Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə130/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   126   127   128   129   130   131   132   133   ...   144

 

654 


 

  Sinəzəni‐mövsümi‐ərbəin 

 

Gətdim



 hüzuruva əsir əyalun,  

Oyan, ətşan baba, səlamün əleyk. 

Gətür başın yerdən Abidi‐zarun, 

Sənə qurban, baba, səlamün əleyk. 

 

Bizə qismət olub imdi vüsalun, 



Baba, nə növ`idür bəs yaralarun? 

Yəravə göz yaşin bu bacılarun, 

Edər dərman, baba, səlamün əleyk. 

 

Təmamən itrəti‐Zəhranı gətdim, 



Əsir olan ali‐Tahanı gətdim, 

Xüsusən Zeynəbi‐nalanı gətdim, 

Şəhi‐dövran baba, səlamün əleyk. 

 

Sual etsən əgər lütf ilə halım, 



Bəli, bir barədə çoxdur məlalım, 

Bizi Şam içrə ol Yəzidi‐zalim, 

Edüb giryan, baba, səlamün əleyk. 

 

Gətirdim cümlə Əhli‐Beyti‐zarı, 



Bəqeyr əz bir Səkinə dilfikarı, 

Xərabə Şamdə qaldı məzarı, 

Olub viran, baba, səlamün əleyk. 

 

Gətirmişdün Əraqə izzət ilən, 



Əsir oldı bu çöldə möhnət ilən, 

                                                 

 Gətirdim 




 

655 


 

Xərabə Şamdə bu zillət ilən, 

Veribdür can, baba, səlamün əleyk. 

 

Bizə Şam əhli çox eylüb şəmatət, 



Səkinən can verincə çəkdi zillət, 

Məzarı üstə qalmub bir tilavət 

Edən Qur`an, baba, səlamün əleyk. 

 

Bu əhli‐Kufə zülm eylər İmamə, 



Bularun izzəti yetməz təmamə, 

Bibim Zeynəb Kərbübəladən Şamə, 

Edüb əfğan, baba, səlamün əleyk. 

 

Səni zibh eyləyəndə Şimri‐kafər, 



Bizi əsir edibdür ol bədəxtər, 

Düşən gül cismi qumlar üstə bisər, 

Qalan üryan, baba, səlamün əleyk. 

 

Həram eylüb sənə bu qövm həyatı, 



Bu qəmdə yandırublar kainatı, 

Oyan, ey zülm ilən qüslü hənutı 

Olan al qan, baba, səlamün əleyk. 

 

Oyan, bir aç bu çeşmi‐xunfəşanı, 



Dindirgilən bu zarü natəvanı, 

Cəhanda zülm əlilə xanimanı 

Olan viran, baba, səlamün əleyk. 

 

Dağılan izzəti Kərbübəladə, 



Batan al qanə dəşti‐Neynəvadə, 

Başı Şamə kimi növki‐cidadə 

Edən cövlan, baba, səlamün əleyk. 



 

656 


 

Bu qəmdə çünki Nadim oldı şeyda, 

Edər bəzmi‐əza hər vəqtə bərpa, 

Mənə səndən sora sitəmli dünya, 

Olub zindan, baba, səlamün əleyk. 

 

Ey Bəşir, gedüb əhli‐Yəsribə... 

 

Ey Bəşir, gedüb əhli‐Yəsribə, 



Söylə, bir ağır karvan gəlür. 

Abidi‐bimar, Zeynəbü Külsum, 

Cümləsi olub natəvan gəlür. 

 

Dəstüvə gətür bir qəra ələm, 



Get Mədinəyə, ey Bəşiri‐qəm, 

Əhli‐Yəsribə, söylə dəmbədəm, 

İtrəti‐Rəsul bağrıqan gəlür. 

 

İzzətim gedüb əldən hər nə var, 



Eyləyüb bizi xar ruzigar, 

Ali‐Müstəfa zarü biqərar, 

Olmuş hər biri növhəxan gəlür. 

 

Oldı çün Bəşir Yəsribə rəvan, 



Eyləyürdi bu virdi çün bəyan: 

“Qutiləl‐Hüseyn”

 Şahi‐insü can, 



Xahərani‐u bağrıqan gəlür. 

 

Çün Bəşir edüb bu sözi bəyan, 



Oldı Yəsribün əhli bağrıqan, 

Eylədi sual hər gələn cəvan, 

Əkbəri‐cəvan bəs haçan gəlür? 

                                                 

 Hüseyn (ə) qətlə yetirildi 




 

657 


 

Şəhrə çün yetən vəqtidə Bəşir, 

Cəm` olub hamı növcəvanü pir, 

Adbaad sorardıla birbəbir, 

Qasimü Əkbər bəs haçan gəlür? 

 

Söylədi, olun cümlə baxəbər, 



Əhli‐Yəsribə zarü xuncigər, 

Öldi Əbbas, Övn ilə Cə`fər, 

Gülləri solan bağiban gəlür. 

 

Kərbəladə ol ləşkəri‐ənid, 



Şahi‐Yəsribi qoydular vəhid, 

Etdilər Əli Əkbərün şəhid, 

Leyla oldı bixaniman gəlür. 

 

Əsğərün oxa etdilər nişan, 



Ağladı o vəqt Şahi‐insü can, 

Qan həna yaxub Qasimi‐cəvan, 

Madəri olub bağrıqan gəlür. 

 

Eylədi tüğyan ləşkəri‐Nəsnas, 



Qarətə gedüb xeyməvü əsas, 

Qollarun fəda eylədi Əbbas, 

Xahəri olub növhəxan gəlür. 

 

Nadim, ağla Şahi‐Mədinəyə, 



Vırdılar başın növki‐nizəyə, 

Etdilər rəvan Şamü Kufəyə, 

Qəlbimə bu qəm çox giran gəlür. 

  



 

658 


 

İzahlı lüğət 

 

Ab  –  su.  Klassik  növhə  ədəbiyyatında  Kərbəla  faciəsinin  əsas 

atributlarından biri. 

Abdar – sulu, təravətli 

Abi‐həyat – əbədi həyat suyu. Xızr (ə) peyğəmbərin tapıb içdiyi su. 

Abi‐Fərat – Fərat çayının suyu. Kərbəla faciəsi bu çayın sahillərində baş 

vermişdi. 

Abidi‐bimar  –  xəstə  Abid.  Dördüncü  İmam  Zeynəlabidinə  (ə)  işarədir. 

Kərbəla  faciəsi  baş  verən  zaman  ağır  xəstə  olduğuna  görə  qətlə 

yetirilməmiş və əsir götürülmüşdü.  

Adəm (ə) – ilk insan və ilk peyğəmbər 

Afaq –üfüqlər 

Aftab – günəş 

Ahi‐pürsuz – çox yanıqlı ah 

Ahü va – ah‐vay, şivən 

Ahu – ceyran 

Aqqi‐Şafiyi‐məhşər  –  Axirət  günü  müsəlmanlara  şəfaət  verəcək  olan 

Məhəmməd  Peyğəmbər  (s)  və  Onun  Əhli‐Beytinə  (ə)  ağ  olmaq,  onlara 

qarşı çıxmaq  

Ali‐Əba  –  Məhəmməd  Peyğəmbərin  (s)  Əhli‐Beyti  (ə)  –  Məhəmməd 

Peyğəmbər,  qızı  Fatimə  (s.ə),  kürəkəni  və  əmisi  oğlu  Əli  (ə),  nəvələri 

Həsən (ə) və Hüseyn (ə) 

Ali‐Əli – Həzrət Əlinin (ə) ailəsi, Əhli‐Beyti (ə) 

Ali‐Heydər – Həzrət Əlinin (ə) ailəsi 

Ali‐Peyğəmbər – Peyğəmbərin (s) ailəsi 

Ali‐Süfyan  –  Əbu  Süfyanın  nəsli.  Əbu  Süfyan  ibn  Hərb  Bəni  Üməyyə 

qəbiləsinin  başçısı,  İslamın  və  Peyğəmbərimizin  qatı  düşmənlərindən 

biri, Müaviyənin atası, Yəzidin babası idi. 

Ali‐Taha  –  “Taha”  Qurani‐Kərimin  20‐ci  surəsidir.  Təfsirçilərin  ümumi 

rəyincə  Məhəmməd  Peyğəmbərin  (s)  şəninə  nazil  olub.  Ali‐Taha  –  yəni 

Peyğəmbərin ailəsi 

Ali‐Türab – Türabın ailəsi. Əbu Türab torpaq atası deməkdir. Peyğəmbər 

(s) tərəfindən Həzrət Əli (ə)‐a verilən ləqəbdir.  

Ali‐Yasin  –  Yasin  Qurani‐Kərimin  36‐cı  surəsidir.  Yasin  –  ya  Seyyidəl‐

mürsəlin  (ey  peyğəmbərlərin  ağası)  deməkdir,  yəni  Həzrət  Məhəmməd 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə