Elmira Fikrətqızı
43
birini Kıbrıs türk şairi Osman Türkaya ithaf etməyi qərarlaşdırır.
(Varlık, 1974: 1)
1976-cı ildə Kembricin “Qitələrarası Bioqrafiya Mərkəzi” ona
“üzvlük” vəsiqəsi verir və bundan sonra adının sonunda F.İ.B.A.
(Fellow Intercontinental Biographical Assocation – Qitələrarası
Bioqrafiya Cəmiyyətinə Üzvlük) hərflərindən istifadə etmək hüqu-
qu qazanır.
İngiliscə də şeirlər yazan müəllifin 1978-ci ildə “Beethoven and
Other Poems” (“Bethoven və digər poemalar”), 1982-ci ildə “Poet-
ry Türkay” (“Türkayın poeziyası”), 1986-cı ildə “Variations”
(“Variasiyalar”), 1989-cu ildə “Symphonies for the World” (“Dün-
ya üçün simfoniyalar”), 1995-ci ildə “Poetry Türkay and Ephitaphs
for the Dying World” (“Türkayın poeziyası və ölən dünya üçün
efitapiyalar”), 1998-ci ildə “Roaming About Universe” (“Kainatda
bir gəzinti”), 1999-cu ildə “Cosmorama” kitabları İngiltərə, Hindis-
tan və ABŞ-da çap olunur. Onun şeirləri rus, İsveç, yapon, ərəb,
Hind, rumın, çex, Koreya, Azərbaycan
16
və s. dillərə tərcümə edilir.
10 sentyabr 1979-cu ildə Nyu-Yorkdakı Danziq Universiteti ilə
qardaş elan edilən Hindistan Dünya Universiteti ona “Ədəbiyyat
doktoru” fəxri adını verir.
1981-ci ildə Dünya Sənət və Mədəniyyət Akademiyası tərə-
findən keçirilən Dünya Şairlərinin Beşinci Qurultayında şeirdəki
mükəmməlliyinə görə “Beynəlxalq Ozanlar Sultanı” adını alır.
1983-cü ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən “Kosmos
əsri şerinə xidmət” mükafatına layiq görülür.
1984-cü ildə isə həmin institut onu ömrünün sonuna qədər Fəxri
üzvlüyünə və Beynəlxalq Müşavirliyə seçir, 1985-ci ildə isə “Xa-
tirə” şərəf medalı ilə təltif edir.
Qitələrarası Dünya Şeir Dərnəyi və Dünya Sənət və Mədəniyyət
Akademiyası tərəfindən 29 dekabr 1986-cı ildən 3 yanvar 1987-ci
16
Türkayın “Şair çocuğun sabah duası” əsəri tərəfimizdən Azərbaycan türkcəsinə
uyğunlaşdırılaraq, “Azərbaycan” jurnalında (Bakı, 2003, 11, s. 157 ) çap olunmuş-
dur.
Osman Türkayın poetik irsi
44
ilə qədər Hindistanın Mədrəs şəhərində təşkil olunan Dünya Şair-
lərinin IX Qurultayında ingiliscə yazdığı “Variasiyalar” kitabına
görə 1986-cı ilin “Dünya Şeir Birinciliyi” mükafatını alır.
1987-ci ildə Beynəlxalq Şairlər Akademiyası ona “Variasiyalar”
əsərinə görə “Şeirdə Bərabərsizlik” mükafatını verir. Həmin ildə
İtaliyada “Gümüş Zəncirli Beynəlxalq Şeir” mükafatını, “KKTC
Cümhurbaşqanlığı şərəf” mükafatını alır. 1988-ci ildə isə həmin
kitabın yüksək müvəffəqiyyəti və şairin kosmos əsri şerinə yeni
dəyərlər bəxş etməsi münasibətilə o, Qitələrarası Dünya Şeir Dər-
nəyi tərəfindən Nobel ədəbiyyat mükafatına namizəd göstərilir,
İtaliya Milli Mədəniyyət Mərkəzi “PelleD Luna” tərəfindən təşkil
olunan Beynəlxalq Şeir Müsabiqəsində “Bir portretdə çağımızın üç
üzü” şeri ilə birincilik qazanır, Sinqapur XV Sənətlər və Əlaqələr
Qurultayında beynəlxalq şeirdə göstərdiyi uğur və qüsursuzluğa
görə, Asiyalı Şairlər Federasiyasının “Qızıl Şeir Medalyonu”na la-
yiq görülür.
1990-cı ildə Kenyanın Narobiya şəhərində 8-15 iyul tarixləri
arasında keçirilən XVII Beynəlxalq Sənətlər və Əlaqələr
Qurultayında “Afrika” şerinə görə “Afrika Şeir Kralı” mükafatına
və “Dünyamızın portreti - 1990” poemasına görə “Qızıl Zürafə”
mükafatına layiq görülür. Həmin ildə ikinci dəfə Nobel mükafatına
namizəd göstərilir.
1991-ci ildə “Yunis İmrə Sevgi, Sülh və Xoşgörü Xüsusi” mü-
kafatını, Avstraliyadan “Qəhrəmanlıq” adını, İngiltərədən “Viktori-
ya Şeir Medalyonu”nu alır. “Dünya üçün simfoniya” kitabı ilin
“Avropa Şeir Kitabları Birincisi” seçilir.
1997-ci ildə “Kainatda bir gəzinti” adlı kitabı ilə, Amerika Nai-
liyyətlər İnstitutunun “İlin Adamı və Min İlin Şöhrətlər Sarayı”
mükafatlarını, Amerika Bioqrafiya İnstitutunun “Qızıl Val”, “Baş-
qanlıq” Şərəf Möhürünü, Avstraliyada “Uçan Qızıl Qumru” müka-
fatını alır.
1998-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən həmin ilin
“adamı” seçilir.
Elmira Fikrətqızı
45
1999-cu ildə Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən “Türk di-
linə xidmət” və KIBATEK (Kıbrıs Balkanlar Avrasiya Türk Ədə-
biyyatları Qurumu) tərəfindən “Ədəbiyyata xidmət” mükafatlarına
layiq görülür.
2000-ci ildə Beynəlxalq Şeir Akademiyası ona “Millenium şairi”
adını verir.
2000-ci ildə 73 yaşına qədəm qoyan Osman Türkay artıq ömrü-
nün ahıllıq mərhələsini yaşayır və maddi dünya ilə əlaqəsi yavaş-
yavaş kəsilməyə başlayır. Şöhrətinin zirvəsini yaşayan şair xəstələ-
nir və 14 noyabr tarixində Şimali Kipr Türk Respublikasının (Ku-
zey Kıbrıs Türk Cümhuriyeti) xüsusi dövlət qərarı ilə İngiltərədən
vətəninə gətirilərək, Girnə Ağçiçək xəstəxanasında xüsusi otaqda
yerləşdirilir. 22 yanvar 2001-ci ildə səhər saat yeddidə “Yenə gələ-
cəyəm”, - deyərək gözlərini bu dünyaya qapayır. Beləliklə, şöhrətli
və şərəfli bir ömür yaşamış şairin həyat tarixçəsi sona yetir və 25
yanvar 2001-ci ildə saat 12-də doğulduğu qəsəbədə (sonradan onun
şərəfinə bu yer Ozanköy adı ilə dəyişdirilmişdir – E.F.) dəfn olunur.
Böyük şair verdiyi müsahibələrdən birində bu dünyadakı həyatı
barədə deyirdi: “Ben cennette doğdum, cennet gibi bir doğa ve tarih
içinde, ama cehennemde yaşadım! Niçin? Hayatımda, bütün dün-
yayı gezdim... Benim çektiklerim insanın daha henüz tam insanlaş-
mamış olmasından, doğa ve yaşam içindeki çelişkilerden kaynak-
lanmıştır hep. Hayatımda hiçbir kimseye en küçük kötülüyü yapma-
dım, yapmayı da düşünmedim. Fakat, en yakın dost bildiklerimden,
en büyük fenalıkları gördüm. Doğadaki kaos, insan ruhundaki ka-
os...hep bunlara karşı koymak için çalıştım”. (Toplumun Sesi, 1993:
27) Onun şəxsi üzüntüləri yaradıcılığının ilk dövründə, “bəşəri kə-
dəri” isə sonrakı mərhələdə öz əksini tapdı.
Osman Türkay bədii yaradıcılığa hələ məktəb illərindən başla-
mışdır. Ümumiyyətlə, şairin yaradıcılığı onun mühitinin, dünyagö-
rüşünün, intellektinin, bədii-estetik zövqünün dəyişməsi ilə bağlı üç
mərhələdən gəlib-keçmişdir:
Dostları ilə paylaş: |