Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə118/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   114   115   116   117   118   119   120   121   ...   144

 

592 


 

Əfrad 

 

Suya gümanım, oğul, gəlməz, eyləmə əfğan, 



Susuz dodaxlaruva binəva anan qurban. 

 

Bu möhnətün eyləyür ömrümi təmam, oğul, 



Bu Kərbəladə olub su bizə həram, oğul. 

 

Kəbab olur ürəgim hər baxanda gül yüzüvə, 



Bir az təhəmmül edüb, yuxla, mən fəda gözüvə. 

 

Nə növ`i ağlamayım, gəlməyim dilə, ya Rəbb, 



Ki, az qalubdı susuzdan balam ölə, ya Rəbb. 

 

Fərat bəhri kimin caridür biyabanə, 



Susuzdan Əsğərimün ləbləri dönüb qanə. 

 

Baqiyi‐növhə 

 

Oldum əcəb bəxtəvər, 



Qanə dönübdür cigər, 

Ağlama, nuri‐bəsər, 

Lay‐lay, Əli Əsğərim, 

Ey‐vay, Əli Əsğərim. 

  

Ağlayub az et fəğan, 



Oldı gözün yaşı qan, 

Haluva qurban anan, 

Lay‐lay, Əli Əsğərim, 

Ey‐vay, Əli Əsğərim. 

  



 

593 


 

Yuxla bir az, səbr elə, 

Navəki‐peykan ilə, 

Su verəcək Hərmələ, 

Lay‐lay, Əli Əsğərim, 

Ey‐vay, Əli Əsğərim. 

  

Nadimün ağlar müdam, 



Ömri olunca təmam, 

Növhə edər sübhü şam, 

Lay‐lay, Əli Əsğərim, 

Ey‐vay, Əli Əsğərim.  

 

Əli Əsğər, bala, lay‐lay 

 

Yatub qan üstə ol rahət, 



Əli, lay‐lay, oğul, lay‐lay. 

Qalan suya suda həsrət, 

Əli Əsğər, bala, lay‐lay, 

Anan ölsün, Əli Əsğər. 

 

Beşikdən kim səni aldı, 



Sinəmdə möhnətim qaldı, 

Gözüm yaşı rəvan oldı, 

Əli Əsğər, bala, lay‐lay, 

Anan ölsün, Əli Əsğər. 

 

Səni əldən alub üdvan, 



Məni qoydula sərgərdan, 

Yaralı hülqüvə qurban, 

Əli Əsğər, bala, lay‐lay. 

Anan ölsün, Əli Əsğər. 




 

594 


 

Deyəm lay‐lay gözüm üstə, 

Töküm qan‐yaş yüzüm üstə, 

Başuvı qoy dizim üstə, 

Əli Əsğər, bala, lay‐lay. 

Anan ölsün, Əli Əsğər. 

 

Cəfası tiğü peykanun, 



Rəvanə eylədi qanun, 

Oyan, aç çeşmi‐giryanun, 

Əli Əsğər, bala, lay‐lay. 

Anan ölsün, Əli Əsğər. 

 

Kəbab etmə bu biyarı, 



Batan toprağə rüxsarı, 

Sənə lay‐lay deyəm, barı, 

Əli Əsğər, bala, lay‐lay. 

Anan ölsün, Əli Əsğər. 

 

Qəribəm, çün zəliləm mən, 



Sənə gəlmiş dəxiləm mən, 

Südüm yoxdur, xəciləm mən, 

Əli Əsğər, bala, lay‐lay. 

Anan ölsün, Əli Əsğər. 

 

Səni ox eyləyüb xəstə, 



Səsimə səs ver ahəstə, 

Yüzüvi qoy yüzüm üstə, 

Əli Əsğər, bala, lay‐lay. 

Anan ölsün, Əli Əsğər. 

 

 

 




 

595 


 

Evimi eyləmə viran, 

Saralmış rəngüvə qurban, 

Doyunca, qoy, edim əfğan, 

Əli Əsğər, bala, lay‐lay. 

Anan ölsün, Əli Əsğər. 

 

Saraldun qönçə çağundan, 



Yanar könlüm fəraqundan, 

Öpüm, qoy, gül dodağundan, 

Əli Əsğər, bala, lay‐lay. 

Anan ölsün, Əli Əsğər. 

 

Nəzər qıl Nadimi‐zarə, 



Yazar gözyaşlı dilparə, 

Nedim bəs mən güni qarə, 

Əli Əsğər, bala lay‐lay. 

Anan ölsün, Əli Əsğər. 

 

Anan ölsün, Əli Əsğər 

 

Ey solan qönçəsifət, ləbləri ətşan, Əli, lay‐lay, 



Anan olsun bu susuz ləblərə qurban, Əli, lay‐lay. 

Əli Əsğər, güli‐növbər, anan ölsün, Əli Əsğər. 

 

Haluvı bilməz Əli Əkbər, ətəşdən saralubsan, 



Gül kimi suzi‐ətəşdən, Əli, zülm ilə solubsan, 

Xeymədə yoxdı südüm, yoxdı suyum, təşnə qalubsan, 

Kaş, görüm Kərbübəlanı ola viran, Əli, lay‐lay.  

Əli Əsğər, güli‐növbər, anan ölsün, Əli Əsğər. 

 

 

 




 

596 


 

Kaş gələ imdi baban, ərz edim əhvaluvı, Əsğər, 

Susuzundan yetişüb canə, ağa, bu güli‐əhmər, 

Su tədarük edər, əlbəttə sənə varisi‐Heydər, 

Ta susuz olmayasan vasili‐Canan, Əli, lay‐lay. 

Əli Əsğər, güli‐növbər, anan ölsün, Əli Əsğər. 

 

Bu Fərat sir eləyər cümlə, oğul, vəhşü tüyuri, 



Çün sənün ağlamağun aldı bu gözdən, Əli, nuri,  

Müntəzir rahuvı gözləllə sənün qəsrdə huri,  

Seyr elə, axır olub göz yaşun al qan, Əli, lay‐lay.  

Əli Əsğər, güli‐növbər, anan ölsün, Əli Əsğər. 

 

Sənə qurban ola bu madəri‐naçarun, az ağla, 



Kəhrəbatək saralub soldı rüxi‐alun, az ağla, 

Parələndi ətəşindən ləbi‐gülnarun, az ağla, 

Haluvı bilməz anan, Şahi‐şəhidan, Əli, lay‐lay. 

Əli Əsğər, güli‐növbər, anan ölsün, Əli Əsğər. 

  

Bu qədər ağlama, yat, ahü fəğan eyləmə, səbr et, 



Məni‐nalanun, oğul, bağrını qan eyləmə, səbr et, 

Qəm əlindən məni zarü yarıcan eyləmə, səbr et, 

Sinəmi parə edüb dırnağun al qan, Əli, lay‐lay. 

Əli Əsğər, güli‐növbər, anan ölsün, Əli Əsğər. 

  

Qalmayub Əkbərü Əbbas, mənə imdad eləsünlər, 



Su tədarük eləyüb, madərüvi şad eləsünlər, 

Hanı Övnü hanı Cə`fər, məni bir yad eləsünlər, 

Cümləsi Həqqə susuz bəzl eləyüb can, Əli Əsğər. 

Əli Əsğər, güli‐növbər, anan ölsün, Əli Əsğər. 

  

 

 




 

597 


 

Bu qədər ağlama, yat, eyləmə şivən, sənə qurban, 

Qəlbimi qan elədi nalələrün, mən sənə qurban, 

Başım olmaz, nə edim, qüssədən eymən, sənə qurban, 

Bikəsü bivətənəm, halı pərişan, Əli Əsğər. 

Əli Əsğər, güli‐növbər, anan ölsün, Əli Əsğər. 

 

 

Ağlama, səbr elə, göz yaşuva qurban, güli‐nərgiz, 



Bilürəm, rəhm eləməzlər sənə bu ləşkəri‐xunriz, 

Bu susuz haluvı bilməz Şəhi‐vala sənün hərgiz, 

Nadimin kaş ola ol xaluva qurban, Əli, lay‐lay. 

Əli Əsğər, güli‐növbər, anan ölsün, Əli Əsğər. 

 

Lay‐lay, Əli, lay‐lay, oğul 

 

Ey ləbləri gültək solan, 



Lay‐lay, Əli, lay‐lay, oğul. 

Ey qan ilə sirab olan, 

Lay‐lay, Əli, lay‐lay, oğul. 

 

Oldun xizab al qan ilən, 



Ətşan ləbi‐suzan ilən, 

Sirab olan peykan ilən, 

Lay‐lay, Əli, lay‐lay, oğul. 

 

Kim tabuvı aldı, oğul. 



Topraqlara saldı, oğul, 

Gəhvarə boş qaldı, oğul, 

Lay‐lay, Əli, lay‐lay, oğul. 

 

Nazik ləbün gültək solub, 



Qan ilə qundağun dolub, 

Bikəs anan ağlar qalub, 

Lay‐lay, Əli, lay‐lay, oğul. 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə