Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə124/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   120   121   122   123   124   125   126   127   ...   144

 

624 


 

Təmamiyi‐növhə 

 

Saldı Əkbərün fəraqi bu möhnətü məlalə canımı, 



Hicri Əkbərün zəmanədə sala min xəyalə canımı, 

Suznak olar fəraq odı, yandırar şərarə canımı, 

Cövri‐əşqiyadən əl‐əman, qalmayubdı qüdrətim mənim. 

 

Xeyməgahi Şimri‐bihəya Kərbəladə narə yandırub, 



Xarici əsirtək bizi hər diyardə dolandırub, 

Şamdə şəmatəti‐ədu candan məni usandırub, 

Töhmətü şəmatət artırub möhnətü müsibətim mənim. 

 

Dərk edüb əcəl xərabədə zarü natəvan Səkinəni, 



Eylədi bu Şamdə fələk azimi‐cinan Səkinəni, 

Nadim ağlayar fəğan ilən zarü natəvan Səkinəni, 

Eyləsün rəva əcri Hüseyn, vardı bircə hacətim mənim. 

 

    Əfrad 

 

Mənzil edəndə Zeynəbi‐nalan xərabədə, 



Gəldi fəğanə cümlə əsiran xərabədə. 

 

Ya Rəb, neçün yıxılmadı ərşi‐Xuda yerə? 



Bimar o vəqt ki, oldı nigəhban xərabədə. 

 

Bilməm Hüseyn bu zülmi necə eylədi qəbul, 



Tə`nə edəndə Zeynəbə üdvan xərabədə. 

 

Ol gün Yəzid şiələrün bükdi qamətin, 



Verdi İmamə mənzili‐viran xərabədə. 

 



 

625 


 

Tab etmədi Səkinə Hüseynün fəraqinə, 

Dərdi zibəs ki, eylədi tüğyan xərabədə. 

 

Can tapşıranda Zeynəbə ərz etdi, əmməcan, 



İmdi olaydı Əkbəri‐ətşan xərabədə. 

 

Şəhla gözün öpeydim ölən saətində mən, 



Can tapşuraydı sonra bu giryan, xərabədə. 

 

Əlbəttə siz kəfəndə yazun Əkbərün adun, 



Hər gün olar bu dərdimə dərman xərabədə. 

 

Həşrə kimin məzardə, va Əkbəra, deyüb, 



Ruhim həmişə eyləyər əfğan xərabədə. 

 

Nə Əkbərim qalubdı, nə Əbbasü Qasimim, 



İmdi tilavət eyləyə Qur`an xərabədə. 

 

Qismət ola, Xuda, o qəribün ziyarəti, 



Növhə edə bu Nadimi‐nalan xərabədə. 

 

Bax gözüm yaşinə, ey Şimri‐dəni, vırma məni 

 

Bikəsü bivətənü bipədərəm, Şimri‐dəğa, 



Bax gözüm yaşinə, ey Şimri‐dəni, vırma məni. 

Mənim əhvalıma ağlar bu zəman ərzü səma, 

Bax gözüm yaşinə, ey Şimri‐dəni, vırma məni. 

 

 



Bəsdi bu qəm mənə, əvvəl vətən avarəsiyəm, 

Gülşəni‐Ali‐Əbanun güli‐növrəstəsiyəm, 

Bu cəfaculərin aləmdə nə pabəstəsiyəm, 

Bax gözüm yaşinə, ey Şimri‐dəni, vırma məni. 




 

626 


 

 Bu kifayətdi mənə alduz əlimdən elimi, 

Bülbüli‐qəmzədəyəm, soldurub ə`da gülimi, 

Doğraduz xəncər ilə Əkbəri‐şirindilimi, 

Bax gözüm yaşinə, ey Şimri‐dəni, vırma məni. 

 

Məgər azdur qəmi‐Əsğər, yüzi qanə boyanub, 



Ox dəgüb parələnüb hülqi, yuxudan oyanub, 

Zülmi‐dun şö`lələnüb, dudi səmayə dayanub, 

Bax gözüm yaşinə, ey Şimri‐dəni, vırma məni. 

  

Bəsdi bu qəm, babamun qolsuz Ələmdarı ölüb, 



Övn ilə Fəzl ilə həm Cə`fəri‐qəmxarı ölüb, 

Qırılubdur köməgi, nasirü ənsarı ölüb, 

Bax gözüm yaşinə, ey Şimri‐dəni, vırma məni. 

 

Qasimü Əkbərü Əbbas batub qanə bu gün, 



Yıxılublar görürəm, ərseyi‐meydanə bu gün, 

Bu müsibətdə gəlim, qoy məni əfğanə bu gün, 

Bax gözüm yaşinə, ey Şimri‐dəni, vırma məni. 

  

Babamun vəslini bir anı mənə çox görüsən,



 

Dindirim Şahi‐şəhidanı, mənə çox görüsən, 



Baxaram zülfümə, bu qanı mənə çox görüsən, 

Bax gözüm yaşinə, ey Şimri‐dəni, vırma məni. 

  

Qoy, doyunca babamun parə dodağından öpüm, 



Ayrılıq mövsümidür, qanlı yanağından öpüm, 

Mane` olsan yüzinə, bari, əyağından öpüm, 

Bax gözüm yaşinə, ey Şimri‐dəni, vırma məni. 

                                                 

 Görürsən 




 

627 


 

 Cövr ilə gərçi bizi Şamə rəvan eyliyüsən, 

Babamun hicri ilə bağrımı qan eyliyüsən, 

Bəsdi bu büğz, bu zülmini əyan eyliyüsən, 

Bax gözüm yaşinə, ey Şimri‐dəni, vırma məni. 

  

Siz gedün, qoy, məni bu Kərbəladə qalaram, 



Babamun qəbrinə bu çöldə mücavir olaram, 

Nadimi‐qəmzədəyəm, ağlayub axır ölərəm, 

Bax gözüm yaşinə, ey Şimri‐dəni, vırma məni. 

 

Bir içim su tap, ətəşdən yandım, ey sərvər əmu 

 

Ey olan Ali‐Əbayə nasirü ənsar, əmu, 



Bir içim su tap, ətəşdən yandım, ey sərvər əmu. 

 

Sən bilürsən, imdi səndən qeyri yarım qalmayub, 



Qasimü Əkbər ölüb, bir qəmküsarım qalmayub, 

Qardaşım, yarım dəxi xurdü kibarım qalmayub, 

Bir içim su tap, ətəşdən yandım, ey sərvər əmu. 

  

Göz yaşım cari olub rüxsarimə qəmdən, əmu, 



Caridür rüxsarimə fəvvarə didəmdən, əmu, 

Ağlaram hər ruzü şəb bu möhnətü qəmdən, əmu, 

Bir içim su tap, ətəşdən yandım, ey sərvər əmu. 

 

Göz yaşım cari olub rüxsarimə, rəhm et mənə, 



Cam əlimdə gəlmişəm əl`an, dəxiləm mən sənə, 

Olma razi, ey əmu, icz eyləyim mən düşmənə, 

Bir içim su tap, ətəşdən yandım, ey sərvər əmu. 

  

 



 


 

628 


 

Xırdaca qızlar ətəşdən ağlayallar ah, ah, 

Qalmayub ənsardən, əshabdən bircə pənah, 

Bir bölük əlsiz‐əyaqsız qızlara sənsən pənah, 

Bir içim su tap, ətəşdən yandım, ey sərvər əmu. 

  

Caridür göz yaşı məmzuc xun ilə hər didədən, 



Gülistan oldı xəzan, gülşəndə soldı yasəmən, 

Az qalub, billah, susuzdan çün həlak olsun bədən, 

Bir içim su tap, ətəşdən yandım, ey sərvər əmu. 

  

Tökməyim göz yaşımı rüxsarə, axır neyləyim, 



Hicri‐Əkbər eyləyüb avarə, axır neyləyim, 

Təşnəlıqdan bəs məni‐dilparə, axır neyləyim, 

Bir içim su tap, ətəşdən yandım, ey sərvər əmu. 

  

Bu Fərat cari olub səhralərə misli‐zülal, 



Mürği‐gülşən nitqdən düşdi, ətəşdən oldı lal, 

Get ədulərdən biqədri bir içim, bari, su al, 

Bir içim su tap, ətəşdən yandım, ey sərvər əmu. 

  

Nadimi‐biçarəni məhşər güni xar eyləmə, 



Qəbrini rövşən elə, vəhşət şəbün tar eyləmə, 

Təngdil etmə onı dünyadə, biyar eyləmə, 

Bir içim su tap, ətəşdən yandım, ey sərvər əmu. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə