Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə121/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   117   118   119   120   121   122   123   124   ...   144

 

609 


 

Zülm ilə çün öldürdülər babamız, 

Qənnarələrdə qaldı atamız,  

Yolumızı çün gözlər anamız, 

Öldürmə, Haris, biz binəvayux, 

Bu qərib eldə bidadxahux. 

  

Çün anamız yolumuzu gözlər, 



Öldürmə bizi sən, ey sitəmkər, 

Bu müsibətə ağlar Peyəmbər, 

Öldürmə, Haris, biz binəvayux, 

Bu qərib eldə bidadxahux. 

  

Çün çıxıbdur səmayə fəğanım, 



Yetimlik alub əldən təvanım, 

Ey Haris, tökmə zülm ilə qanım, 

Öldürmə, Haris, biz binəvayux, 

Bu qərib eldə bidadxahux. 

  

Bikəsəm, ey Haris, yox pənahım, 



Yoxdı çün bir nəfər dadxahım, 

Hər zəman övc edər ərşə ahım, 

Öldürmə, Haris, biz binəvayux, 

Bu qərib eldə bidadxahux. 

  

Tökmə sən qanımızı dünyadə, 



Eylə sən ya bizi azadə, 

Ya apar bəzmi‐ibn Ziyadə, 

Öldürmə, Haris, biz binəvayux, 

Bu qərib eldə bidadxahux. 

  

 

 




 

610 


 

Artdı bu Kufədə ahü vamız, 

Çün şəhid oldı Kərbəladə atamız, 

İntizar yol gözlər çün anamız, 

Öldürmə, Haris, biz binəvayux, 

Bu qərib eldə bidadxahux. 

  

Gər qəbul etsən bu bəyanı, 



Kəs səri‐muyi‐ətrfəşanı, 

Rəhm et, öldürmə biz binəvanı, 

Öldürmə, Haris, biz binəvayux, 

Bu qərib eldə bidadxahux. 

  

Kəs səri‐zülfi‐ətrfəşanım, 



Mali‐dünyayə gəlmir gümanım, 

Görsə hər kim verər qədri‐qanım, 

Öldürmə, Haris, biz binəvayux, 

Bu qərib eldə bidadxahux. 

  

Rəhm eylə, biz yetim, qəribux, 



Bikəsux, biz sənə dəstgirux, 

Müslimün vəslindən binəsibux, 

Öldürmə, Haris, biz binəvayux, 

Bu qərib eldə bidadxahux. 

  

Kufədə yox anamız edək naz, 



İzn ver, ta edək rəddi‐nəmaz, 

Xaliq ilən edək razü niyaz, 

Öldürmə, Haris, biz binəvayux, 

Bu qərib eldə bidadxahux. 

  

 

 




 

611 


 

Çün olub Nadimim zarü giryan, 

Bu müsibətdən oldı hərasan, 

Bu qəmi eylüb əlində ünvan, 

Öldürmə, Haris, biz binəvayux, 

Bu qərib eldə bidadxahux.  

 

Müslimin balaları 

 

Rəhm et bizi‐biçarəyə, biyarü yetimux, 

Haris, bizi öldürmə, bu şəhr içrə qəribux. 

 

Peyğəmbərə bu zülmlərün cümlə əyandur, 



Axır bu gecə biz sənə mehmanux, əmandur, 

Qəmdən gözümüz cari edər göz yaşı qandur, 

Haris, bizi öldürmə, bu şəhr içrə qəribux. 

  

Göz yaşı olub səfheyi‐rüxsarə rəvanə, 



Hicri babamuzun doyurubdur bizi canə, 

Salma bizim ahimiz ilə suz cəhanə, 

Haris, bizi öldürmə, bu şəhr içrə qəribux. 

  

Ağlar gözümüz yaşinə bax, rəhm elə, Haris, 



Salma bizi qürbətdə belə müşkilə, Haris, 

Yoxdur anamız başimiz üstə gələ, Haris, 

Haris, bizi öldürmə, bu şəhr içrə qəribux. 

  

Qəmdən boyanub xun ilə, vallah, dili‐alım, 



Atam öləli cuş eləyüb dərdü məlalım, 

Hicri babamun bəsdi bizə, rəhm elə, zalım, 

Haris, bizi öldürmə, bu şəhr içrə qəribux. 

  



 

612 


 

Yox taqətimiz cövri‐bu şəmşiri‐fuladə, 

Gəl, düşməgilən cəhl ilə bu cəhlü inadə, 

Zibh etmə bizi, bari, apar ibni‐Ziyadə, 

Haris, bizi öldürmə, bu şəhr içrə qəribux. 

  

Göz yaşımızı eyləmə sən zülm ilə cari, 



Ağlar, yolumuz gözlər anam leylü nəharı, 

Qanımızı nahəq yerə tökmə, səni Tarı, 

Haris, bizi öldürmə, bu şəhr içrə qəribux. 

  

Bilməm bu necə möhnəti‐üzmadur, İlahi, 



Bu tiflilərün bəs nə imiş cürmü günahi, 

Nadim, gözümi ağladı

 çox onlarun ahi, 



Haris, bizi öldürmə, bu şəhr içrə qəribux. 

 

Saxla qədəm, Şahi‐şəhidan, baba 

 

Saxla qədəm, Şahi‐şəhidan, baba, 



Bircə sözüm var sənə, ətşan baba. 

 

En bir atundan, Şəhi‐gülgunqəba, 



Bir də doyunca səni eylüm vida, 

Başıvı zibh eyləməmiş əşqiya, 

Olmamış öz qanuva qəltan, baba. 

 

Tökmə, qızım, göz yaşuvi didədən, 



Getməliyəm məclisi‐Cananə mən, 

Xeymələrə gəlməsəm, ey bivətən, 

Səbr elə, sən düxtəri‐giryan, bala. 

                                                 

 Ağladır 




 

613 


 

Mərhəmət eylə, məni ağuşə al, 

Ey baba, qollaruvi boynuma sal, 

Öldürər axır məni dərdü məlal, 

Kim eləsün dərdimə dərman, baba? 

 

Bəsləmişəm izzət ilə mən səni, 



Salmaram heç vəchlə gözdən səni, 

Dindirər hər haldə əmmən səni, 

Yarun olan Zeynəbi‐nalan, bala. 

 

Başıma əl çək, məni dindirgilən, 



Öldürür axır məni dərdi‐mühən, 

Batsan əgər rəzmdə al qanə sən, 

Eylər ədu xeyməni talan, baba. 

 

Gözləyür axır Əli Əkbər məni, 



Ağlayuban şad eləmə düşməni, 

Kəssə başım kin ilə Şimri‐dəni, 

Eyləmə şivən, məhi‐taban, bala. 

 

Həsrətəm əl`an Əli qardaşıma, 



Rəhm elə sən, bari, bu göz yaşıma, 

Qəmçi vırar Şimri‐dəğa başıma, 

Görsələr gül cismüvi üryan, baba. 

 

Vırsa başım növki‐cidayə Sinan, 



Səcdəgəhim olsa bu səhradə qan, 

Vırsa Yəzid əllərimə xeyzəran, 

Məskən olar sizlərə viran, bala. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə