Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə126/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   122   123   124   125   126   127   128   129   ...   144

 

634 


 

Əmmə, eşitmisən

 bəs meydanda bu sədanı? 



Vır, öldürün sədası doldurub Kərbəlanı, 

Bu qəm hərasə saldı mən zarü binəvanı, 

Sağdur babam, buyur, bəs bu nə əlamət, əmmə? 

 

Əmmə, məgər degil bəs şəhzadə Əkbər öldi, 



Əbbasü Qasim, Övnü Fəzl ilə Cə`fər öldi, 

Hülqi cəfa oxuna oxlandı, Əsğər öldi, 

Doymub hələ cəfadən əhli‐şərarət, əmmə. 

 

Ya Rəb, bu nə əlamət, zülmət cəhanı dutdı, 



Badi‐siyəhlər əsdi, yerlər təzəlzül etdi, 

Zülmün odı alışdı, dudı səmayə yetdi, 

Yoxsa babam içibdür cami‐şəhadət, əmmə. 

 

Əmmə, əman, xiyamə yüz qoydı əhli‐kinə, 



Söylə, nə çarə etsün bu bağrıqan Səkinə, 

Qanə batub əlimdən getdi mahi‐Mədinə, 

Qalsaydı Əkbər, ə`da tapmazdı cür`ət, əmmə. 

 

Fərmanı əhli‐kinə verdi o Şimri‐kafər, 



Yüz qoydı xeyməgahə ol ləşkəri‐sitəmkər, 

Çün xeymələr alışdı nari‐cəfayə yeksər, 

Söylərdi ol yetimə etsün himayət, əmmə. 

 

Ahutək Ali‐Taha səhralərə dağıldı, 



Bə`ziləri od aldı, narə yanub yaxıldı, 

Atlar əyağı altda bə`ziləri yıxıldı, 

Rəhm eyləməz neçün bəs əhli‐şəqavət, əmmə? 

                                                 

 Eşitmirsən 




 

635 


 

Qəlbündə et təsəvvür, nolardı hali‐Zeynəb, 

Həddən ziyadə oldı dərdü məlali‐Zeynəb, 

Gördi Səkinə söylər, ol dəm cənabi‐Zeynəb, 

Yoxsa babam ölübdür, bu nə əlamət, əmmə? 

 

Hər qədr həyatun olsa, et ahü nalə, Nadim, 



Ol haləti gətür bir məddi‐xəyalə, Nadim, 

Bu misrayə dübarə yaz et məqalə, Nadim, 

Yoxsa şəhid olubdur Şahi‐vilayət, əmmə. 

 

Nə çarə eyləsün Ali‐Peyəmbər, əmməcan 

 

Xeymələrə gəlür, əman, Şimri‐sitəmkər, əmməcan, 



Söylə, nə çarə eyləsün Ali‐Peyəmbər, əmməcan? 

 

Yoxsa kim, öldürüblər, əmmə, Şəhi‐Mədinəni? 



Qoydıla çeşmi‐əşkbar zülm ilə bu yətiməni, 

Kim alu bəs qucağına vay eləsə Səkinəni? 

Möhnətü qəm hücum edər üstümə yeksər, əmməcan. 

 

Əkbərim öldi, ağlaram çünki o məhcəmalə mən, 



Xalına həsrət olmuşam, yetmədim heç vüsalə mən, 

Gör, necə olmuşam ənis, dərdü qəmü məlalə mən, 

Həşrətək ağladar məni firqəti‐Əkbər, əmməcan. 

 

Xeyməyə, əmməcan, hanı bir də qərib babam gələ, 



Vermək üçün təsəlli bu zarü həzinü bülbülə, 

Eylədi navəkə nişan Əsğəri zalim Hərmələ, 

Bağrımı qan edüb mənim haləti‐Əsğər, əmməcan. 

 

 



 


 

636 


 

Qönçəmisal güllərim səhni‐çəməndə soldılar, 

Qövmü qəbiləmi bu gün zülm ilə əldən aldılar, 

Getdi əmüm su almağa, təşnə qolını saldılar, 

Gəlmədi xeyməyə, xəcil oldı o sərvər, əmməcan. 

 

Əmmə, məni apargilən, barı, babamı bir görüm, 



Yetdi fəraq mövsümi, bəlkə o şahü yavərüm, 

Halımı can verən zəman bəlkə babama bildürüm, 

Ey baba, nazımı çəkər, söylə, bə kimlər, əmməcan? 

 

Cari olub üzarimə möhnətü qəmdə göz yaşım, 



Ölsə babam, xərabədə, əmmə, açux qalur başım, 

Yox bu qəribdən əlavə nə müinü qardaşım, 

Əl çəkər ağlayanda kim başıma göstər, əmməcan? 

 

Rəzmdə öldürər ədu zülm ilə bir oğulsuzi, 



Xəncərün atda can verər, xeymələrə baxar gözi, 

Ölsə babam, əsir edər kin ilə əşqiya bizi, 

Kufəvü Şamı gəzdirər Şimri‐sitəmkər, əmməcan. 

 

Yoxdı mənim o taqətim əhli‐şərarə yalvarım, 



Bir güli‐nazpərvərəm, icz ilə xarə yalvarım, 

Sağ degi Əkbərim gedəm, bari, o yarə yalvarım,  

Şamdə can verər məni‐zarü mükəddər, əmməcan. 

 

Nadiməm, ağlasun gərək çeşmim əzadə hər zəman, 



Ölübdi çün bəradərim, öldi əmuyi‐mehriban, 

Kim mənə yar olar, sölə, yoxdı  babam da, əmməcan, 

Sölə, nə çarə eyləsün Ali‐Peyəmbər, əmməcan. 

 

 



 


 

637 


 

  Səbr elə, Əkbər gələcək 

 

Mənə, əmmə, deyisən, səbr elə, Əkbər gələcək, 



Ölürəm, bəs mən, haçan şibhi‐Peyəmbər gələcək? 

 

Qollarım bağlıdı, bir kimsə mənə rəhm eləməz, 



Şimr mən zarü qəribi‐vətənə rəhm eləməz, 

Rəhmi yox zərrə məni‐qəmzədəyə, rəhm eləməz, 

Bəs haçan dadimə Əbbasi‐dilavər gələcək? 

 

Ruhdən xalidi, vallahi, bu quşsuz qəfəsim, 



Öldürər qüssə məni, kimsənə yox dadrəsim, 

Səslərəm, Əkbəri‐naşad heç eşitməz bu səsim, 

Şamdə dadimə viranədə kimlər gələcək? 

 

Nə Mədinə, nə vətən, ölkə qərib, Ali‐Rəsul, 



Nə qəbilə, nə kömək, oldux hamı zarü məlul, 

Eyləməz ərzimi əlbəttə, mənim Şimr qəbul, 

Çün bilür dadimə nə yarü nə yavər gələcək. 

 

Əmməcan, rəhm elə əhvalimə, qoy başimə əl, 



Axır ərzimdi mənim, ərzimə, dur, eylə əməl, 

Qolumı, Şimrə de, açsun, məni dərk eylür əcəl, 

Can verəndə başım üstə babam Heydər gələcək. 

 

Xürdi kərpic ilə, dur, cayi‐yataq hazır elə, 



Yüzümə çəkməgə bir qarə duvaq hazır elə, 

Əmmə, dur, başımun üstündə çıraq hazır elə, 

Gözümi bağlamağa sibti‐Peyəmbər gələcək. 

 



 

638 


 

Qoymayub məndə bu zəncir görüsən

 taqətü tab, 



Ruh pərvaz eləməkligdən ötür etdi şitab, 

Söylə, ətrafıma cəm` olsun hamı Ali‐Türab, 

Did üçün bir də kəsik baş müsəxxər gələcək. 

 

Əmmə, topraqlarun üstə görüsən xar oluram, 



Qollarım bağlı, özüm Şimrə giriftar oluram, 

Doyurub canə məni, tə`neyi‐əğyar, ölürəm, 

Bilürəm dərdü qəmün üstünə qəmlər gələcək. 

 

Nadiməm, aləmi‐mə`nadə kimim vardı mənim? 



Yarü qəmxar bu dünyadə kimim vardı mənim? 

Sala bu halidə bir yadə, kimim vardı mənim? 

Qəbrdə didim üçün saqiyi‐Kövsər gələcək. 

 

Məskənim bu viranələr olub 

 

Əmmə, bəs hanı xanimanımız? 



Məskənim bu viranələr olub. 

Qalmış ac‐susuz Ali‐Bu Türab, 

Xarü dəstgir, dərbədər olub. 

 

Əkbərim neçün gəlməz, əmməcan, 



Gözlərim qalub yolda hər zəman, 

Qüssədən mənim bağrım oldı qan, 

Məskənim bu viranələr olub. 

  

Yoxdı bir nəfər halımı bilən, 



Bu xərabədə yanıma gələn, 

                                                 

 Görürsən 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə