Elmira Fikrətqızı
59
qalırlar, ataları onları qovur. Dağa pənah aparan qızlar övladlarını
burada dünyaya gətirirlər. (Uraz, 1967: 97) Adı çəkilən şeirdə hə-
min əfsanə bu şəkildə xatırlanır:
Oysa ki şimdi ben
Bir mavi ışıkmışım
Tanrısal göllerde serinleyen
Kırk kızın hepsine birden aşıkmışım.
(Türkay, 2002: 163)
Yer üzündə sevginin get-gedə cılızlaşdığı bir zamanda şair təsəl-
lini lap uzaq keçmişin dillərdə dastan məhəbbət əfsanələrinə, bakir
hisslərin qorunub-saxlanıldığı miflərə üz tutmaqla tapır:
Şimdi binlerce yıl geride
İlk sevilerimin doğduğu yerde
Tenleri pembe, saçları uzun, belleri ince
Toplanır çevremde her gün her gece
Öz aydınlıklardan örülmüş Tanrı kızları.
(Türkay, 2002: 164)
Osman Türkay vətəninin hər bir qarışını, hər bir daşını,
hər bir
insanını son dərəcə sevirdi və yaradıcılığında da vətənpərvərlik
mövzusunda yazılmış, doğulduğu cənnət adanın təbiətini, tarixi abi-
dələrini tərənnüm edən şeirlər kifayət qədərdir. O, “Beynəlxalq
Asiya xəbərləri”nə (“Asian News International”) verdiyi müsahibə-
də həm yaradıcılığının ilk mərhələsini,
həm də vətənpərvərlik möv-
zusunu belə səciyyələndirir: “Mən özümü baharda badam və nar
çiçəkləri arasında doğulmuş şair kimi hiss edirdim. Yayda dalğalar
günəş şüası və mərmərlə bütünləşərək mənim dünyamı tamamilə
bəyaz rəngə bürüyürdülər. Payızlarım havada quru yarpaqların düş-
düyü və hər yerdə çəmənlərin solduğu “qızıl” idi. Firuzə çiçəyi kimi
Ağdəniz (Aralıq dənizi) maviliyi mənim qışlarım idi… Erkən gənc-
Osman Türkayın poetik irsi
60
liyimdə ruhumun və varlığımın coğrafiyası adanın şərqində Karpaz
yarımadasından Qərb sahillərində Paphosa (Bafa) kimi uzanırdı. Bu
həqiqətdir ki, gəncliyimdəki şeirlərin çoxu Kıbrıs mənzərələrinə və
insan gözəlliklərinə həsr olunub. Mən bacardığım
qədər ölkəmin və
xalqımın ictimai gerçəklərini göstərməyə cəhd etmişəm. Poeziyaya
sevgi kiçik yaşlarımdan içimə atəş damlası kimi düşüb, lakin mən
deyə bilərəm ki, ilk ciddi poemamı 18 yaşımda yazmışam. Mən
düşünürdüm ki, beynimdə yanan yer var və bu, poeziyaya sevgi idi
ki, həmin ehtiras böyük şairi doğurdu. Məktəbdə, işdə, yuxularımda
mən poeziyadan başqa heç nə haqqında fikirləşmirdim. Təfəkkürlü
gənc kimi mən təbiətin səsini və sirlərini
kəşf etmək üçün ölkəmin
dağlarına doğru uzun səyahətə çıxdım. “Badam çiçəkləri üçün sona-
ta” və “Ağdəniz işığı” kimi poemalar sülh və əmin-amanlıq dövrün-
də yazılıb”.
18
(Toplumun Sesi, 1993: 34)
Tarixdən məlum olduğu kimi, Kıbrıs adası bir sıra dövlətlərin
hakimiyyəti altında qalmışdı və hər dövlət özünün arxasınca müəy-
yən maddi-mənəvi abidələr qoymuşdu. 1192-1489-cu illərdə Luzin-
yan sarayının hakimiyyəti dövründə də adada
bəzi mədəniyyət abi-
dələri tikilmişdi ki, bunlardan biri də qotik üslubunda tikilmiş Bala-
bayıs sarayı idi:
Bir Luziyan sarayı Beşparmak kucağına,
Bir sonsuzluk anıtı yükseliyor göklere.
Bir sanatın timsali her köşe bucağında,
Gösteriyor kendini işlenerek mermere.
(Türkay, 2002: 41)
Dünyaya göz açdığı kənd, keçibuynuzu toplama mövsümü,
kəndlilərin bağlarda, tarlalarda işləməsi, sadə, zəhmətkeş insanların
təsərrüfatda gördükləri işlər də onun qələmə aldığı əsərlərin möv-
zularındandır. “Kazafanalı” adlı şeir
də bir yay fəslində, isti avqust
18
Sitatın ingilis dilindən tərcüməsi monoqrafiya müəllifinindir.
Elmira Fikrətqızı
61
ayında uşaqlı-qocalı, kişili-qadınlı, qızlı-oğlanlı – bir yerdə keçi-
buynuzu yığmağa gedən kəndlilərin əmək prosesini təsvir edir və
şeir əmək nəğmələri üçün xarakterik olan ritmdə yazılmışdır:
Dağlar düz, günler yüz, gençler kız, arı vız, kollar hız
Vurun uzun değneklerinizi yüklü dallara be gençler!
Dökülü dökülü versin semiz ballı harnıplarınız
Toplasın analarınız, bacılarınız, yavuklarınız!
(Türkay, 2002: 97)
Vətən torpağı heç də hər yerdə barlı-bəhərli bağçalardan, güllü-
çiçəkli
dağlardan ibarət deyil, onun bərəkətsiz, susuz, axar-baxarsız
səhraları da mövcuddur. Kıbrıs adasının Mesarya ovalığı da bu cür
məkanlardandır. “Bu toprak anamdır, bu dağlar kardeşim, ruhum
başlanğıcında bu yerdə doğuldu”, - deyən şair Yerin geoloji də-
yişmələri nəticəsində gedən proseslərinin fonunda qitədən ya-
rımadaya, yarımadadan adaya çevrilən
bu cənnət guşənin qoynunda
yatan səhranı aşağıdakı şəkildə təsvir edir:
Sallanır boşlukta yoksul köyler, bakımsız kentler
Dört mevsim boyunca düşsel umutlarla
Yeşil ağaç, altın başak sayıklar
Doğal uykusunda ikiz iç ova.
(Türkay, 2002: 158)
Bu quraq ovalara bəzən fabriklərdən, zavod və laboratoriyalar-
dan uzaqlığın həsrəti ilə ölüm sükutu çökməkdədir.
Hansı cərəyanın nümayəndəsi olmasından, hansı əsrdə yaşama-
sından asılı olmayaraq, adətən,
hər bir söz, sənət adamının yazdığı,
yaratdığı əsərlərin az və ya çox bir qismi vətənpərvərlik duyğuları
əsasında formalaşır. Osman Türkayın da yaradıcılığında vətənpər-
vərlik mövzusunda şeirlər xüsusi yer tutur. Türklərin adada yerrləş-
dikləri vaxtdan – XVI əsrdən müasir dövrə kimi qəhrəman, şanlı