Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə132/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   128   129   130   131   132   133   134   135   ...   144

 

664 


 

Cüstucu – axtarış 

Cür`ə – bir içim, qurtum (su) 

Cürm – günah 

Cüzam – yoluxucu və sağalmaz xəstəlik 

 

Ç 

 

Çah – quyu 



Çaki‐giriban – yaxası cırıq 

Çalak – cəld, çevik 

Çavuş – Kərbəla və ya Məşhəd ziyarətinə gedən zəvvarların karvanında 

qarşıda gedərək uca səslə səsləyən kəs 

Çavuşi – çavuşların oxuduqları şeir 

Çeşm – göz 

Çəharüm – dördüncü 

Çəmənzar – çəmənlik, yaşıllıq 

Çəngi‐təfriqə – fikir ayrılığı, ikitirəlik 

Çərxi‐fələk – dünya; tale, bəxt 

Çətr – çətir  

Çub – çubuq, ağac, taxta 

Çü, çün – indi ki, elə ki 

 

 

Dadxah – fəryada çağıran, dada çağıran 



Dadrəs – dada çatan, fəryada yetişən 

Dağdar – bur. yaralı 

Dam – tələ, tor 

Damad – kürəkən  

Damən – ətək 

Dar – dünya, ev 

Dari‐din – din evi 

Dari‐fəna – fani dünya, bu dünya 

Davər – münsif, hakim 

Deyr – kilsə, monastır  

Deyrani – kilsə əhli, monastırda yaşayan rahib 

Dəf` – ortadan qaldırma 




 

665 


 

Dəxil – birinə pənah aparma 

Dəhan – ağız 

Dəhbaşı – on başı 

Dəhr – dünya 

Dəğa – hiyləgər, xəbis 

Dəlir – igid, cəsarətli 

Dəliranə – qəhrəmancasına 

Dəməşq – müasir Suriyanın paytaxtı, digər adı Şamdır 

Dəmi‐peykan – bur. oxa nişan olmaq 

Dəndan – diş 

Dəni – alçaq 

Dəst – əl 

Dəstbəstə – əlləri bağlı 

Dəstgir – ələ keçmə 

Dəstəmaz – namazdan öncə yuyunma 

Dəşti‐bəla – bəla səhrası. Kərbəlayə işarədir 

Dər – qapı 

Dərban – qapıçı 

Dərgah‐dərgəh – bur. hüzur 

Dərk – yetişmək, çatmaq 

Dərya – dəniz  

Did – görüş 

Didar – görüşmək 

Didə – göz 

Didətər – gözü yaşlı 

Digərgun – halı pozğun, bərbad  

Dilara – ürəkaçan, könülaçan 

Dilavər – cəsarətli, qəhrəman 

Dilxun – ürəyi qana dönmüş 

Dilhəzin – qəlbi kədərli 

Dilparə – ürəyi parçalanmış 

Dili‐rəncur – ürəyi sınmış 

Dilşikəstə – qəlbi sınıq 

Diləfruz – bur. dərdli 

Dilfikar – ürəyi ağrıyan 

Dimağ – burun 

Dini‐mübin – aydın, aşkar din. İslam dini nəzərdə tutulur  




 

666 


 

Divanəsifət – dəli kimi 

Dövrü bər – ətraf 

Dud – tüstü 

Dun – alçaq 

Duvaq – baş örtüsü 

Duzəx – cəhənnəm 

Dübarə – təkrar 

Düxtər – qız 

Dünim – ikiyə bölünmüş 

Dünyavü mafiha – bütün dünya 

Düta – ikiqat  

 

 

Ehticac – dəlil gətirmə 



Eyd – bayram 

Eymən – qorxusuz, təhlükəsiz 

Eyni‐səadət – əsil xoşbəxtlik 

Eyş – şadlıq 

Eyvani‐təlakar – qızıl eyvan. İmam Hüseyn (ə)‐ın Kərbəladakı hərəminə 

işarədir 

 

Ə 

 

Əbbas,  Əbülfəzl  –  Həzrət  Əli  (ə)‐ın  oğlu,  Həzrət  Hüseyn  (ə)‐ın  qardaşı, 



İmam  (ə)‐ın  qoşununun  bayraqdarı.  Klassik  növhə  ədəbiyyatında  adı 

qəhrəmanlıq, dönməzlik və dözümlülük nümunəsi kimi çəkilir. “Qəməri‐

Bəni  Haşim”,  “Səqqa”,  “Ələmdar”,  “Babül‐həvaic”  və  digər  ləqəbləri 

vardır. 


Əbdi‐bipənah – köməksiz qul 

Əbəta – ey mənim atam! 

Əbri‐zülmət – qara bulud 

Əbri‐bəhar – bahar buludu 

Əbrişəm – ipək 

Əbru – qaş 

Əcr – yaxşı bir əməl qarşısında verilən mükafat 

Əda – bur. davranış, tövr  




 

667 


 

Ə`da – düşmənlər 

Ədna – çox rəzil, çox alçaq  

Ədu – düşmən  

Əfğan – fəryad, nalə 

Əflak – fələklər 

Əfrad  –  təklər,  fərdlər.  Növhənin  arasında  verilən  və  adətən  bir  neçə 

beytdən ibarət olan şeir 

Əğyar – yadlar, özgələr 

Əhli‐Beyti‐Nəbəvi – Peyğəmbərin (s) Əhli‐Beyti (ə) 

Əhli‐Beyti‐Taha – Peyğəmbərin (s) Əhli‐Beyti (ə) 

Əhli‐cəfa – Əhli‐Beytə (ə) zülm edənlər 

Əhli‐əyal – ailə, arvad‐uşaq 

Əhli‐kinə – Əhli‐Beytə (ə) qarşı kin saxlayanlar 

Əhli‐inad – bur. küfr əhli 

Əhli‐qiblə – qiblə əhli, müsəlmanlar 

Əhli‐səqər – cəhənnəm əhli  

Əhli‐şəqavət – yaramaz adamlar, quldurlar 

Əhmədi‐Muxtar – Məhəmməd Peyğəmbər (s) 

Əhmədi‐Siddiq – Məhəmməd Peyğəmbər (s) 

Əhmər – qırmızı 

Əxa, əxi – ey qardaş!   

Əxbar – xəbərlər 

Əqdəm – qabaq, öncə 

Əqvam – bur. qohum‐əqrəba 

Əl`an – indi  

Əlhəzər – saqın, uzaq olsun 

Ələf – ot, saman 

Ələm – bayraq; dərd 

Ələmdar – bayraqdar, Həzrət Abbas nəzərdə tutulur  

Əl‐ətəş – suzuluğu bildirmək, “çox susuzam” 

Əli  ibn  Əbu  Talib  (ə)  –  Məhəmməd  Peyğəmbərin  (s)  əmisi  oğlu  və 

kürəkəni, şiələrin əvvəlinci İmamıdır. 

Əli Əkbər – İmam Hüseyn (ə)‐ın böyük oğlu 

Əli Əsğər – İmam Hüseyn (ə)‐ın kiçik oğlu 

Əlqəm(ə) – Fərat çayının digər adı 

Ə`mal – əməllər 

Əməngah – xətərsiz yer 




 

668 


 

Əmirəlmö`minin – Möminlərin əmiri, Həzrət Əli (ə) nəzərdə tutulur 

Əmmə – bibi  

Əmr  ibn  Əbdüvəd  –  Xəndəq  savaşında  Həzrət  Əli  ilə  döyüşən  məşhur 

pəhləvan 

Əmri‐qəza – qəzavü qədərin əmri 

Əmud – toppuz 

Ənbiya – Peyğəmbərlər 

Əncümən – məclis, cəmiyyət 

Əndəlibi‐şeyda – dəlicəsinə vurulmuş bülbül 

Ənduhü məlal – qəm‐qüssə, kədər 

Əngüştər – üzük 

Ənqa – Qaf dağında yaşayan əfsanəvi bir quş 

Ənid – inadçı, tərs 

Ənis – yaxın adam, həmdəm 

Ənsar – köməkçi, tərəfdar, yaxın adam 

Əraq – indiki İraq 

Ərbəin – Kərbəla şəhidlərinin qırxı 

Ərəsat – qiyamətdə insanların bir yerə toplaşacağı meydan 

Ər`ər – sərv ağacı 

Ərməğan – hədiyyə 

Ərsə – meydan 

Ərşi‐bərin – çox uca göy 

Ərşi‐ə`la – çox uca göy 

Ərus – gəlin 

Ərvah – ruhlar 

Ərz – anlatma, ifadə etmə 

Ərzi‐hal – xahiş, istək; vəziyyət 

Əsas – təməl; vacib şeylər 

Əsb –  at 

Əshab – tərəfdarlar 

Əsiran – əsirlər 

Əsirnəvaz – əsirə hörmət göstərmə 

Əsləhə – silah 

Əsrari‐Həqq – Allahın sirrləri 

Əsr – əsr, zaman; günortadan sonra  

Əstəğfürullah –  Allah bağışlasın 

Əşədd – çox şiddətli 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə