Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə119/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   115   116   117   118   119   120   121   122   ...   144

 

598 


 

 Ey növgüli‐ziba, Əli, 

Ey bülbüli‐şeyda, Əli, 

Yıxdı evim ə`da, Əli, 

Lay‐lay, Əli, lay‐lay, oğul. 

 

Toprağə qanun qatmısan, 



Bikəs anavı atmısan, 

Yoxsa alub su, yatmısan, 

Lay‐lay, Əli, lay‐lay, oğul. 

  

Ey nuri‐eynim, növrəsim, 



Yox dadxahım, bir kəsim, 

Səs ver mənə, batdı səsim,  

Lay‐lay, Əli, lay‐lay, oğul. 

 

Hülqün oxa oldı nişan, 



Tabun alub tirü kəman, 

Lay‐lay deyüb qıllam fəğan, 

Lay‐lay, Əli, lay‐lay, oğul. 

  

Qanə batubdur əl‐yüzün, 



Qan üstə yatma, aç gözün, 

Gəl nitqə, gültək gül özün, 

Lay‐lay, Əli, lay‐lay, oğul. 

  

Ey Nadimi‐şirinzəban, 



Hər bəzmdə eylə fəğan, 

Bu beyti yaz, eylə bəyan, 

Lay‐lay, Əli, lay‐lay, oğul. 

 

 



 


 

599 


 

Sinəzəni‐Əli Əsğər 

 

Eylədüz biəqrəba, ey zümreyi‐kafər, məni, 



Rəhm edün, axır kəbab etdi Əli Əsğər məni. 

 

Övnü Fəzlü Cə`fəri, ənsarımı öldürmüsüz, 



Əkbər ilə Qasimi‐biyarımı öldürmüsüz, 

Qoymusuz tənha məni, sərdarımı öldürmüsüz, 

Eylədüz bu ərsədə biyarü biyavər məni. 

 

Bu Fərat, insafdür məmlüvv edə səhraləri, 



Su kənarında susuz qoyduz məni‐biyavəri, 

Bari, sirab eyləyün oxla Əliyyü Əsğəri, 

Təşnədür, dəstimdə yandırdı bu məhpeykər məni. 

 

Şah idim gərçi əzəl, bu ərsədə xar olmuşam, 



Doğranub xişü təbarım, zarü biyar olmuşam, 

Mən sizün rə`yüzcə söylürsüz günahkar olmuşam,   

Öldürürsüz, öldürün biyarü biyavər məni. 

 

Söyləyün, neylüb sizə bu tifli‐şirxarə bəs, 



Üç gecə‐gündüzdi ətşandı bu tifli‐binəfəs, 

Gər özüm ölməgligi etdim qəbul ruzi‐Ələs, 

Yandırar ölməgdən artıx bu susuz Əsğər məni. 

 

Ya verin bu tiflə siz bir cür`ə su ehsan edin, 



Taridən xövf eyləyün, zalimlər, az tüğyan edin, 

Az qalub dəstimdə can versün susuz bu məhcəbin, 

Gözləyər su camı əldə Ali‐Peyğəmbər məni. 

 

 



 


 

600 


 

Ol zəmandə ləşkər içrə düşdi şurü qülqülə, 

Ağladı səflər təmamən, aldılar dəsmal ələ, 

Gördi o övzayi Sə`d oğlı dedi, ey Hərmələ, 

Az qalub dönsünlə məndən, görməsün səflər məni. 

 

Bu Hüseyn ibn Əli döndərdi rə`yi‐ləşkəri, 



Et nişanə navəkü peykanə hülqi‐Əsğəri, 

Ox kəmandan rədd olanda buldı nazik həncəri, 

Söylədi bikəs Hüseyn, yandurdun, ey kafər, məni. 

 

Ya Hüseyn, ol Əsğəri‐ətşanə qurban Nadimün, 



Ağlayar əldə qələm ruzü şəb hər an Nadimün, 

Möhnətü qəmdən olub zarü hərasan Nadimün, 

Ağladar düşdikcə yadə möhnəti‐Əsğər məni. 

 

Əli Əsğər oxlandı 

 

Özün sən şahid ol, ya Rəbb, əlimdə Əsğər oxlandı, 



Axub gül hülqinün qanı, əlim qan ilə islandı. 

 

Alubdur dövrini ləşkər, 



Şahi‐biyavər oxlandı. 

Qəribəm, yoxdı bir yavər, 

Nə Övnü Fəzlü nə Cə`fər, 

Əlimdə Əsğər oxlandı. 

 

Kimim var dadimə gəlsün, 



Hüseyni‐yavərim olsun, 

Əlimdən nə`şini alsun, 

Əlimdə Əsğər oxlandı, 

Şahi‐biyavər oxlandı. 




 

601 


 

 

Aşub möhnət dodağımdan, 



Axar qan əl‐əyağımdan, 

Alan yoxdur qucağımdan, 

Əlimdə Əsğər oxlandı, 

Şahi‐biyavər oxlandı. 

  

Ədulər atdı peykanı, 



Axubdur hülqünün qanı, 

Qucağımda çıxub canı, 

Əlimdə Əsğər oxlandı, 

Şahi‐biyavər oxlandı. 

  

Dedim, aya verəllər ab, 



Edüblər qanına sirab, 

Batub qanə gülür mehrab,  

Əlimdə Əsğər oxlandı, 

Şahi‐biyavər oxlandı. 

  

Dolub qundağ axub qanı, 



Düşüb hər səmti hər yanı, 

Axub gözlər, çıxub canı, 

Əlimdə Əsğər oxlandı, 

Şahi‐biyavər oxlandı. 

  

Ötübdür həddidən yasim, 



Batubdur qaninə Qasim, 

Susuz doğrandı Əbbasim, 

Əlimdə Əsğər oxlandı, 

Şahi‐biyavər oxlandı. 

  



 

602 


 

Hanı ənsar, hanı yavər? 

Alubdur canımı qəmlər, 

Oyan, nakam Əli Əkbər, 

Əlimdə Əsğər oxlandı, 

Şahi‐biyavər oxlandı. 

  

Əman çərxin cəfasından, 



Axar qan gül yərasından, 

Xəcil oldum anasından, 

Əlimdə Əsğər oxlandı, 

Şahi‐biyavər oxlandı. 

  

Ölüncə Nadimi‐nalan, 



Yazub ağlar edər əfğan, 

Buyurdı Şahi‐məzluman, 

Əlimdə Əsğər oxlandı, 

Şahi‐biyavər oxlandı. 

 

İmtəhanımdur mənim 

 

Ey Xuda, qan oldı könlüm, imtəhanımdur mənim, 

Oxladı ədu, bu tifli‐bizəbanımdur mənim. 

 

Mən bunı gətdim, Xudaya, əhli‐kin versünlər ab, 



Vermədilər hər qədr ki, ehticac etdim çün ab, 

Etdilər dəstimdə qan ilə bu qundağun xizab, 

Sən bilürsən, bu bəla arami‐canımdur mənim. 

 

Tökmüşəm göz yaşı mən rüxsarə bikəs, neyləyim, 



Dadrəs yoxdur, qəribəm imdi əzbəs, neyləyim, 

Səslərəm, verməz səsimə bu bala səs, neyləyim,  

Səbrim aldı çünki bu ruhi‐rəvanımdur mənim. 



 

603 


 

Yarü ənsarım durun, artdı genə yasim, həray, 

Övnü Fəzlü Cə`fərü həm Əkbərü Qasim, həray, 

Əsğərim oxlandı, gəl imdadə, Əbbasim, həray, 

Bu salan dəstimdə qönçə müşkbarımdur mənim, 

 

Baxdı ağlar çeşmilə Şahi‐şəhidan Əsğərə, 



Qoymadı ol qandən bir qətrəsi düşsün yerə, 

Dönüb ol vəqtə Hüseyn yüz himmət ilə Əkbərə, 

Söylədi, yox bir kəsim axır gümanımdur mənim. 

 

Gəlmişəm dərgahuva baş ilə, canü mal ilən, 



Can verür imdi İmamım, gör, nə bir münval ilən, 

Ruzi‐həşrü məhşərə gəlləm həmin bu hal ilən, 

Filhəqiqət qəlbi‐imanım çü canımdur mənim. 

 

Eylərəm, ya Rəb, əməl öz əhdimə, peymanimə, 



Səğirün qanı qarışdı sinəm üstə qanimə, 

Ümmətün asilərin əfv eylə bu qurbanimə, 

Çün əzəl əhd etdigim sirri‐nihanımdur mənim. 

 

Əhd etmişdim sənün rahündə başü can verim, 



Canü mülkdən dinə abi‐çeşmeyi‐heyvan verim,    

Bir həyatın eşqinə yetmiş iki qurban verim, 

Bil ki, ölməklik həyati‐cavidanımdur mənim. 

 

Olmaram Nadim, özüm dərdə dəvayə gəlmişəm, 



Malü canından keçüb Kərbübəlayə gəlmişəm, 

Ümməti‐Peyğəmbərə, ya Rəb, duayə gəlmişəm, 

Bu Əli Əsğər təmamən imtəhanımdur mənim. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə