Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə125/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   121   122   123   124   125   126   127   128   ...   144

 

629 


 

Səkinənün dilindən 

 

Ey baba, xərabə içrə mən gəlməyim fəğanə, neyləyim, 



Ağlayanda Şimri‐dun vırar çubü taziyanə, neyləyim. 

 

Tifl ikən əlimdən aldılar, ey əzizü mehriban, səni, 



Rumü Həbəş əsiritək, baba, gəzdirəllə hər zəman məni, 

Zeynəbün verər təsəlli çox arizu edəndə mən səni, 

Navəki‐bəlayə, ey baba, olmuşam nişanə, neyləyim. 

 

Cami‐möhnəti‐bəlanı nuş edüb bu canə, ağlaram, 



Var səbəb bu ahü zarimə əldə bir bəhanə, ağlaram, 

Gahi növhə eyləyüb sənə, gahi Əli cəvanə ağlaram, 

Ağlamaqdan əşki‐çeşmimi döndərüblə qanə, neyləyim. 

 

Bülbüli‐qəmim düşüb, könül, gülşəni‐çəmən sorağinə, 



Ta qoyam ləbimi Əkbərün lalətək solan dodağinə, 

Qıllam arizu qoyam yüzüm bir də Əkbərün əyağinə, 

Çün səmumi‐zülm ilə xəzan yetdi gülistanə, neyləyim. 

 

Gül cəmalını görənmərəm, olmuşam mən Əkbər həsrəti, 



Bu xərabə guşəsində ol varisi‐Peyəmbər həsrəti, 

Çox çətindi mehriban bacı olsa gər bəradər həsrəti, 

Hicr şö`ləsi salubdı od bu zəif canə, neyləyim. 

 

Şahi‐zarım rəvadı bu sübhü şam ac‐susuz qalum, 



Gah Şimrə, gah Sinanə mən, gahi saribanə yalvarum, 

Topraq üstə başaçux yatım, nə rəvadı belə xar olum, 

Mürğtək gözüm olub, baba, həsrət aşiyanə, neyləyim. 

 

 



 


 

630 


 

Bu Səkinənün qəmində mən Nadiməm, müdam ağlaram, 

Hər qədər qələm yaza müsibəti, ol qədər sinə dağlaram. 

Qəbrinə nəsib ola, verrəm guşeyi‐xərabədə səlam, 

Yoxdı istitaətim, Xuda, gəlməyim fəğanə, neyləyim. 

 

Əmmə, necə səbr edim, gəlməyim əfğanə mən 

 

Əmmə, necə səbr edim, gəlməyim əfğanə mən, 



Guşeyi‐viranədə doydum əcəb canə mən. 

 

Öldi cəvan qardaşım, adətim əfğan olub, 



Düşdi bəlayə başım, qismətim hicran olub, 

Cari edim göz yaşım, mülki‐könül qan olub, 

Göz yaşını ta gərək döndərəm ümmanə mən. 

 

Cuşə gəlüb qəmlərim, əmmeyi‐müztər, mənim, 



Çünki solub güllərim zülm ilə yeksər mənim, 

Qanə batub qardaşım şibhi‐Peyəmbər mənim, 

Ağlayub ol Əkbərə, qurram əzaxanə mən. 

 

Gül kibi rəngim solub, əmmə, mənim qüssədən, 



Adətim əfğan olub, qan tökərəm didədən, 

Qismətim hicran olub, ağlaram hər vəqtə mən, 

Tə`neyi‐əğyardən doydum əcəb canə mən. 

 

Harda qalub Əkbərim, söylə sən, ey əmməcan, 



Noldı o qəmpərvərim, söylə sən, ey əmməcan, 

Cuşə gəlüb qəmlərim çünki mən, ey əmməcan, 

Ağlaram ol Əkbəri‐ləbləri ətşanə mən. 

 

 



 


 

631 


 

Əsğərimi zülm ilə oxladılar kufəyan, 

Əkbəri‐məhpeykəri doğradı Şimrü Sinan, 

Bais odur ağlaram şur ilə, ey əmməcan, 

Saxlaram həm tə`ziyə Əsğəri‐nalanə mən. 

 

Xırda uşaxlar hamı ağlayar əllərdə cam, 



İtrəti‐ətharə su, oldı bu çöldə həram, 

Həşrə kimi ağlaram, Əsğəri‐tiflə müdam, 

Düşmişəm hicran ilə bərrü biyabanə mən. 

 

Əmmələrim cümləsi başə salublar qəra, 



Hər biri bir növ` ilə eyləyər əl`an səda, 

Bacı gərək şur ilə qardaşını ağlaya, 

Ağlaram ol Əkbəri‐Yusifi‐Kən`anə mən. 

 

Məskənimiz Şamdə, zülm ilə viran olub, 



Adətimiz sübhətək, naləvü əfğan olub, 

Təşnə babam, əmməcan, qaninə əlvan olub, 

Ağlaram ətşan ölən Sərvəri‐dövranə mən. 

 

Əmmə, yuxum gəlmiri, bais odur çün acam, 



Çün mənə şadlıq babamdan sora oldı həram, 

Gəlmir əcəl Şamdə, ömrim olaydı təmam, 

Vəqt yetibdür olam azimi‐rizvanə mən. 

 

Saxlayaram ruzü şəb Şahi‐şəhidə əza, 



Bəzmi‐əzadə müdam eylərəm ahü nəva, 

Ya Rəb, özin əfv elə Nadimi ruzi‐cəza, 

Çün səni verrəm qəsəm Şahi‐şəhidanə mən. 

 



 

632 


 

Ölürəm, əmmə, müyəssər degil Əkbər görüşi 

 

Ölürəm, əmmə, müyəssər degil Əkbər görüşi, 



Çün düşüb başimə ol şibhi‐Peyəmbər görüşi. 

 

Nə babam gəldi məni‐bikəsi yad eyləməgə, 



Soruşub halımı, bu qəlbimi şad eyləməgə, 

Bu bəladən məni‐naşadı azad eyləməgə, 

Qismət olmaz mənə ol Şafiyi‐məhşər görüşi. 

 

Deyüsən, əmmə, gedüb Əkbəri‐ətşan səfərə, 



Nə üçün gəlmədi təskin verə mən dərbədərə, 

Bax, gözümdən tökülən, əmmə, bu əşki‐bəsərə, 

Arizuvi eləyür ol məhi‐ənvər görüşi. 

 

Saldı gözdən məni göz yaşı kimin, xar elədi, 



Vəsldən üzdi əlim, həsrəti‐didar elədi, 

Yetməz heç vəslinə əl, həsrəti‐rüxsar elədi, 

Nə nəsib oldı mənə yarü nə yavər görüşi. 

 

Tökərəm göz yaşı rüxsarimə mən sübhü məsa, 



Yanmışam hicr oduna, əmmə, məni‐bəxti qəra, 

Könlüm istər eləyim Əkbərimi bir də vida, 

Qismət olmaz mənə heç bir də bəradər görüşi. 

 

Qoymayub Əkbərimün firqəti heç məndə dəvam, 



Ağlaram, şadlıq olubdur mənə aləmdə həram, 

Nə gələr yanıma Əkbər, nə əmüm, bikəs atam, 

Ya Rəb, eylə mənə qismət Şəhi‐məhşər görüşi. 

 

 



 


 

633 


 

Əfrad 

 

Əli, Əli deyübən ağlaram məni‐külbaş, 



Xərabəyə niyə bəs gəlmüsən,

 Əli, qardaş? 



 

O səndən ayrılalı adətim olub əfğan, 

Xərabələrdə qolum bağlı, zarü naləkünan. 

 

Həmişə ağlayaram mən sənə, Əli Əkbər, 



Müyəssər olmurı vəslün çü şibhi‐Peyğəmbər. 

 

Təmamiyi‐növhə 

 

Nadiməm, şamü səhər virdim olub naləvü ah, 



Ya Hüseyn, səndən əlavə mənə yox yarü pənah, 

Qeybdən eylə müyəssər mənə azuqeyi‐rah, 

Çox düşüb başıma çün zadeyi‐Heydər görüşi. 

 

Səkinənün dilindən 

 

Lərzə edərlə yerlər banuyi‐ismət, əmmə, 



Yoxsam qiyam edibdür ruzi‐qiyamət, əmmə. 

 

Gördüm bu saət, əmmə, Ali‐Peyəmbər ağlar, 



Söyləllər, “va qəriba”, nazlı hərəmlər ağlar, 

Sağdur babam, neçün bəs ətfalı yeksər ağlar, 

Küffarlər vırdılar təbli‐bəşarət, əmmə. 

 

 



 

                                                 

 Gəlmirsən 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə