Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə122/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   118   119   120   121   122   123   124   125   ...   144

 

614 


 

Soldı bu gülşəndə mənim güllərim, 

Qanə batub Əkbəri‐məhpeykərim, 

Getmə, baba, bağlar ədu qollarım, 

Qoy, dolanım başuva əl`an, baba. 

 

Ağlayar hər ruzü şəban Nadimin, 



Qəmdən edər əşk rəvan Nadimin, 

Qaldı əcəb naləkünan Nadimin, 

Saxla qədəm, Şahi‐şəhidan, baba. 

 

     Əfrad 

 

Rəhm etgilən bu hali‐pərişanə, ey baba, 



Gəl, getmə, həqq rizasinə meydanə, ey baba. 

 

Nari‐fəraqə yanmağa yox tabü taqətim, 



Salma bu tifli möhnəti‐hicranə, ey baba. 

 

Getdi gətirməgə su mənə namdar əmüm, 



Batdı su üstə cismi qızıl qanə, ey baba. 

 

Əhli‐cəfa ki, qollarını etdilər qələm, 



Döndi bu qəmdə göz yaşım ümmanə, ey baba. 

 

Bir də ölincə istəmərəm su yanam əgər, 



Sənsiz gərək gələ su bu ətşanə, ey baba. 

 

Su içmərəm yana bu dilim, su olub həram 



Əbbasdən sora məni‐nalanə, ey baba. 

 

 



 


 

615 


 

Allah rizasinə, bizi qaytar Mədinəyə, 

Mən dəstgir olanmaram üdvanə, ey baba. 

 

Getsən, səni şəhid eyləyər Şimri‐bihəya, 



Rəhm eyləməzlə Şahi‐şəhidanə, ey baba. 

 

Ləbtəşnə batdı qanə bu gün nazlı Əkbərim, 



Su vermədi ədu belə ətşanə, ey baba. 

 

Öldürsə Şimr gər səni, eylər bizi əsir, 



Qolbağlı gəzdirəllə zəlilanə, ey baba. 

 

Səndən sora bu xeymələri yandırar ədu, 



Bu əhli‐kinə atəşi‐suzanə, ey baba. 

 

Ahu kimi bu Ali‐Əli yüz qoyar təmam, 



Qaçmağlığa bu kuhü biyabanə, ey baba. 

 

Eylər əsir bu ləşkəri‐üdvan əyaluvi, 



Qolbağlı gəzdirəllə zəlilanə, ey baba. 

 

Axır çəkəllə bizləri Şamə cəfa ilən, 



Məskən olar əyaluva viranə, ey baba. 

 

Məhşər güni şəfaət edən vəqtə ümmətə, 



Lütf etgilən bu Nadimi‐nalanə, ey baba. 

 

 



 


 

616 


 

     Əfrad 

 

Az ağla, gəlmə naləvü əfğanə, ey bala, 



Az qaldı, göz yaşun dönə ümmanə, ey bala. 

 

Fani cəhanda səbr elə dərdü müsibətə, 



Döndi sirişki‐didələrün qanə, ey bala. 

 

Səbrü təhəmmül et, qızım, öldürsələr məni, 



Olsan əsir bu ləşkəri‐üdvanə, ey bala. 

 

Qurbanə rəsmdür, su verəllər kəsən zəman, 



Verməzlə su mənim kimi qurbanə, ey bala. 

 

Zibh eyləyər susuz, başımı Şimri‐bihəya, 



Rəhm eyləməz bu ərsədə mehmanə, ey bala. 

 

Gəlləm o vəqt soruşmağa əhvaluvı sənün, 



Məskən olanda guşeyi‐viranə, ey bala. 

 

Ruzi‐cəzadə qəsri‐cinan eylərəm əta, 



Nadim əza dutar səni‐nalanə, ey bala. 

 

Həzrət Əbbas və Külsumun dilindən 

 

Göz yaşın müdam üzarə elərəm rəvanə, qardaş, 



Qədimi qəmi‐zəmanə döndərüb kəmanə, qardaş. 

 

Kərbəlayə gəlməmişdən mən əzəl öleydim, ey kaş, 



Gözlərim tökər üzarə bu cəhətdən imdi qan‐yaş, 

Bu Minadə yoxdur oğlum, dərdimi sənə edim faş, 

Şövq ilə fəda edəydim Şahi‐biməkanə, qardaş. 



 

617 


 

Tökmə göz yaşun üzarə, ey əzizi‐cani‐Heydər, 

Var hələ həyati‐Əbbas, etmə ahü nalə, xahər, 

Arizu ki, eyləyürsən, arizun olub müyəssər, 

Dut əlim, apar, fəda et Şahi‐insü canə, Külsum. 

 

Olmaram riza bu əmrə, ey bəradəri‐vəfadar, 



Qətlüvə durubdı səf‐səf Kərbəladə ceyşi‐xunxar, 

Hicrüvə nə növ`i, Əbbas, səbr edim ki, yoxdı qəmxar, 

Sən Minayə azim olsan, gəlləm əl‐əmanə, qardaş. 

 

Səbr elə fəraqə, baci, vəslidür bunun bəqası, 



Ağlamaqdan ötri xəlq oldı Kərbəla binası, 

Guşimə gələr bu çöldə əşqiyalərün sədası, 

Qeyzidən qəyur cismim imdi doydı canə, Külsum. 

 

İmdi ki, əxa, olubsan bu bəlalı əzmə azim, 



Səbr edəm gərək, bəradər, bu nəvavü ah nə lazim, 

Canuvı gedüb fəda et, tək qalub Şəhi‐Hicazim, 

Gər vəsiyyətün var, eylə sən bu natəvanə, qardaş. 

 

Eylərəm vəsiyyət hərgiz atmasın, bacı, hərasın, 



Qarətə gedən zəmanda zinətü zərü libasın, 

Əhli‐kinə döndərəndə qanə Qasimün hənasın, 

Leyli ağlayan zəmandə Əkbəri‐cəvanə, Külsum. 

 

Bu vəsiyyətin çün etdi qəlbimi kəbab, qardaş, 



Möhnətü qəmim ziyadə oldı bihesab, qardaş, 

Qətlgahdən keçəndə eylərəm səvab, qardaş, 

Nə`şün üstə zülf yollam boyananda qanə, qardaş. 

 

 



 


 

618 


 

Yox anam mənim bu çöldə səni Fatimə məzarı, 

Qövmi‐dun çəkən zəmanda qətligahdən qətarı, 

Gəl, yaralı nə`şim üstə analartək, ağla, barı, 

Göz yaşın yarama, barı, etgilən rəvanə, Külsum. 

 

Zülfümi yolub, yaralı nə`şün üstə ağlaram mən, 



Əhli‐kinə versə möhlət, gözlərüvi bağlaram mən, 

Hər qədər həyatım olsa, bil, əzavı saxlaram mən, 

Naləvü fəğanım hər gün övc edər səmayə, qardaş. 

 

Bülbüli‐qəməm, solubdur hamı güllərim çəməndə, 



Eylə madərimi hali şəhri‐Yəsribə gedəndə, 

Bir yetim balam qalubdur, xar etməyün vətəndə, 

Geydirün libasi‐faxir ol əziz canə, Külsum. 

 

Hər vəsiyyətün bəçeşməm, ey əzizi‐cani‐Heydər, 



Qara bağlayıb dəmadəm saxlaram əzavı illər, 

Candən əziz billəm ol yetimüvi, bəradər, 

Tutivəş gələr həmişə Nadimün fəğanə, qardaş. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə