ƏLİ FƏHMİ DÜNYASI
153
təhsil görmüş böyük alimin bəyəndiyi və məclislərdə ona
hörmətlə yanaşdığı Molla Bülbül adlı bir axund idarə edir-
di. Axund da bu təlatumdan vahimələnmişdi: “Baxın təbi-
ət də Əli Fəhmi üçün qan ağlayır”- demişdir. Sanki, yaşa-
dığımız dünya axirət dünyası ilə çarpışır, mübarizə aparır,
sevimli alim oğlunu əlindən buraxmaq istəmirdi. O, insan-
lara əziyyət verməmək üçün dəfnini nə qədər gizli saxla-
mağı tapşırsa da onun dəfni nəhəng bir izdihamla müşaiy-
ət olundu. Alimin dəfnində uzaq rayonlardan belə gəlmiş
adamlar iştirak edirdi. O, Zaqafqaziya Müsəlmanları Kon-
qresinin üzvü olduğundan onun dəfnində dünya müsəl-
man təşkilatlarının, xüsusən də Daşkənd müsəlmanları ru-
hani idarəsinin nümayəndələri iştirak edirdi. Sevimli
peyğəmbərimiz “Mən elmin şəhəri, Əli isə onun qapısı-
dır”- demişdir. Yəni məni öyrənmək istəyən hər kəs Əli-
nin vasitəsilə öyrənsin. Əli Fəhminin məzarının sinə daşı-
na Füzulinin adı yazılmış kitab həkk olunmuşdur. Bu isə o
deməkdir ki, Füzulini öyrənmək istəyən hər kəs Əli Fəh-
minin əsərlərindən öyrənməlidir. Onun dəfnində yaxın-
dan iştirak edən şair qəzəlxan Həkim Qəni alimin dəfnin-
də baş verən təlatumu Nuhun tufanına bənzətmişdi.
Dəfn eyləyəndə ərşi-fələklər də ağladı,
Nuhun özündə yoxdu bu tufanı Fəhminin.
Ey kaş əzəlcə mən keçinəydim, o heyif idi,
Oldu deyəydilər Qəni qurbanı Fəhminin.
Bax, beləcə xalqımız əsil elm fədaisi olan oğlunu itirdi.
Yeqzar Cəfərli
154
Xatirəsinin əbədiləşdirilməsi
Əli Fəhminin yazdığı hər bir monoqrafiya və məqalə
bir alim adını almağa kifayət etsə də O, elmi dərəcələr,
fəxri titullar almağa əsla səy göstərmədi. Onu yaxından ta-
nıyayanlar söyləyirlər ki, bu böyük şəxsiyyət heç bir
dünya malına əsla etina etməyən gözü, könlü tox, sözün
həqiqi mənasında gözəl bir şəxsiyyət idi. Amma müdafiə
edib elmi ad almaması onun böyük alim adlanmasına qə-
tiyyən mane olmur. Çünki, bir insanın böyük alim adlan-
ması üçün xalqın onu sevməsi, qəbul etməsi kifayət edər,
Məgər, qədim dünyanın nəhəng alimləri olan Aristotel, Bi-
runi, Fərabi, İbn Sina müdafiə edib elmi ad almışdılarmı?
Lakin onlar yüzlərlə alimin birlikdə sahib olacaqları bir
əbədiyyət qazanmışlar. Bu baxımdan Əli Fəhmi xoşbəxt
alimdir, çünki onu sevənlərin xatirəsində əbədi yaşayacaq.
Lakin əsil elm fədaisi olan bu görkəmli şərqşünas, ədə-
biyyatşünas alimin əməyinin əsla qiymətləndirilməməsi
dərin təəssüf doğurur.
1975-ci ildə Əli Fəhminin ölümü ilə bağlı Elmlər
Akademiyasınım və ADU-nun bir qrup alimi Əli Fəhmini
xatirəsini əbədiləşdirmək, ADU-nun qarşısında onun hey-
kəlini ucaltmaq məqsədi ilə Azərbaycan KP MK-ya
müraciət etdilər. Çox təəssüf ki, H.Əliyev bu zaman xarici
səfərlə bağlı olaraq ölkədə yox idi. MK katiblərindən biri
alimləri hörmətlə qəbul etmiş, onların təklifini bəyənmiş
lakin, Əli Fəhmi kommunist olmadığından ona heykəl
ucaltmağın mümkün olmadığını, amma adına qəsəbə,
kənd, küçə verməyin mümkün olduğunu bildirmişdi. La-
ƏLİ FƏHMİ DÜNYASI
155
kin alimlərin bu arzusu kommunist dövrünə xas olan
süründürməçilik ucbatından həll edilməmiş qaldı. O za-
manlar MK katibini bəlkə də başa düşmək olardı. Bəs in-
di? İndiki kommunist rejimi yoxdur. Azad müstəqil ölkə-
miz, xeyirxah prezidentimiz var. Bir də Heydər Əliyev
fondu var. H.Əliyev deyərdi “Tarix həmişə hər şeyi öz ye-
rinə qoyur”. Axı, Əli Fəhmi bütün yaradıcı gücünü ADU-
da sərf etmişdi. ADU-nun qarşısında onun heykəlinin
ucaldılması tamamilə düzgün və ədalətli qərar olardı. Axı,
Əli Fəhmi həm də BDU- ilə yaşıddır, hər ikisi dünyaya
1919-cu ildə qədəm qoymuşdu.
2009- cu ildə Əli Fəhminin 90 yaşı tamam oldu. Onu
yubileyi dövlət səviyyəsində qeyd olunmasa da, bu onun
ümumxalq məhəbbətinə heç bir təsir göstərə bilməz. On-
suz da alimlərin ən böyük qiymətini sevimli peyğəmbəri-
miz vermişdir. “Alimlər peyğəmbərlərin varisləridir”-
deməklə alimlərin müqəddəslər sırasında peyğəmbərlər-
dən sonra gəldiyini təsdiq etmişdir.
Zənnimcə, alimin xatirəsini əbədiləşdirməklə bağlı
məsələnin həllinin indi əsil vaxtıdır. İlk əvvəl onu qeyd et-
mək istəyirəm ki, ölkəmizdə H.Əliyevin adını daşıyan
küçələr, bağlar, məktəblər bir sözlə hər şey vardır, amma
onun adını daşıyan rayon yoxdur. Sabunçu rayonuna
H.Əliyevin adını vermək ədalətli bir iş olardı. Çünki, bu
rayonun hər bir kiçik, böyük müvəffəqiyyəti H. Əliyevin
adı ilə bağlıdır. Bir tələbə olaraq belə bir təklifdə bulun-
maq istəyirəm. Sabunçu rayonuna H.Əliyevin, Əli Fəhmi-
nin doğulub boya-başa çatdığı Sabunçu qəsəbəsinə isə Əli
Fəhminin adı verilsin. Bu arzu böyük alimin ailəsinin ən
Yeqzar Cəfərli
156
böyük arzusudur. Bu arzu həyata keçəcək, ya keçməyəcək
bilmirəm. Amma çox gözəl bilirəm ki, bu arzunun həyata
keçməsi həm H.Əliyevin, həm də Rəhbərin onun mərdliyi-
nə, gözütoxluğuna görə həmişə hörmət bəslədiyi Əli Fəh-
minin ruhuna böyük ehtiram olardı. Ona görə də alimi ta-
nıyan hər kəsdən, onun rəhbər vəzifələrdə çalışan tələbə-
lərindən və xüsusilə də Təhsil Naziri Misir Mərdanovdan
bu xeyirxah arzuya dəstək olmalarını xahiş edirik. Mən
varlığım qədər inanıram ki, bu arzu hörmətli prezidenti-
mizə çatdırılsa həmişə xeyirxah işlərə dəstək olan hörmətli
prezidentimiz bu məsələni müsbət həll edəcəkdir.
Əli Fəhminin məzarı
üstündə düşüncələrim
“Sağlığında xalqın sevimlisi olan ölümündən sonra
adı tarixin bəzəyi olmaq dünyada ən böyük səadətdir”.
M. F. Axundov.
Əli Fəhmi haqqında son sətirlərimi onun məzarı
üstündə yazmağı qərara aldım. Budur, bu əvəzsiz şəx-
siyyətin məzarı üzərində durub dərin düşüncələrə dalıb
düşünürəm. Bu dünyada küləklərin, tufanların zərbindən
çox möhtəşəm abidələr uçulub dağılıb. Görəsən sənin də
qəbir abidən haçansa uçulub dağılacaqmı?. Heç şübhəsiz
dağılacaqdır. Amma sənin ən böyük abidən Azərbaycan
xalqının ürəyindədir. Onu isə heç bir külək heç bir tufan
uçurub dağıda bilməz. Qədirbilən xalqımız səni halal var-
dövləti kimi irsən, nəsildən-nəsilə ötürəcək, yaşadacaq,
Dostları ilə paylaş: |