Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə128/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   124   125   126   127   128   129   130   131   ...   144

 

644 


 

Cam əldə yalvarur mənə düxtəri‐şəhzadələr təmam, 

Ağlayub tökdülər göz yaşın su kimin üzarə əldə cam, 

Bizlərə məgər olub, əmu, Kərbəla çölündə su həram, 

Səndən özgəyə bu ərsədə gəlməyür gümanım, əl‐ətəş. 

 

Nadiməm, həmişə ağlaram bu tifllərün halinə, 



Qəmzədə olub zəmanədə baxmışam onun məlalinə, 

Çünki həsrət oldı Əkbərim ol Hüseyn surətü cəmalinə, 

Soldı, ölübdür təşnələb Əkbərim, cananım, əl‐ətəş. 

 

Tap mənə bir cür`ə su, yandı dilim, əl‐ətəş 

 

Susuz ətəşdən, əmu, soldı gülüm, əl‐ətəş, 



Tap mənə bir cür`ə su, yandı dilim, əl‐ətəş. 

 

Təşnəlıq aramımı, ey əmu, əldən alub, 



Xırda uşaxlar hamı xeymədə ətşan qalub, 

Gül kimi rəngim, əmu, suzi‐ətəşdən solub, 

Tap mənə bir cür`ə su, yandı dilim, əl‐ətəş. 

 

Yox bizə bir dadrəs, nalədi virdim, əmu, 



Artar ətəşdən mənim möhnətü dərdim, əmu, 

Bu ətəşə şahidimdür rüxi‐zərdim, əmu, 

Tap mənə bir cür`ə su, yandı dilim, əl‐ətəş. 

  

Qönçəsifət solmuşam, çıxmırı canım, əmu, 



Yandı ətəşdən, əlac eylə, dəhanım, əmu, 

Cismdə, vallahi, yox tabü təvanım, əmu, 

Tap mənə bir cür`ə su, yandı dilim, əl‐ətəş. 

  

 



 


 

645 


 

Olma riza əl tapa xari‐cəfa bülbülə, 

Badi‐xəzan əl tapub səhni‐çəməndə gülə, 

Gözlərimün yaşinə bax, əmucan, rəhm elə, 

Tap mənə bir cür`ə su, yandı dilim, əl‐ətəş. 

  

Halıma yox bir yanan, aləmə yavər, əmu, 



Qanə batub Əsğərim, doğranub Əkbər, əmu, 

Yandı ətəşdən hamı Ali‐Peyəmbər, əmu, 

Tap mənə bir cür`ə su, yandı dilim, əl‐ətəş. 

  

Olma riza icz edim əhli‐inadə bu gün, 



Soldı ətəşdən ləbim Kərbübəladə bu gün, 

Çün məni bir qəmküsar yox sala yadə bu gün, 

Tap mənə bir cür`ə su, yandı dilim, əl‐ətəş. 

  

Səndən əlavə dəxi yoxdı yanan halimə, 



Suzi‐ətəşdən solub, bax, əmu, rüxsarimə, 

Rəhm elə, sərdar əmu, dideyi‐xunbarimə, 

Tap mənə bir cür`ə su, yandı dilim, əl‐ətəş. 

  

Nadiməm, hər sübhü şam əldə qələm, ağlaram, 



Eylədi bu macəra qəddimi xəm, ağlaram, 

Söylədi ol binəva kani‐kərəm, ağlaram, 

Tap mənə bir cür`ə su, yandı dilim, əl‐ətəş. 

 

 



 


 

646 


 

Bəzmi‐am edüb mürəttəb Şamdə... 

 

Bəzmi‐am edüb mürəttəb Şamdə Yəzidi‐qəddar, 



Daxil oldı çün o bəzmə Zeynəlabidini‐bimar. 

 

Məscidə girüb cəlallı gördi ol Yəzidi məsrur, 



Əsr İmamını nəzərdə gördi çün həqirü məqhur, 

Xatibə xitab edübdi kibrü kinə ilə məğrur, 

Minbərə çıxub Yəzidün şə`nin eylə xəlqə izhar. 

 

Minbərə çıxub xətibi‐bihəyayi‐namüsəlman, 



Xütbəni təmam edəndən sora söylüb hərzə hədyan, 

Şad olub o macəradən hazirani‐ali‐Süfyan, 

Söylədi Yəzidə məhzun, ol mərizi‐bimədədkar. 

 

Xeyli vəqti Şimri‐kafər dəstimi edübdi bəstə, 



Gər icazə olsa hasil mən qəribü dilşikəstə, 

İzn ver Xudayə məhzun həmd edim bu minbər üstə, 

Vermədi Yəzid icazə, əhli‐məclis etdi təkrar. 

 

Vermisən



 neçün icazə, ey Yəzidi‐bimürüvvət? 

Bu qəribü bipənahə bu nə zülmü nə ədavət, 

Eylədi təmami‐hüzzar bəs ki, çox Yəzidə minnət, 

Bərqərar olubdı minbər üstə ol mərizi‐təbdar. 

 

Əvvəl ismi‐Xaliq ilə məclisi edüb müzəyyən, 



Eylədi fəsahət ilə dedi, ey mühibbi‐rövşən, 

Zahir oldı nuri‐bərhəqq xar olub təmam düşmən, 

Əmr edüb Yəzid, müəzzin elədi əzanı iqrar. 

                                                 

 Vermirsən 




 

647 


 

 

Elədi nida müəzzin, zikr olanda zikri‐təkbir, 



Söylədi İmami‐bərhəqq, bəli, birdi Həyyü Qadir, 

Zikr olan zəman Mühəmməd, oldı çün daha müəssir, 

Döndərüb yüzin Yəzidə söylədi ki, ey sitəmkar. 

 

Söylə, bu Rəsuli‐bərhəqq kimdi zikr olur mükərrər? 



Gər desən sənün babandur, etmüsən cəfa, sitəmkər, 

Gər mənim babamdı hərgah bu Şəfii‐ruzi‐məhşər, 

Bəs niyə xərabələrdə qoymusan bizi cəfakar? 

 

Kəşf olub Yəzidi‐dunun kibri oldı xəlqə zahir, 



Açdılar zəbani‐töhmət çün Yəzidə xəlqi‐hazir, 

Hansı dindədür Peyəmbər oğlınun qolunda zəncir, 

Ta ola xərabələrdə möhnətü qəmə giriftar. 

 

Çün Yəzid gördi zülmi tə`sir etdi əhli‐dinə, 



Zahir eyləyüb təəssüf, söyləyirdi Abidinə, 

Zadeyi‐Ziyadə lə`nət, elədi cəfa Hüseynə, 

Oldular bu macəradən Ali‐Müstəfa xəbərdar. 

 

Şamdə edübdi Zeynəb bir əzani çün mürəttəb, 



Dutdılar Hüseynə matəm, kəşf olubdı xəlqə mətləb, 

Tazədən batubdı yasə çünki bəxti qarə Zeynəb, 

Hər əzayi‐qəmfəzadə, Nadim, et bu şərhi izhar. 

 

 



 


 

648 


 

Sinəzəni‐ərbəin 

 

Bülbüli‐qəmkəş məqami‐vəsli‐gülzar istədi, 



Seyr üçün bir səhni‐gülzarü çəmənzar istədi. 

 

Zeynəbi‐biçarənün həddən ötüb möhnətləri, 



Aləmi‐rö`yadə gördi Padşahi‐məhşəri, 

Qeyz ilə məcbur edüb hökmən Yəzidi‐kafəri, 

Talibani‐vəsli‐yarə könli dildar istədi. 

 

Yatmayub ol şəb Yəzidi‐bihəya etdi səbah, 



Bəzminə hazır edüb Ali‐Əbanı, ah, ah, 

Abidi‐bimarə söylüb istədi əfvi‐günah, 

Tərk edüb cövrü cəfanı üzr o biar istədi. 

 

Zeynəbə yüz dutdı ərz etdi, əya binti‐İmam, 



Zülm Əli övladına etməkligi etdim həram, 

Lə`nəti‐aləm ola ibni‐Ziyadə bit‐təmam, 

İtrəti‐Peyğəmbəri o bihəya xar istədi. 

 

Hər nə xahiş eyləsəz, qıldım rəva, eylün əyan, 



Yəsribə getməkligə olsaz riza, qıldım rəvan, 

Zeynəbi‐biçarə çeşmi əşkbar qıldı bəyan, 

Qarəti‐Kərbübəlanı eyləyüb izhar, istədi. 

 

Fikr edüb ol bihəya, baxdı əsiranə tərəf, 



Qarəti‐Kərbübəla söylüb olub yeksər tələf, 

Etdilər şivən təmamən itrəti‐Şahi‐Nəcəf, 

Cümlə qarətgərləri çün qaldı naçar, istədi. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə