzarından da qalmadı. “4 övladın olsun biri də
yanında olmasın?” Səhər saat 9-da uşaqlarımı çağırarsan-
Yeqzar Cəfərli
150
deyə Şəfiqə xanıma qəti tapşırıq verir. Sonra telefon kitab-
çasını götürüb özünə yaxın bildiyi bir neçə dostuna, o
cümlədən Həkim Qəniyə, Fuad Qasımzadəyə, məşhur
gülüş ustası Əliağa Ağayeva zəng etdi.” Sabah saat 4 də
bizdəsiniz”- dedi.Əliağa Ağayev heç nədən xəbərsiz Mə-
şədi İbadsayağı zarafat da etdi.
”Hazır gəlim”?
Əli Fəhmi də öz zarafatından qalmadı.
”Xeyr-xeyr, stolun üstündə hər şey olacaq, qabaqca-
dan tədarük görmə”
Səhərisi saat 4-də Əliağa Ağayev Əli Fəhminin özü
ilə deyil, tabutu ilə qarşılaşanda ağlayıb fəryad qopardı:
”Sən məni dəfninə çağırıbsanmış”- dedi ,ürəyi getdi və ye-
rə yıxıldı. Ən dərdli insanlara belə doyunca gülüş bəxş
edən, onları ovunduran bu böyük səhnə ustasının ağlayıb
fəryad qoparmasını təsəvvür edirsinizmi?
Bütün həyatı xeyirxah əməllərlə zəngin olan bu
böyük alim heç kəsə əziyyət vermək istəməmiş, ona görə
də dəfninə ən yaxın dostlarını çağırmışdı. Həyat yoldaşına
vəsiyyətində ”Qəzetdə elan verməyin, yoxsa insan selinin
qarşısında dayana bilməyəcəksiniz”-demişdi. Şəfiqə xanı-
ma demişdi “İndi mən Qurani-kərimdən bir neçə ayə
oxuyacağam, elə ki, barmağımı dodağıma qoydum, daha
məni dilləndirməyin”. Oğlu İlham Ələkbərov xatırlayır ki,
”səhər saat 9-da atamın keçinmək xəbərini eşidəndə ailə
üzvləri və atamın ən yaxın dostu, ailəmizə çox yaxın olan
Həkim Qəni ilə birlikdə şəhərdəki mənzilimizə yollandıq.
Hamımız məəttəl qaldıq. Atam ifadəli və sağlam üzü ilə
bizə baxırdı, sanki heç keçinməmişdi”
ƏLİ FƏHMİ DÜNYASI
151
Yaxınları danışır ki, Əli Fəhmi ölümü gülə gülə qarşı-
ladı. Niyə də qarşılamasın? Axı, özü ilə saysız hesabsız
xeyirxah əməllər aparırdı. Həzrəti Əli həmişə deyərmiş ki,
”Ölümündən o insanlar qorxur ki, özü ilə aparacaq yaxşı
əməlləri yoxdur”. Əli Fəhmi övladlarına tez-tez deyərmiş
ki, ”İnsan dünyaya gələndə özü ağlayır, ətrafındakılar isə
sevinib gülürlər. Hətta, uşaq ağlamasa belə ona balaca to-
xunub ağladırlar. Elə yaşamaq lazımdır ki, insan həyatı
tərk edərkən özü gülsün, ətrafındakılar isə onu itirdikləri-
nə görə ağlasınlar”.
Həyatda çox böyük qəhramanlıqlar göstərmiş insan-
lar belə “ölüm” adlanan bu qorxunc kabusdan qorxur. İn-
san yaşayır, yaşadıqca yaşamaq istəyir. Ömür uzun ol-
duğu qədər də qısadır, belə olmasaa idi qədim zamanlar-
da 500 ildən yuxarı ömür sürən peyğəmbərlər belə bu
ömrün bir anın içində gəlib keçməsindən şikayətlənməz-
dilər. Həyatda çox nadir insanlar olur ki, ölümdən qor-
xmasın. Məsələn: Əli Fəhmi kimi.
Əziz oxucular! Yaşadığımız həyatın iki üzü var.
Yumşaq və sərt üzü. Amansız həyat zaman-zaman verdiy-
ini bir gün geri alır. Fitri istedadı və iti düşüncəsiylə
ölümünü belə qabaqcadan duyan, hiss edən xalqımızın
böyük alim oğlunu zalım dünya əlimizdən vaxtsız alıb,
apardı, o biri dünyanı ziynətləndirmək üçün. O, hələ ədə-
biyyatımız üçün neçə-neçə dahilər yetişdirəcəkdi. Ölümü
də möcüzələrlə müşaiyət olundu bu böyük insanın. Oğlu
İlham Ələkbərov xatırlayır ki, “Bizim bir yəhudi qonşu-
muz var idi, ailəmizə çox yaxın idi. Atamın dəfn günüün
səhərisi qardaşıma gecə gördüyü yuxusunu danışdı
Yeqzar Cəfərli
152
“Gördüm ki, rəhmətlik ananız ağappaq geyinib atanızı
qarşılayır”. Eyni yuxunu heç nədən xəbərsiz bir qadın qo-
humumuz da danışdı. Bu söhbətlərdən təxminən iki saat
sonra dayımın həyat yoldaşı bizə gəlib eynilə belə bir yu-
xunu danışdı: “ Gördüm Aliyə ağappaq geyimdə yer-yığış
edir, səbəbini soruşdum. “Əli yanıma gəlir”- dedi. Bu da
sirli- sehirli dünyanın daha bir möcüzəsi”.
Məni əhatə edən insanların əksəriyyəti dindar ol-
duğundan kiçik yaşlarımdan dinin tələblərinə ciddi riayət
etmək ruhunda tərbiyələnmişəm. Evimizdə olan zəngin
dini kitabxanadan imkanım daxilində bəhrələnmişəm. Bu
dini kitablardan müqəddəslərin dəfn günlərində bəzi
möcüzələrin baş verdiyi haqqında oxumuşam. Məsələn:
Yazırlar ki, sevimli peyğəmbərimizin yaxın səhabələrin-
dən biri Səəd ibn Məazın dəfn günündə ərş titrəmişdi. Yə-
ni, bütün dünyada eyni vaxtda zəlzələ baş vermişdi. Əli
Fəhminin dəfn günündə də böyük bir tufan qopmuşdu. İl-
ham Ələkbərov danışır ki, “dəfn günü hava çox sakit idi.
Mərhumun cənazəsini yumaq üçün Sabunçudakı evimizin
ikinci mərtəbədən həyətə endirəndə qəfil bir gurultu qop-
du. Həyətimizdə iki adamın qucağına belə sığmayan
yoğun gövdəli bir ağac var idi. Ağacın budaqlarından biri
küləyin təsirinə tab gətirməyərək sındı. Qəribə burası idi
ki, ağacın evə tərəf olan hissəsi qopub yerə düşsədə evə
heç bir ziyan vurmadı”. Tabutu həyətdən çıxarana qədər
bu budaq tabutu oxşadı, öpdü. Sanki budaq öz sahibi ilə
vidalaşırdı. Külək isə səngimək bilmir, toz-torpağı, xırda
daşları dəfndə iştirak edən insanların başına, üzünə çırpır-
dı. Dəfni Əli Fəhminin öz vəsiyyətinə görə yüksək dini
Dostları ilə paylaş: |