Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə127/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   123   124   125   126   127   128   129   130   ...   144

 

639 


 

Ağlayan zəman gözlərim silən, 

Məskənim bu viranələr olub. 

  

Nə ənis vardur, nə həmdəmim, 



Artar hər zəman möhnətü qəmim, 

Əşki‐xun tökər çeşmi‐pürnəmim, 

Məskənim bu viranələr olub. 

  

Olmuşam əsir Şimri‐kafirə, 



Başaçux məni saldı çöllərə, 

Yoxdı rəhm edən Ali‐Heydərə, 

Məskənim bu viranələr olub. 

  

Öldi Əkbərim, dadə yox gələn, 



Bir danışdırub, halımı bilən, 

Neylim imdi mən zarü bivətən, 

Məskənim bu viranələr olub. 

  

Əfrad 

 

Əyağə durgilən, ey əmmeyi‐mələkmənzər, 



Düşübdi yadıma, əmmə, cəvan Əli Əkbər. 

 

Nə halımı soruşan var, nə rəhm edən, əmmə, 



Mənə şəmatət edər hər gəlüb gedən, əmmə. 

 

Əsirü dərbədərəm, cari eylərəm qan‐yaş, 



Hanı, hərayə gələ nə ata, əmu, qardaş. 

 

Fəraği Əkbərimün saldı min məlalə məni, 



Fələk zəmanədə həsrət edüb vüsalə məni. 


 

640 


 

Tərəhhüm et, mənə, əmmə, qəribü zar ölürəm, 

Zibəs acü susuzam, xarü şərmsar ölürəm. 

 

Təmamiyi‐növhə 

 

Mülki‐dil dönüb qanə, ağlaram, 



Gəlləm imdi əfğanə, ağlaram, 

Tə`n edəllə biganə, ağlaram, 

Məskənim bu viranələr olub. 

  

Nadimim gərək ağlasun müdam, 



Saxlasun əza hər səbahü şam, 

Əmmə, qüssədən ömr olur təmam, 

Məskənim bu viranələr olub. 

 

Səkinənün dilindən 

 

Rəhm eyləgilən xahəri‐nalanə, bəradər, 



Salma bacuvı kuhü biyabanə, bəradər. 

 

Billəm məni bu qüssə yəqin öldüri, qardaş, 



Bu Münqizi‐bidin gülimi soldurı, qardaş, 

Şəhla gözüvi xuni‐cəfa doldurı,

 qardaş, 



Razi degiləm, getmə bu meydanə, bəradər. 

 

Heç kimsə əlin qardaş əlindən üzə bilməz, 



Hicranuva, qardaş, Səkinə dözə bilməz, 

Şəhzadə bacun Kufəvü Şamı gəzə bilməz, 

Gəl, getmə dəmi‐xəncəri‐bürranə, bəradər. 

 

 



                                                 

 Öldürür-soldurur-doldurur 




 

641 


 

Bir bülbüli‐bibalü pərəm, didəsi giryan, 

Hicründə gərək daim edəm naləvü əfğan, 

İmdi ki, sənə izn verüb Şahi‐şəhidan, 

Gəl, şanə edim zülfi‐pərişanə, bəradər. 

 

Bu növ` ilə can verməgə getmə, səni Tari, 



Eşqündə gərək nalə edəm leylü nəhari, 

Gəl, şanə edim zülfi‐pərişanuva, bari, 

Çün rəsmdür zinət hamı qurbanə, bəradər. 

 

Bu çöldə səni öldürə gər ləşkəri‐kinə, 



Hicran oduna odlanı

 biçarə Səkinə, 



Səbr eyləyü

∗∗

 illərlə necə mahi‐Mədinə? 



Eşqün elər axır məni divanə, bəradər. 

 

Ə`da edələr cismüvi al qan ilə əlvan, 



Leyla eləyər sinəsini çaki‐giriban, 

Səhrayi‐biyabandə Məcnun kimi heyran, 

Nalə edər hər vəqtə zəlilanə, bəradər. 

 

Şam əhli sənün qətlüvə, qardaş, edüb iqdam, 



Qorxum budur, ey mahi‐Mədinə, gəlü əyyam, 

Bu çöldə səni öldürələr həsrətü nakam, 

Əlvan edələr laləsifət qanə, bəradər. 

 

Gülşəndə xəzan olsa əgər bir güli‐xoşbu, 



Eşqündə edər leylü nəhar bülbül qu‐qu, 

Ölsəm də ətəşdən dəxi mən istəmərəm su, 

Yandırma məni firqəti‐suzanə, bəradər. 

                                                 

 Odlanır 



∗∗

  Eyləyir 




 

642 


 

Əfrad 

 

Dəxi su istəmərəm, Əkbərim, dayan, getmə, 



Fəda ola sənə bu zarü biməkan, getmə. 

 

Susuzluğa dözərəm sən yanımda olsan gər, 



Kənarə getməgüvə olmaram riza, Əkbər. 

 

Sənə fəda mən olum, ey əzizü yari‐Hüseyn, 



Gedüb əlindən hamı yari‐cannisari‐Hüseyn. 

 

Sən də getsən, Əli, billəm ki, öldürər düşmən, 



Fəraquva necə illərlə tab edim bəs mən. 

 

Sənün fəraquva yox taqətim, Əli, qardaş, 



Gəl, olma razi tökə gözlərim yüzə qan‐yaş. 

 

Şəbihi‐Əhmədi‐Muxtar, mahi‐dünyasən, 



Sürurü taqətü arami‐qəlbi‐Leylasən.   

 

Təmamiyi‐növhə 

 

Qardaş, necə səbr eyləsün hicranuva Leyla, 



Həsrət qala ol zülfi‐pərişanuva Leyla, 

Hər vəqtə yanar firqəti‐suzanuva Leyla, 

Salma bizi hicran ilə tufanə, bəradər. 

 

Amadə olub qətlüvə bu ləşkəri‐xunxar, 



Zülm ilə səni öldürəcək ləşkəri‐küffar, 

Bu qissəni çün nəzmə çəkər Nadimi‐naçar, 

Növhə edər hər yerdə zəlilanə, bəradər. 



 

643 


 

Əl‐ətəş 

 

Qalmayub suzundan, ey əmu, taqətü təvanım, əl‐ətəş, 



Eylə bircə çarə, yanub məğzi‐üstüxanım, əl‐ətəş. 

 

Et nəzər nə növ`i, gör, əmu, parədür bu qönçə ləblərim, 



Odlanubdı nari‐möhnətə bu dili‐həzinü müztərim, 

Olma razi Şimrə yalvarım, icz ilə solubdı güllərim, 

Təşnəlik hərarəti, əmu, yandırubdı canım, əl‐ətəş. 

 

Sağ degil Əli Əkbərim mən o məhliqayə yalvarım, 



Qasim ilə Övnü Cə`fərim, hansı tacdarə yalvarım, 

Gəlmişəm dəxil mən sənə gəldim aşkara yalvarım, 

Bir əlac elə, əmandı, ey mehribanım, əl‐ətəş. 

 

Cari eyləyür üzarimə gözlərim sirişki‐qəm, əmu, 



Qalmayubdur məndə tabi‐atəş imdi sahibi‐qəm, əmu, 

Yarsən bu Əhli‐Beytə sən, ey əzizü möhtəşəm, əmu, 

Bir əlac elə, dəhənimdə yandı bu zəbanım, əl‐ətəş. 

 

Sən nə qədr sağsan, ey əmu, çəkmərəm bu Kərbəladə ah, 



Ağlayur mənim bu halimə imdi asimanü mehrü mah, 

Nə etmişəm bu qövmə, bilmirəm, yoxdı məndə zərrə 

günah, 

Aldılar əlimdən Əsğəri, Əkbəri‐cəvanım, əl‐ətəş. 



 

Bu bəla çölündə bu Şahi‐bikəsi qoyublar vəhid, 

Eyləyüblər yarü yavərin zülm ilə bu ərsədə şəhid, 

Eyləyüblər cövrü cəfa bu qəribə ləşkəri‐ənid, 

Su yanında od dutub yanar, təşnədür dəhanım, əl‐ətəş. 

 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə