Osman Türkayın poetik irsi
52
sevgi dünyasından xəbər verir. Həmin mənzumələrdə həm əzab,
həm ürək döyüntüləri, həm göz yaşları, həm də sevən və sevilən in-
sanın duyduğu məmnuniyyət hissləri, bir sözlə, həyəcan dolu qəlbin
çırpıntıları ifadə olunmuşdur. Bir sözlə, saçından sehrli bir tel qopa-
raraq şairin ürəyini özünə bağlayan gözəl onun könül dünyasını
coşdurub-daşırmış, şərqilər, şeirlər yazdırmışdır. Hətta bəzən çox
riqqətli anlarında duyğuları o dərəcədə aşıb-daşır ki, yer üzü ona
dar gəlir və ruhu ilə göylərə, Tanrının dərgahına yüksələrək rahatlı-
ğını orada axtarmağa çalışır.
1946-cı ildə “Hürr söz” qəzetinin səhifələrində dərc olunan “Fə-
ğan” adlı şeir matəm dolu bir ruhda yazılmışdır. Gənc şair qəlbi hər
kəsə, hər şeyə qarşı küskündür, geniş dünyada dərdləri ilə baş-başa
qalmışdır, oxunan hər bir nəğmə qulaqlarında acı fəryad kimi səs-
lənməkdə, təbiətin bahar fəsli, quşların cəh-cəhi, insanların üzün-
dəki sevinc görüntüləri də ona get-gedə daha çox sıxıntı vermək-
dədir. Onun kədəri elə bir nöqtəyə varmışdır ki, Allahın ömür pa-
yından belə imtina etmək niyyətindədir:
Bahara elveda, yaza elveda,
Gonçelerde açan naza elveda,
İçimi dolduran haza elveda,
Hepsinden uzağım bir gamlı başla.
(Türkay, 2002: 38)
1947-ci ilin məhsulu olan “İnciklik” adlı digər bir şeir də son də-
rəcə qəmli motivlərlə yazılmış əsərlərdəndir. Şairin iztirabları o ye-
rə gəlib çatmışdır ki, artıq xəyallar belə onun könlünü ovutmur.
Çünki şair ruhunun şöləsi də sönmüşdür. Məlumdur ki, biz, adətən,
obyektiv və subyektiv, real və xəyali olan dünyanın iki fərqli nisbət
aralığında yaşayırıq və bəzən obyektiv gerçəklikdəki hadisə və pro-
seslər, reallıqlar o qədər dözülməz olur ki, insanın yeganə ümidi ar-
zu və diləklərinə qovuşduğunu zənn etdiyi, təsəvvür etdiyi xoşbəxt
və məsud gördüyü xəyali bir aləmdə, bir növ romantik, bəlkə də,
utopik ölkədə hiss etməyə qalır. Amma adını çəkdiyimiz mənzumə-
Elmira Fikrətqızı
53
də hansısa səbəblərdən bu xəyal mülkü də uçub dağılmışdır və son
dərəcə acı reallıqlar şairi məcbur edir ki, ürəyinə xəncər kimi sapla-
nan, yaralı qəlbinin qanını damla–damla axıdan həqiqət dünyası ilə
üz-üzə qalsın:
Karşımda deniz var, bir yola benzer,
Kalmayınca ümit – en son dayanak;
Mümkün mü hayalle gönül avutmak?
En tatlı hülyada belirir gerçek.
(Türkay, 2002: 55)
Sevgidən bəhs edən bəzi şeirlər isə, sanki həzin, qüssəli bir me-
lodiya kimi səslənməkdədir. Ötən günlərin xatirəsi, sevgilinin keç-
miş günlərdən boylanan gözəl hüsnü, birgə gəzdikləri çöllər, düzlər,
sahillər, vüsal dolu aylı gecələr indi – hicran günlərində yalqız qal-
mış şair qəlbinin yeganə təsəllisidir:
Her busede sihrinle bir Ay doğduğu yerde
Sordum seni rüzgarlara hülya gecelerde.
(Türkay, 2002: 63)
Sevgilinin yoxluğundan, ayrılığından yalnız şair könlü deyil,
çöllər, bağçalar, üfüqlər, güllər, çiçəklər də al qana boyanmışdır:
Gönlümde hüzün... her nere baksam niye alkan?
Mehtap, iri güller, süzülüp doğdu ufuktan.
(Türkay, 2002: 62)
“Məcnuna salam” əsəri sevgi şeirləri içərisində xüsusi yer tu-
tur. Qədim bir əfsanə ilə bağlı olan və klassik Şərq poeziyasında
əksər şairlər tərəfindən qələmə alınan bu eşq əhvalatı Osman
Türkayın da diqqətindən kənarda qalmamışdır. Füzuli kimi bö-
yük sənətkarların qələmində dünyəvi sevgidən başlayıb ilahi, tə-
Osman Türkayın poetik irsi
54
səvvüfi sevgiyə çevrilən məhəbbət motivi O. Türkay yaradıcılığ-
ında Məcnuna müraciətlə həm ilahi, həm də real eşqin vəhdətdə
ifadəsi olaraq yer alır:
Sevdiysen Leylayı, gam çekme, unut,
Sonsuzun aşkını cangahında tut.
(Türkay, 2002: 71)
İlk baxışdan bu misralar təsəvvüfi şeir təsiri bağışlayır. Məlum-
dur ki, təsəvvüfi eşq anlayışında şairlər çox zaman dünyəvi mə-
həbbətdən ilahi sevgiyə doğru yüksəlişi ifadə edirlər. O.Türkay da
Məcnuna xitab edərək deyir ki, Leylinin sevgisi sənə dərd olmasın,
Allahın-Mütləq Varlığın eşqini can evində bəslə. Lakin sonrakı
misralara nəzər saldıqda bunun belə olmadığını görürük:
Bir tek tebessümü bin zafer, gurur,
Değil inci, yakut o nurdan vücut.
Alev saçlarına var hayaller kur,
Elmas bakışları bir ömür doldurur,
Gözler ki bir cihan yoktur emsali
Dolsun bu hücreme o ilahi nur.
(Türkay, 2002: 71)
Artıq bu misralarda təsvir edilən gözəlin təbəssümündən tutmuş
gözlərinə qədər varlığını müəyyən edən cizgilər bizə əsas verir ki,
şeirdə dünyəvi gözəldən bəhs olunduğunu deyək. Sonrakı misralar-
da yenə də ilahi və real eşqin təzahürləri növbələşərək görünməkdə-
dir.
Şairin bu əsərinin davamı kimi səslənən və “Nağmeler ömrüme
bir fasli-hazan, hicrandır, Nağmeler gönlüme Leyla ve Mec-
nundandır”, - misralarının yer aldığı “Bitməyən nəğməmiz” adlı
məsnəvi formasında yazılmış şeir xəyalları, ümidləri, arzuları puç
olmuş aşiqin növbəti qəlb sızıltısıdır.
Elmira Fikrətqızı
55
İnsan dərdli vaxtında yalnız qalmaq, ətrafındakılardan, bütün
cəmiyyətdən təcrid olunmaq istədiyi zaman əgər etiqadı varsa, Al-
lahın dərgahına sığınır, bəzən isə çölə, çaya, daşa, düzə, quşa, bir söz-
lə, həmdəm kimi gördüyü hər bir varlığa pənah gətirir, ona qəlbini
məngənə kimi sıxan qüssəni, nisgili söyləməklə təskinlik tapmağa
çalışır. Osman Türkay məhz belə bir anın yaşantısında Ayla dərd-
ləşərək, bağları-bağçaları xəyalən birgə dolaşaraq ağrı-acılarını, xati-
rələrini onunla paylaşır. Çünki Ay da onunla həmdərddir. Hansı
səbəblərdənsə onun da könül evi yıxılmışdır, gözləri yaşlıdır.
Sevgi mövzusunda olan şeirlərdən biri də “Canan” adlı üçlük
formasında on bəndlik mənzumədir. Öncə bəhs etdiyimiz sevgi
şeirlərində olduğu kimi, bu əsər də keçmiş günlərin nurlu xatirəsi-
nin işığında qələmə alınmışdır. Vüsal dolu günlərdən süzülüb gələn
anlar, dəqiqələr həyatında olanlara hələ də işıq saçmaqda, o xoş
təəssüratlar bu gün də həyəcanlandırmaqda, mütəəssir etməkdədir.
Lakin bu əhval-ruhiyyə sonadək davam etmir və son misralara
kədərli bir ağırlıq çökməkdədir. Ümumiyyətlə, bu özəlliyi ilə əsərin
ilk və son hissələri üfüqlərdə günün doğuşu ilə başlayıb axşam
olunca qürubla, zülmətlə bitən əbədi təbiət hadisəsini, eləcə də hər
bir insanın ömür yolunu simvolizə edir:
Eflak! Bir ölüm mahşeri her yer,
Birden bire ruhumsa mükedder.
Solmuş son ışıklarla beraber
Zülmət ki boşandıkça semadan
Ruhum gibi inlerdi hıyaben:
Canan... Canan...Canan!
(Türkay, 2002: 83)
O. Türkayın sevgi şeirlərindən olan Qloriya adlı ingilis qızına
həsr etdiyi eyniadlı mənzuməsi bir müsəlman türkü ilə xristian gö-
zəlinin eşq macərasından bəhs edir. Lakin əvvəldə nəzər saldığımız
əsərlərlə müqayisə etdikdə burada əlyetməzlikdən, hicrandan doğan
Dostları ilə paylaş: |