Yeqzar Cəfərli
174
Fazili- gəncinədir Seyid Əzimlər aşiqi,
Sevdiyi alimlərə hörmət Əli Fəhmidədir.
Afərin söylər görən bu fitri istedadına,
Dilləri dilşad edən söhbət Əli Fəhmidədir.
Gövəri-dəryadır ol, aləm veribdir qiymətin,
Fəhm qıl Haci, qiymət Əli Fəhmidədir.
Hacıbaba Hüseynov
Əli Fəhminin tərcümələri
Şeyx Fəridəddin Əttarın (1118-1229) “Məntiq-üt-teyr”
əsərində “Şeyx sənan” haqqında yazdığı parçanın məz-
munu
Şeyx Sənan dövrünün kamil şəxslərindən olub, əlli il-
lik ömrünü Məkkədə, Kəbə ətrafında ibadətlə keçirmişdir.
Onun dörd yüzə qədər fazil və riyazətlə keçirən müridləri
olmuşdur. Müridlər şeyxinin kəramətindən və kainat sirr-
lərinin bilməsindən ilham almaq məqsədilə bir dəqiqə də
olsa ondan ayrılmazdılar. Məkkənin şil və korları şeyxin
müqəddəs nəfəsindən şəfa tapırdılar. Bir gecə Şeyx Sənan
yuxuda özünün bir rum gözəlinə səcdə etdiyini görür. (Şa-
ir sənəmin ayrı-ayrı üzvlərini 20-30 beytdə bədii təşbeh
epitetlə təsvir edir). Yuxudan ayrılan Şeyx, sənəmin eşqilə
məftun olduğundan, artıq hər şeyə səthi gözlə baxır, yal-
ƏLİ FƏHMİ DÜNYASI
175
nız onun xəyalilə yaşayır, hətta kəbəyə belə getmir,
müridlərlə məşğul olmaqdan imtina edir.
Şeyxin bu halından təəccüblənən, mütəəssir olan
müridlər ondan bunun səbəbini soruşarkən, şeyx özünün
Rum ölkəsində ruhən seyr etdiyi “sənəmi- tərsazadəyə”
məftun olduğunu, artıq iman və axirəti buraxıb eşqi və bu
uğurda baş verən rüsvayçılığı özünə məqsəd intixab et-
diyini onlara söyləyir. O artıq Kəbədən uzaqlaşıb Rum öl-
kəsinə səfər edəcəyini və o “tərsa becə” ilə qovuşacağını
bildirir. Müridlər Şeyxə hədsiz dərəcədə yalvarırlar ki, o
bu yoldan qayıtsın. Bu vaxta qədər göstərdiyi “kəşfi-kəra-
məti” və müqəddəsliyi əldən verməsin.
Müridlərin uzun-uzadı nəsihətlərindən ürəyi sıxılan
Şeyx, artıq hər bir ibadətin və axirətin məşuqədən ibarət
olduğunu, behiştdə onlarla yaşamaqdansa, cəhənnəmdə
məftun olduğunu ciddi bir tonla söyləyir.
Nəhayət səylərinin nəticəsini səmərəsiz görən mürid-
lər Şeyxlə bir yerdə Ruma getməyi qərara aldılar. Şeyx
müridlər ilə birlikdə Ruma gedir, buranın hər bir yerini
axtarırlar, nəhayət “tərsa sənəmi” gözəl bir seyrəngahda
tapırlar.
“Allahın qüdrətini yüz əlamətlərlə tanıtdıran bu ruha-
ni sufət məşuqə Sənanı görcək üzündən örtüyü götürür. (
Şair burada gözəlin zahiri və mənəvi cəhətlərini və eşq
məfhumunu panteizm dünya görüşü ilə təsir etməyə çalı-
şır ).
Məşuqənin açıq camalını görən Sənan özünü itirir.
Onun bədənini mənəvi və ruhani bir hərarət istila edir. O,
bir müddət danışmağa qadir olmur. Şeyxin bu halından
Yeqzar Cəfərli
176
heyran olan müridlər eşqin nə olduğunu yavaş-yavaş an-
lamağa başlayırlar. Onlar Şeyxi zəif halda qaldırıb bir dax-
maya gətirirlər. Şeyx o gecəni min cür əzablarla keçirir, sə-
hərə qədər yatmır. Sabah vaxtı Şeyxin xəstəlik yatağına
düşdüyünü görən müriflər çox iztirab keçirir.
GƏNC OĞLU ÖLMÜŞ ATANIN
QƏMLI TƏƏSSÜATI
Məra sal aməd bər-e siyo həşt
Nəbayət ke, digər betazəm bedeşt,
Mənim yaşım otuz səkkizi haqladı
Daha bir də çöldə at çapmamalıyam.
Məgər bəhre bərkirəm əz pend- e xiyş,
Bər əndişəm əz mərke- fərzənde- xiyş.
( Oğlumun ölümünü düşünüb, qəmgin olmamağım
üçün qohumlarımın nəsihəti və təskinlik vermələrinin mə-
nə bir faydası varmı?)
Məra bud nobət, bereft an səğir
Ze dərdəş mənəm çon təne bazəhir
Növbə mənim olduğu halda, o tifil dünyadan getdi
Mən isə, onun dərdindən daxili sıxıntılar çəkən canlı
bir heykələm
ƏLİ FƏHMİ DÜNYASI
177
Ke nobət məra bod, to bikame-mən,
Çera rəftiye bordi arame- mən?
(Növbə mənim ikən ey nakam balam,
Sən niyə gedib, rahatlığı da özünlə apardın?)
Omidən to budi, məra dəstgir
Çera rah çosti ze həmpahe-pir
(Ümidim bu idi ki, sən mənim əlimdən yapışarsan
Bəs niyə, bəs nə üçün qocanın yolunu tərk etdin?)
Məgər həmrahane- səğir yafti
Ke, əz pişe- mən tiyz beştafti?
(Yoxsa, bu yolda uşaq yoldaşlarını tapdın və tələsik
məni ötüb keçdin?)
Cəvanra ço şod sal bər çardəh
Nə bər arzu yaft gey bəməh.
Cavanın yaşı 14-ə çatan kimi,
Dünya onu arzusuna çatmağa qoymadı.
Həmi bud həmrah ba mən doroşt,
Bəraşoft ekbare benmud poşt.
Onsuz da dünya həmişə mənimlə qaba rəftar edir-
di, lakin birdən əsəbiləşib mənə tamamilə arxa çevirdi.
Berefto ğəme iydər bemand
Delə dideye-mən bexun dərneşand.
Yeqzar Cəfərli
178
Özü getdisə də, qəm və əzabı ürəyimdə əbədilik
qaldı, ürəyim və gözlərimi qana batırdı.
Konun u suye rövşənai resid,
Pederra həmi çay xahəd qozid
İndi o işıqlığa doğru getdi,
Atası üçün də müəyyən yer seçməlidir.
Həmana məra çeşm darəd hemi,
Ze deyr amədən xeşr darəd həmi.
Yəqin ki indi onun məzləri atasının dalınınca qalmış-
dır, atasının gec gəlnəsindən ötrü qəzəblənmişdir.
Vəra çarhəd bod, məra siyo- həşt,
Bereft u, bemandim tənha bedəft
Onun 14, mənim isə 38 yaşım var idi,
O getdi, mən isə bu səhrada tək qaldım.
Vey əndər şetab-o mən əndər rerəng
Ze gerdar ba tən-e zərvvar
Ay oğlul, sən o, sərv qamətin ilə torpaqlara qərq
olub, babalarının ağuşuna girdinmi?
Bepərverde budəm tanət ra be naz
Berəxşənde ruzo şebane deraz.
Mən uzun gecələri işıqlı gündüzə qatıb, sənin bədə-
nini naz içində böyütmüşəm.
Dostları ilə paylaş: |