Elmira Fikrətqızı
49
əmri ilə Asiyadan Avropaya doğru
hücum edən süvarilərdən, Alp-
arslanın Malazgird zəfərindən, Bizans İmperiyasını parçalayan şanlı
Sultan Məhəmməd Fatehdən, “torpağının altında səssiz uyuyan
Atadan” (Mustafa Kamal Paşa Atatürkdən), tarixi türk məskənləri
olan Krım, Qafqaz, Kosova, İnönü, Afyon, Sakarya kimi coğrafi
ərazilərdən bəhs etsə də, sonda xiffətini çəkdiyi mücərrəd bir diyar-
dan söz açır:
Martılar!.. kanat verin uçayım ben de yurda,
Bin bir çelenk takayım o kahraman Bozkurda.
Deva bulsun bağrımda açılan derin yara,
Dalgalar alın beni özlediğim diyara.
(Türkay, 2002: 34)
Dərin hiss-həyəcan duyulan və tarixə səyahət formasında olan
bu şeirdə şairin xəyalının cızdığı geniş üfüqlər Böyük Türk Dünya-
sının simvolik obrazıdır və o, çağdaş dövrdə sərhədlərlə bölünmüş
bu dünyanı Toros dağlarının zirvəsindən gözlərində yaş seyr etmək-
dədir.
Ümumiyyətlə, şairin “Haraya?” (“Nereye?”), “Fəğan”, “İncik-
lik” (“İğbirar”), “Bu xəzan aləmi”, “Alov”, “İllər” (“Yıllar”) və s.
şeirlərində kədərli notlar duyulmaqdadır. İnsanın torpaqdan yaranıb
torpağa dönəcəyi, sürətlə axıb gedən və gənc, qoca demədən hər kə-
si məchul bir boşluğa doğru aparan illərlə bağlı düşüncələr bu şeir-
lərin əsas mövzularıdır:
Yıllar!...Eleğinden elenen toprak
İlahi sevgili, sanki da bana
Bereketli toprak, müebbet kucak,
Ne zalim şefkatli ana insana?
(Türkay, 2002: 43)
Osman Türkayın poetik irsi
50
Beləliklə, yalnız ədəbiyyata ilk gəliş illərində – Kıbrısda yox,
sonralar İngiltərədə, Londonda da bir yerdə çalışdıqları ən yaxın
dostlarından biri – Taner Baybars bu barədə aşağıdakıları yazmış-
dır: “…Yahya Kemal ve Ahmed Haşım’in yetiştiği şiir geleneğine
yakın, yoğun bir Osmanlı dili ve aruzla yazdığı şiirlerini okumuş-
tum Osman’ın ve çok etkilenmiştim. Aruz vezni benim için şaşırtıcı
labirentler gibiydi ve yara bere almadan kurtulmam olanaksızdı.
Osman “abi” tanışacak isabetli insandı. Hece vezinli şiirlerimde
beni cesaretlendirir, bu şiirlerin gazetede yayınlanması için Fevzi
Beyi yönlendirirdi.” (Türkay, 2002: 4)
Taner Baybarsdan başqa digər bir dostu – o zamanlar “Hürr söz”
qəzetinin redaksiyasında əməkdaş kimi çalışdıqları Salahi Sonyel
də şairlə bağlı xatirələrində ondan əsl şairlik istedadına malik sənət-
çi kimi danışır: “Osman Türkay, o sıralarda Yahya Kemal Beyatlı
ve Ahmed Haşim gibi aruz vezni ustalarının
sembolik eserlerinin
etkisi altında kalarak, zevkle okunan, kişinin zevkini ve ufkunu
açan, yada kişiyi uzun süre düşündüren sembolik şiirler yazar; onun
şiirlerini okudukça herkes kendini uzak ve sıcak ülkelerin tılsımına
kaptırırdı. Henüz onsekiz, ondokuz yaşlarında aruzu bu denli usta-
lıkla kullanan bir ozan, daha o sıralarda adı etrafında bir mith yarat-
mış bulunuyordu.” (Türkay, 2002: 10)
Həqiqətən də, Osman Türkayın bu şöhrəti onu bütün ömrü boyu
müşayiət edir. O, Kıbrıs və Türkiyə ədəbi
mühitində özünə xüsusi
bir mövqe tutaraq ədəbiyyatda aparıcı şəxsiyyətlərdən birinə çevri-
lir. Uzun müddət İngiltərədə yaşamasına baxmayaraq, o, Kıbrıs və
Türkiyədə şeir kitablarını nəşr edir, hər iki ölkənin mətbuatına qür-
bətdən məqalələr, müxtəlif şeirlər göndərir, Qərb və Şərq arasında
mənəvi körpü rolunu oynayır, şair, tənqidçi, jurnalist kimi həmişə
ön sıralarda olur.
O. Türkayın ilk dövr yaradıcılığında mənzumələrinin böyük bir
qismi sevgi şeirləridir. Sonrakı mərhələdə, demək olar ki,
bu möv-
zuda əsərlərə təsadüf etmirik. “Lotusun içinə uçmaq” əsəri istisna
olmaqla, Osman Türkay modernist şair olaraq heç bir zaman eşq
Elmira Fikrətqızı
51
şeirləri yazmamışdır. Həmin əsərdə də əslində mücərrəd, göylərdən
gələn bir qadına olan məhəbbətdən danışılır. Şübhəsiz ki, bütün
kosmosla - bəşəriyyətlə maraqlandığı halda, onun “gözəl bir nüma-
yəndəsi” ilə əlaqənin tamam kəsilməsinin və müvafiq olaraq poezi-
yada bu xəttin qırılıb itməsinin obyektiv və subyektiv səbəbləri
mövcud idi. Şairin “Dünyəvi səyahət” adlı əsərini rus dilinə tər-
cümə edən və onun rusiyalı tədqiqatçısı olan
Ravil Buxarayev bu
məqamı belə açıqlayır: “Mən ancaq və ancaq şair olmaq üçün
doğulmuşam”- o, nə vaxtsa belə demişdir. O. Türkay həmişə tənha
insan olaraq qalmışdır və onun konkret gözəl qadınla dünyəvi mə-
həbbət simfoniyasında əlaqəsini axtarmaq əbəs yerədir. Həyatda iki
dəfə onun bəxti “yerəməxsus adaxlılarda” gətirməmiş və, beləliklə
də, evlənməmişdir. Bundan sonra isə onun sevgisi gözlə görülə bi-
lən və bilinməyən bütün aləmə yönəlmişdir”. (Buxaraev, 2001: 3)
Şəxsi həyatında, sevgi səltənətində uğursuzluğa
düçar olan Os-
man Türkay öz içinə qapanaraq yalnız ədəbiyyatla nəfəs almış, bü-
tün ömrünü poeziyaya həsr etmişdir
17
. Lakin gənclik illərində o da
ürəyinin səsinə qulaq asmış, onun iniltisini də, sevincini də dinləmiş
və hiss etdiklərini sözlə ifadə etməyə çalışmışdır. “Haraya?”,
“Şərqi”, “Canan”, “Mehtabla bir həsbi-hal” və s. kimi şeirləri şairin
17
Türkayın Kıbrıs adasını tərk edərək uzun müddət İngiltərədə yaşamasını bəziləri
(bacısı Ləman Yavaş, bacısı qızı Tuncay Özdoğanoğlu, eləcə də əsərlərini çapa ha-
zırlayan Şövkət Öznur) gənclik illərində bir qızı sevməsi və ona qovuşmaması ilə
bağlayırlar: “Osman köyün öğretmenine aşık oldu. Ama kavuşamadılar. Fahri
Abim evlenmelerini istemezdi. Kız da daha zengin birini bulunca beklemedi, gitti.
Osman da kızı nişanlısı ile balkonda görünce baygınlık geçirmiş. Ve
ondan sonra
adayı terk etti. Bir daha da buraya yaşamak için gelmedi”. (Türkay, 2002: 15)
2008-ci ilin 19-25 oktyabr tarixlərində “Kıbrıs Türk Millî Mücadelesi Ve Bu
Mücadelede TMT’nin Yeri”
adlı
Beynəlxalq sempoziumda iştirak etmək üçün ada-
ya səfər etdiyimiz zaman İsmayıl Bozkurtun köməyi ilə (ona və həmin səfərimizdə
bizə yol yoldaşı olan Lefke
Avropa Universitetinin
müəllimi Nazim Muradova tə-
şəkkürlərimizi bildiririk) Ozanköy qəsəbəsində olduq və köçlə bağlı başqa fikirlər
də eşitdik. Böyük şairin qəbrini ziyarət edib, gənclik dostları Behzat Yusufağaoğlu
və Mustafa Dervişağa ilə görüşdüyümüz vaxt adanı tərk
etmə məsələsi barədə də
suallar verdik və bu köçün səbəbi şəxsi məsələlərlə bər
abər,
siyasi təhdidlərlə də, o
zamanlar bir çox Kıbrıslının yüksək gəlir əldə etmək üçün İngiltərəyə getməsi ilə
də bağlandı.