Osman Türkayın poetik irsi
56
əzabların, yalnızlıq acısının yox olduğunun şahidi oluruq. Əksinə,
qələmə alınan misralarda vüsal anlarının şirin xatirəsinin, bir yaz
axşamı tanış olduğu avropalı qızın gözəlliyinin təsviri əsas yer
tutur. Əslində bu şeir ötəri duyğuların yaratdığı təəssüratın bədii
ifadəsidir.
Osman Türkayın 1960-cı ildə “Beşbarmaq” jurnalında çap et-
dirdiyi “Ömrümün dağlarında” adlı əsəri şairin həyat yolunun sanki
yığcam inikasıdır. Bu əsər bir insan həyatı haqqında kiçicik poe-
madır. Aşıq şerinin şəkillərindən olan vücudnamədə olduğu kimi,
sərbəst vəzndə yazılmış bu şeirdə də qapısında portağal, ərik, əncir,
tut və yasəmən ağacları bitən köhnə bir kənd evində dünyaya göz
açdığı gündən, həmin il məşhur şair T.S.Eliotun ingilis vətəndaş-
lığını qəbul etməsindən, Eynşteynin atomun formulunu düşün-
məsindən, Atatürkün Qastamonuda şapka geyməsindən, Bəhlul Hü-
seyn ilə Dilli Razqənin evlənməsindən, hətta qışın bərk gəlməsin-
dən tutmuş ömrünün körpəlik, uşaqlıq, gənclik illərinə aid müxtəlif
acılı-şirinli hadisələri təsvir etməyə çalışır. Yuxarıda qeyd etdiyimiz
kimi, şair atasını hələ uşaqlıq illərindən itirmişdi və bu itkinin ağrısı
onu ömrü boyu tərk etməmişdi. Bu, balaca Osmanın hələ çox kə-
dərlənəcəyi dünyada qarşılaşdığı ilk acı idi. Sonralar isə bacısının
və anasının ölümü onun atasızlıq kədərinə başqa əzizlərinin də yox-
luğunun qüssəsini əlavə etmişdi. Xüsusilə də, şən-şaqraq, quş da-
lınca, kəpənək arxasınca qaçdığı, çöllərdə gül-çiçək dərdiyi və qəm-
siz-kədərsiz yaşadığı vaxtlarla, həmin günlərin işıqlı, nurlu xatirəsi
ilə müqayisədə özünü olduqca yalnız hiss etməkdədir:
Söyleyin, ben size ne yaptım, kuşlar?
Ben size ne yaptım, haylaz çiçekler?
Seni gidi periler, cinler, melekler,
Alıp hangi ülkelere götürdünüz
Annem ile babamı,
Genç kızlık çağında büyük ablamı?
(Türkay, 2002: 127-128)
Elmira Fikrətqızı
57
Canlı və cansız varlıqlara müraciətlə səslənən O. Türkay ölüm
haqqında düşünməkdə, insanı hər an ağacdan düşə bilən yarpaqla
müqayisə etməkdə, bütün kainatın kabuslarla dolduğunu yazmaq-
dadır. Lakin o, insan iradəsinin xaricində olan hadisə və prosesləri
bir labüdlük kimi qəbul etməyin zəruriliyi nəticəsinə gəlir və duy-
duğu bədbin hissləri unutmağa çalışır. Dəzgahda yun əyirən kiçik
bacısına xitab edərək deyir ki, onsuz da insan ömrü rəmzi mənada
yun əyirməklə keçir, belə olan halda işıqlı, xeyirli işlər “əyirmək”
daha yaxşı olar.
“Dünyəvi simfoniya” (“Evrensel Senfoni”) adlı əsəri Osman
Türkayın sevgi şeirlərindən olsa da, burada o, şəxsi duyğularının
timsalında bir həlqə kimi insanları birləşdirən, onları vəhdətə gə-
tirən məhəbbət haqqında danışır. Qədim yunan mifologiyasından
epiqraf olaraq seçdiyi “hər şeydən öncə Dünya İlahəsi gözəl Öri-
nomenin Xaosdan doğulmasına” etirazını bildirərək ən əvvəl eşqin,
sonra isə qədəm basdığımız torpağın yaranması fikrini irəli sürməsi
əbəs yerə deyildir. Məlumdur ki, coğrafi amil kimi üstündə yaşadı-
ğımız torpaq, mənəvi amil kimi isə məhəbbət bütün bəşəriyyəti
birləşdirən obyektiv və subyektiv gerçəkliklərdir.
Şair poemaya gözəl bir dünyanın təsviri ilə başlayır. Məhəbbət
dastanlarında buta verilmiş aşiqlər kimi, nəhayət, gəlib yer üzündə
bir-birini tapan şair və onun “bahar gözəli” poemanın əsas qəhrə-
manlarıdır. Osman Türkay əsərin bir yerində əvvəllər yaşadığı
uğursuz sevgilərə işarə vuraraq deyir:
Bir büyük sarsıntıda
Hər şey yitirilmiş,
Hər şey unutulmuştu, zannımca.
(Türkay, 2002: 142)
İndi isə o sərhədsiz sevgilər aləmində, hər şeyin harmonik şəkil-
də bərqərar olduğu bir məkandadır. Bu məkanın bir ucu Əndəlisə,
Babilə, qədim Çinə, bir ucu isə “bilinməyən ölkələrə” qədər uzanır
Osman Türkayın poetik irsi
58
və şair bir sıra gözəl bənzətmələr vasitəsi ilə sehrli məhəbbət əfsa-
nəsini bizlərə təqdim edir.
“Tanrı qızları” şeri 1961–ci ildə “Beşbarmaq” dərgisində çap
olunmuşdur. Qərb və Şərq dünyasının qarşılaşdırıldığı bu əsərdə qə-
dim türk mifinə müraciət olunmuşdur. Xəyal, həsrət və qürur hissi
ilə yazılmış əsər badam çiçəkləri arasından gülümsəyən Tanrını
seyr etmək arzusu ilə başlayır. Şairin xiffəti qədim yunan mə-
dəniyyətinin qalıqları arasında bitmiş bir zeytun ağacında, qan yad-
daşından süzülüb gələn xatirələri isə turunc çiçəyində yaşayır. Qır-
ğız çölləri, ər igidlərin at yarışı, türk süfrəsinin qımızı, kababı, yo-
ğurdu və Tanrı qızları adlandırdığı Qırx qız bu gün modern dünya-
da, beton divarlar arasında yaşayan Türk oğlunun içini genişlədən,
fərəhləndirən, gen yaddaşından süzülüb gələn işıqdır:
Betondan, kromdan, atomdan uzak
Yeryüzü güzeldi, gökler güzeldi.
Doğaya baktın mı?
Her karış torpakta bir kalp çarpar sanırdın,
Kişi ölünceye dek severdi.
(Türkay, 2002: 164)
Şairə görə, modern dünyada sevginin də yeri qəribdir. Sevgi ali
hisslərdən adi hisslər sırasına keçmişdir. Bir ömür boyu yaşanan,
yaşadılan saf duyğular insanın bayağı ehtiraslarının qabarıq olduğu
bir yerdə görünməz olmuşdur. Əsərdə qırğız yaradılış mifinə də
müraciət olunmuşdur. Köpüklərdən doğulan uşaqlar mifində deyilir
ki, qırğızlardan Saqan adlı xaqanın qızı ilə onun 39 xidmətçisi bir
gün köpüklü gölün kənarına gəlirlər və əlləri ilə ona toxunurlar. Bir
müddətdən sonra onlar hamilə qalırlar, xaqan bu qırx qızı ölkə-
sindən qovur, qızlar meşəyə gedirlər, burada övladlarını dünyaya
gətirirlər və qırğızlar bu uşaqlardan törəyirlər. Mifin digər varian-
tında isə Saqan xanın qızı 39 xidmətçisi ilə bir bulaq başına gedir.
Günəş şüalarının bərq vurduğu suya əllərini salan qızlar hamilə
Dostları ilə paylaş: |