Yeqzar Cəfərli
162
Düşmənin gözünün içinə baxdın.
Od kimi kükrəyib, sel kimi axdın.
Qırmızı bayrağı uca qaldırdın,
Reyxstraq üstünə əlinlə taxdın.
Vətənin qəhrəman oğullarıyla,
Düşmənin yurduna yanaşı getdin.
Əsgər paltarında, qoç vüqarıyla,
O qara kabusu tarimar etdin.
Bir düşün qardaşım keçdiyin yolu,
Nə qədər insana həyat vermisən.
Ömrünün kitabı zəfərlə dolu,
Sönən ömürlərə nicat vermisən.
Lakin bu zəfərlədi qansız,
Yol tikansız olmaz, döyüş qurbansız.
Biz də qurban verdik bu döyüşlərdə,
Fəqət qanlarını qoymadıq yerdə.
Həkim yoldaşlardan bir neçə həmkar,
Hərbdə həlak oldu mərd insan kimi.
Vətən keşiyində can verdi onlar,
Düşməni məhv etmiş qəhrəman kimi.
Əgər bu gün bizlə yoxsa da onlar,
Böyük əməlləri tarixdə haqdır.
Vətənə canını qurban verənlər,
Xalqının qəlbində yaşayacaqdır.
ƏLİ FƏHMİ DÜNYASI
163
Daima səslənir bizim səsimiz,
Onların o cəsur hücum səsiylə.
Bu gün əyilməyən başımızı biz,
Əyək o dostların xatirəsilə.
İllər quş qanadlı ötüşdü bir-bir,
Şəvə saçımıza dən düşdü dostum,
Bu ömür karvanı durmadan gedir,
Bizdən gəncliyimiz gen düşdü dostum.
Yox! Sənin əməyin əvəz edilməz
Varlığın, həyatın zinətidir bil,
Sən təvazökarsan, həkim yoldaşım
Ellər sədaqəti unudan deyil.
Bu gün alnın açıq, üzün də ağdır.
Qəhrəman, tarixdə yaşayacaqdır.
Heç məyus olma ki, ağardı saçı,
Hələ yaşadıqca ağaracaqdır.
Enişli, yoxuşlu bir yol keçmisən,
Həkimsən, şərəfli bir yol seçmisən.
Əbəs ağartmadın sən o saçları,
Vüqarlı dağların bol olar qarı.
İndi də bu olsun ürək sözümüz;
Yaman gün görməsin bir də gözümüz.
Gün o gün olsun ki, yenə bu yerdə
Yüz illik yubileyi qeyd edək bir də.
Həkim Əli Fəhmi Ələkbərov
Yeqzar Cəfərli
164
Fələk başsız qoydu xanimanımı,
Ayırdı dünyadan cavan canımı.
Odlandı anamın bağrının başı,
Axdı ailənin acı göz yaşı
Ömür sarayının çırağı söndü,
Həyatın günəşi xəzana döndü,
Bu cavan ömrümün parlaq çağında,
Yatıram torpağın sıx qucağında.
Ömrümün qonçası hələ açmamış,
Xəzan budağımı qırdı neyləyim
Bir təzə sərv idim cahan bağında
Əcəl ildırımı vurdu neyləyim.
Susdu gənc ürəyim, cismim öldü nəş
Ömrümün günəşi xəzana döndü,
Dünyanı nuruna qərq edən günəş
Mənim məzarımın başında söndü.
Dəlindi anamın bağrının başı
Töküldü bacımın inci göz yaşı,
Ömrümün mübariz cavan yaşında
Adım həkk olundu məzar daşında
14 noyabr 1967-ci il Ə Fəhmi
ƏLİ FƏHMİ DÜNYASI
165
QƏZƏL
Cana Könül həmişə edər böylə arizu,
Hərdən görə səni otura sənlə rubəru.
Aşiqdu gül camalına zövqü kəmalına,
Var iştiyaqi daim edə sənlə qoftuğu.
Sordu rəqib: kimdi sənə yari dilnəraz,
Etdim işarə sən tərəfə, söylədim ki, bu.
Hər kəs sənin kimi ola yarı, nə baki var,
Gərsi ola təmam xəyalıq ona ədu.
Elmü hünər gərəkdi qənimətdi vaxtlar,
Təhsil qıl, bununla qalar səndə o biru.
Möhtac olma qeyrə, amandır, həzər elə,
Etmə sual əgərçə ola bir içim də su.
Zəhmətlə kəsb qıl, gözünü tikmə özgəyə,
Biganə hər nə versə, ona eylə sən tifu.
Fəhmi, sən əhli elm ilə həmsöhbət olginən,
Elm əhli ilə söhbət edən kamiyab olu.
Əli Fəhmi.
Yeqzar Cəfərli
166
TƏSADÜF
Dünən bir çiçəyi budaqdan qırıb,
Nazlı bir dilbərin döşünə taxdım.
Özüm qəmli-qəmli kənarda durub,
Hüsnə, gözəlliyə həsrətlə baxdım.
Söylədim ki, səni müqəddəs tutan,
Önündə parlayan şanlı həyatdır.
Lakin gözəlliyin vəfası yoxdu,
Ya bir dəqiqədir, ya bir saatdır.
Gün gələr vücudun kamala dolar,
Duyarsan sevginin ehtiraslarını.
O qədər keçməz ki, gül kimi solar,
O zaman bir kimsə çəkməz nazını.
Gənclik müvəqqəti bir gəncinədir,
Bu qəmli Fəhminin sözünü dinlə.
Gözəllik tez ötən bir səhifədir,
Heç zaman fəxr etmə gözəlliyinlə.
Əli Fəhmi.
ƏLİ FƏHMİ DÜNYASI
167
Əli Fəhmi haqqında
yazılmış şeirlər
QƏZƏL
“Fəhmi sən əhli elm ilə həmsöhbət olginən,
Elm əhli ilə söhbət edən kamiyab olur”
Əli Fəhmi
Gör zülmü əzabı bu cahanın hesab olur,
Yer kürrəsi həcmində böyük bir kitab olur.
Xərc eyləsə ömrünü dünyada eyş ilə,
Muzdu bəşərin əvvəl-axır iztirab olur.
Bəzən cavabın almayırıq bircə sualın,
Minlərlə sualə nə zaman bəs cavab olur?
Bir tazə Qeystək, mənə eyb eyləməsinlər,
Hər dövrdə eşq içrə təzə inqilab olur.
Əyyub peyğəmbər kimi çox zillətə dözdüm,
Zənn eyləmirəm kimsədə bir böylə tab olur.
Əhsən ona ki, nuş eləyir camını eşqin,
Mən böylə günah eyləmiş olsam cavab olur.
Kəs var ki, əgər varlığı yoxluq kimidirsə,
Fəhmilərimin yoxluğu, Şahin, əzab olur
Şahin Fazil
10 mart, 1995
Dostları ilə paylaş: |