Yeqzar Cəfərli
184
3.SSRİ tarixi şifahi.
4.Xarici dil (kamal şəhadətnaməsində göstərilən dil)-
şifahi.
Bu dörd imtahandan əlavə iki il stajı olarsa, konkurs
zamanı böyük köməyi olar. Əgər olmasa gərək bütün im-
tahanlardan “5” qiymət alsın.
Şərq fakultəsinə ildə 7-8 nəfər adam qəbul edirlər. Yə-
ni 8 nəfər ərəb bölməsinə, 8 nəfər fars bölməsinə, 8 nəfər
isə türk bölməsinə tələbə götürürlər. Demək, cəmi 24 nəfər
olur ki, bunlar ümumi fənlərdən dərsləri bir yerdə, xususi
dildən isə ayrılıqda keçirlər. Bir sözlə, Şərq fakültəsinə da-
xil olmaq o biri fakültələrə qəbul olunmaqdan çətindir.
Amma savad olarsa inşallah mümkün olar.
Siz Rüdabəni indidən həmin 4 fənnə hazırlaşdırmağa
çalışın. Müəllim tutun. Və sairə. Hal ilə çarəsini görünüz.
Vəziyyət belədir. Bacarsanız qızı bir yerdə işə düzəldin.
Məktəb və ya kitabxana olsa daha yaxşıdır. Əgər gələn il-
də qəbul imtahanlarına mən də düşərsəm, hökmən kömək
edərəm. Və illa mümkün deyil. Amma savad birincidir.
Hələlik xudahafiz, müxlisiniz Əli Fəhmi.
Hacı Məhəmməd Qafqazlı dörd aydır ki, xəstədir, sa-
lamınızı ona yetirərəm.
Əli Fəhmi 1969.
ƏLİ FƏHMİ DÜNYASI
185
Hörmətli Rəfi müəllim!
Əvvələn salam və ehtiram, saniyən məktubunuzu al-
dım, məzmunundan müttəle olunca məsrur oldum. Lakin
costocuda bularaq müəyyən etdim ki, məsələ başqa
cürdür. Ali Təhsil Nazirliyi tərəfindən irəli sürülmüşdür
ki, gərək 1972-1973-cü illərdə Xarici Dillər İnstitutunun
nəznində olan rus dili müəllimi şöbəsi darülfununa keçi-
rilsin və əvəzində darülfununda birləşən fars, ərəb və türk
şöbələri xarici dillər institutunun binasına köçürülsün. Da-
ha doğrusu dillər institutunun ixtiyarında olsun. Amma
bu cür yerdəyişmə hadisəsinə razılıq verməyən idarələrdə
böyük danışıqlar vardır. Xüsusən AQU belə tədbirə qə-
tiyyən razılıq vermir. Nəticə budur ki, hələ bu məsələ həll
olumamışdır. Baxıb görəlim nədir. Nədirsə gözləyəlim.
Məktubun cavabını gecikdirməyə səbəb fevral ayının
5-də qayınanamın vəfat etməsi və bununla əlaqədar sər-
səlamətə gələnləri qəbul etmək məşğuliyyəti olmuşdur.
Hələ martın 15 nə qədər bu məsələ mənim başımı bərk qa-
rışdırmaqdadır. Hələlik sağ olun. Üzr istəyirəm. Qafqazlı
başsağlığı vermək üçün gəlmişdi. Salamınızı yetirdim.
Mirzə Lətifə salam söyləyin. Xudahafiz.
Əli Fəhmi 1971.
Yeqzar Cəfərli
186
Əziz və möhtərəm Rəfi müəllimin hüzuri ailələrinə!
Bəd əz səlam və ehtiram, Məktubunuzu alıb xoşhal ol-
dum. Amma qızcığazın keçən il instituta girə bilməməsi
bir qədər kədər əmələ gətirdi. Lakin ümidvaram ki, gələn
ildə müvəffəq olar inşallah. Saniyən istərdim ki, göndər-
diyiniz suallara beqədri qüvvə cavab verim. Məlumunuz
olsun ki, sərv ağacı üç qisim olur.
1. Sərvi- sohi, 2. Sərvi- naz, 3. Sərvi azad.
Sohi sözü fars dilində düz şəkildə yüksələn şeyə deyi-
lir. Necə ki, gözəllərin qaməti qəddisohi adlanır. Bu cür
sərvin iki budağı olur. Və hər iksi yanlara əyilməyərək
düz yuxarı qalxırlar.
2. Sərvi-naz. Bu cür sərvin budaqları hər tərəfə mayil
olub, axarlı- baxarlı olur, naz eyləyən gözəllər kimi özünü
o tərəf, bu tərəfə burcudur( meylləndirir).
3. Sərvi-azad. Bu cür sərv ağaclarının bütün budaqları
əvvəldən düz olub dik yuxarı qalxır və ətrafdakı digər
ağaclara toxunmur. Bu cür sərv 3 şeydən azaddır.
1. Əyilməkdən;
2. Başqa ağaclara mane olmaqdan;
3. Xəzandan və meyvə verməkdən azaddır. Bu cür
sərvlər ilin bütün fəsəllərində yam-yaşıl olurlar. Xəzan bu-
nun yarpaqlarını tökə bilməz. Ona görə də həmişə bahar
kimi göyçək, təravətli, qəddi-qaməti düz və həmişə bakirə
kimi görünən sərvi- azada oxşadırlar. Necə ki, Füzuli de-
mişdir:
Sərvi azad qəddinlə mənə yeksan görünür.
Kim ki, sərgəştə ola baxsa xuraman görünür.
ƏLİ FƏHMİ DÜNYASI
187
İkinci mənada azad o şəxsə deyilir ki, dünyanın qəm
və qüssəsini birdəfəlik tullayıb, əlinə düşən malı, pulu, ne-
məti xərcləsin. Farslar belə şəxslərə mərde Azadegan dey-
irlər. Belə şəxslərin həmişə əlləri boş olar. Çünki, əllərin-
dən gələni həmin dəqiqədə keyf-mayasayə, dostlara,
üxvane-səfaye sərf edirlər. Odur ki, Sizin göndərdiyiniz
beytdə Sədi Əleyhirrəhimə düz buyurmuşdur;” Yeki be-
sərv qovt, gera mivei nemiari. Cəvab dad ke azadiqan tohi
dəstənd. (Tərcüməsi: biri sərvdən soruşdu, niyə meyvən
yoxdur. Cavab verdi ki, azadeganın əlləri boş olur). Sədi
burada mərde azadeganın əliboş olmasını sərvin meyvə-
dən azad olmasına təşbih etmişdir.Yaxud əksinə...
İkinci məsələ- məlumdur ki, Farçe qədimdə, yəni atəş-
pərəstlik dövründə atın kişnəməsinə, şirin nəriltisinə və
bir də günə, “şənbə” demişlər. Bizim axtardığımız üçüncü
mənadır. Yəni, şənbə sözü ( ruz, yəvm) deməkdir. Onlar
İranın islamiyyəti qəbulundan sonra aimə günü müsəl-
man qaydası ilə tətil və bayram günü hesab edərək iki ai-
mə mənasındakı günləri “şənbə” sözünün əvvəlinə sayla-
rı gəlməklə işlətmişlər. Cümə ertəsinə “şənbə”, qalanları-
na isə Yek, do, se, çahar, pənc artırmışlar, Ancaq təkcə
cümə ertəsi gününü saylarla əlaqələndirməmişlər. Eləcə
“şənbə adlandırmışlar. Çünki, atəşpərəst olduqları zaman
onların təhsüik günü şənbə olmuşdur. Yəhudilər kimi
cümə ertəsi günü onların bayramları olduğu üçün və
“şənbə adlandığı üçün günlərin sayını ondan sonra gələn
gündən başlamışlar. Yekşənbə( birinci gün), Düşənbə(
ikinci gün) və ilaxır. Əgər onların xəlifədən qorxusu olma-
saydı cüməni də şeş şənbə adlandırardılar. İslamı qəbul
Dostları ilə paylaş: |