Elmira Fikrətqızı
163
sergilemekle çoğu gerçek şiire erişmeği değil, şiirin politikasını
yapmayı yeğlemiştir.” (Toplumun Sesi, 1993: 29)
Ədəbiyyatşünaslar Z.Yılmaz və R.Okumuşun vurğuladıqları ki-
mi, bu poeziyada məhz Türkayın önəmli xidmətləri olmuşdur:
“Şiirlerinde soyut ve evrensel konuları işleyen şair, Kıbrıs Türk
şiirinde ayrı bir akın başlatmıştır.” (Yılmaz, Okumuş, 1989: 16)
1940-50-ci illərdə bu poeziyaya Nazif Süleyman Ebeoğlu, Ukriye
Mine Balman, Emine Otan (Engin Gönül) kimi şairlərin başçılığı
altında heca vəznində yazılmış romantik əhval-ruhiyyəli şeir hakim
olmuşdur. Osman Türkay və Özker Yaşın isə sərbəst şerin inkişa-
fında xüsusi rol oynamışlar. Ümumiyyətlə, XX əsr Kıbrıs türk poe-
ziyası, əsasən, sərbəst vəzndə birləşib milli və bəşəri mövzularda
ayrılan bu iki şairin yaradıcılığı və onların təsir dairələri üzərində
qurulmuşdur. Hətta bəzən onların son dərəcə oxşar misralarına da
rast gəlmək mümkündür. Məsələn, Türkayın “ Bürünüp rengine al-
tın kanının bayraklaş” (Türkay, 2002: 68) misrası ilə Ö.Yaşın’ın
“Kıbrısda bayraq” adlı mənzuməsindəki “ Gölgene dökülen kanım
bayraklaşır” (Başlangıcından, 9. cilt, 1997: 338) misrasını nümunə
göstərə bilərik.
Osman Türkayın başlatdığı ayrı bir istiqamət kosmos əsri şeri
idi. (Bu şeir elm, mifologiya, ekologiya, qloballaşma və s. ilə sıx
əlaqədar idi) Bu şeır “savaşlar dövrü” arxada qaldıqdan sonra bir
çox kıbrıslı şairlərin hədsiz vətənpərvərlik mövzularından və Türki-
yə ədəbiyyatının təqlidindən uzaqlaşaraq yaxınlaşmaq istədikləri
dünyəvilik, bəşəriliklə bağlı idi. Bu həm də onun fərdi üslubu ilə se-
çilən ədəbi şəxsiyyət kimi XX əsr Kıbrıs türk poeziyasında özünə-
məxsusluğunun təsdiqi idi.
Kıbrıslı şair-tədqiqatçı M.Qansuya görə, 1960-cı illərdə yazılan
şeirlər milli başlığı altında düşünülə bilər. Kıbrıs türk toplumu bu
dönəmdə də özünü Anavətən Türkiyənin bir parçası olaraq qəbul
edir. (İkinci Uluslararası KBTES (b), 1999: 101) Həmin mərhələdə
ictimai-siyasi mövzuda şeirlər üstünlük təşkil edir. Yalnız 1974-cü
il Barış Hərəkatından sonra Kıbrıs türk poeziyası yuxarıda sadaladı-
Osman Türkayın poetik irsi
164
ğımız “ağdənizlilik, kıbrıslılıq” və s. kimi spesifik mövzularla tək-
rarsızlığını təmin edərək ayrı-ayrı şairlərin yaradıcılığında fərdi
sima kəsb edə bilmişdi. Bu ədəbiyyatın müasir mərhələsində hansı-
sa ideyalar, mövzular ətrafında birləşən qruplardan daha çox fərqli
yaradıcılıq keyfiyyətləri olan fərdlər diqqəti cəlb edir. Yalnız sülh
ideyaları bu baxımdan istisna təşkil edərək, uzunmüddətli savaş-
lardan yorulan, dəfələrlə şəhidlər verən cəmiyyətin şairlərinin bədii
düşüncələrində müharibəyə etiraz nidaları ilə meydana çıxır. Mətin
Turan 1940-70-ci illər arasındakı 30 illik zaman kəsiyini Kıbrıs türk
şerində özünü tapma (təsdiqetmə) və “məhsul yığma” dövrü kimi
qələmə verir və bundan sonrakı mərhələdə bu ada içərisində hər
şairin özünün “adacıqları” olduğunu yazır. Onun qeyd etdiyi digər
cəhət isə həmin şairlərin bu mərhələdə qapalılıqdan çıxaraq dünya
şerinin bir parçası olmaq üçün cəhdlər etmələridir. Beləliklə, Kıbrıs
türk ədəbiyyatı haqqında qeydlərdən belə bir nəticəyə gələ bilərik
ki, Türkay geniş və əhatəli yaradıcılıq yolu ilə ədəbiyyata gəldiyi
ilk zamanlardan, xüsusilə də birinci şeir kitabından başlayaraq, bir
çox söz sənətkarlarından seçilmiş və öz “poetik adasını” yarada
bilmiş, eləcə də başqalarının yaradıcılıq yoluna işıq salmışdır. Nəşr
olunmuş ilk kitabı ilə o, həm də digərlərinin daha sonralar çatmağa
cəhd etdikləri dünya şerinin qapılarını açmış və orada özünün
əvəzedilməz yerini tutmuşdur. Ümumiyyətlə, onun beynəlxalq alə-
mə yayılan şöhrəti, təltifləri və kosmos əsri yaradıcılığının heyran-
ları təkcə Kıbrıs ədəbiyyatında yox, dünya miqyasında xidmətlərin-
dən xəbər verməkdədir. Aşağıdakı sətirlər onun İsveçdəki şöhrəti-
nin bariz bir örnəyidir: “Daha hayatta iken klasikleşen ünlü İsveç
şairi Bo Setterlind... Osman Türkay`ın İngiltere`de yayımlanan
“Symphonies for the World” (“Dünya İçin Senfoniler”) ve İsveç`te
yayımlanan “Havets Ljus” (“Denizin Aydınlığı”) adlı kitaplarını
okuduktan sonra, Türk və Kıbrıs Türk şiirine karşı derin bir ilgi
duymaya başlamıştı. Türkay`ın sözkonusu eserlerinde su, şafak ve
sonsuzluk temalarının işlenişine büyük bir hayranlık duyduğunu
belirten İsveçli tanınmış şair, Türkay`a yazdığı mektuplarda: “Bun-
Elmira Fikrətqızı
165
dan sonra yazacaklarım ancak senin şiirlerine birer nazire olacak-
tır”, - demişti. İsveçli şair Türkay`a nazire olarak bir kitabı doldura-
cak sayıda şiirler yazdı.” (Toplumun Sesi, 1993: 62)
Türkay verdiyi müsahibələrindən birində bu barədə qeyd edir:
“Dünya şairleri arasında uzay çağı mistisizmine yönelmiş başka
şairler var mı?”, biçimindeki sorunuza yanıtım “pek çok” olacaktır.
Norveç`ten, İsveç`ten tutunuz da Balkan`larda Romanya`ya, Güney
Doğu Asya’da Hindistan’a ve Uzak Doğu’da Güney Kore’ye kadar
birçok ülkelerin genç şairlerinden kitaplar ve mektuplar alıyorum.
Benden okumamı değerlendirmemi istiyorlar. Geçenlerde Yunanis-
tandan bir kitap, bir de mektup aldım. Benim “Symphonies for the
World” adlı kitabımı okumuş o da “Symphonies for the Stars”
(“Ulduzlar üçün simfoniyalar”- E.M.) adlı kitap bastırmış, bana de-
ğerlendirmemi ve kendini Nobel`e aday göstermemi yazıyor” (Yal-
çın, 1998: 58)
Osman Türkaya yalnız xarici müəlliflər deyil, öz həmvətənləri
də şeirlər yazmışlar. Fərdi münasibətlərdən qaynaqlanan səbəblər-
dən ona iki qrup şeir həsr olunmuşdur: həcvlər və mədhlər. Özkər
Yaşın “Bax bu dava adamına” (“Bak Şu Dava Adamına”) başlıqlı
şerində açıq ad çəkməsə də, “Uzay şairi” epiteti ilə onu aşağılamağa
çalışmışdır:
... Çok üşütük, çok zavallı bir ademdi!
Sabahtan akşama günün her saati
Nobel Edebiyat ödülünü alacağını
Hayal ederdi! O bir uyurgezerdi.
Uzaya giderdi gece yatınca
Ve yıldızlardaki Türkçe konuşan yaratıklarla
Tanıştığını yazar ve söylerdi!
En sonunda kendi kendine
“Uzay Şairi” (!) diye bir ünvan verdi.
(Kıbrıs Türk Hiciv..., 2005: 218)
Dostları ilə paylaş: |