Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə131/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   127   128   129   130   131   132   133   134   ...   144

 

659 


 

(s).  Ali‐Yasin  dedikdə,  Peyğəmbərimizin  (s)  Əhli‐Beyti  (ə)  nəzərdə 

tutulur.  

Alullah – Allahın ailəsi. Məhəmməd Peyğəmbərin (s) ailəsi, Əhli‐Beyti (ə) 

nəzərdə tutulur. 

Amac – hədəf 

Amadə – hazır 

Amil – bur. əməl edən 

Aram – sakit 

Arif – bilən, tanıyan 

Asi – düşmən 

Asib – zərər, ziyan 

Asitan – eşik, qapının ağzı 

Aşiyan –  yuva  

Aşura  –  məhərrəm  ayının  onuncu  günü  Kərbəlada  İmam  Hüseyn  (ə)‐ın 

öz yaxınları ilə şəhadətə yetişdiyi gün. 

Aşüftəhal –  halı pozğun, bikef 

Avarəvətən – vətəndən ayrı düşən 

Aya – sual ədatı (mı, mi, mu, mü) 

Ayinə – ayna, güzgü 

Azar – dərd, azar, əziyyət 

Azimi‐meydan – meydana yola düşmə 

Azimi‐üqba – vəfat etmə, əbədi dünyaya yola düşmə 

 

 

Baba – ata; baba  



Babi‐nicatü  rəhmət  –  mərhəmət  və  qurtuluş  qapısı.  Peyğəmbər  (s)  və 

Əhli‐Beyti (ə) nəzərdə tutulur. Burada sonuncu İmam Mehdi (ə.f)‐ə işarə 

olunur 

Babi‐rəhmət – rəhmət qapısı 



Babi‐rəvaq – qübbə, tağ, bur. ziyarətgah 

Babi‐risalət – Peyğəmbərin (s) qapısı 

Babullah – Allahın qapısı 

Babül‐həvayic – ehtiyacların qapısı. Həzrət Abbasın ləqəblərindən biri 

Bad – külək, yel  

Bak – qorxu 

Baqi – qalan, daimi, qalıq 



 

660 


 

Baqiyi‐növhə – növhənin ardı 

Balü pər – qanad 

Baran – yağış 

Bargah – hüzur 

Barilahi – Allah‐təalaya müraciət 

Bari‐qəm – qəm yükü  

Barişi‐qəm – qəm yağışı 

Bavər – inanmaq, inam 

Beydəq – bayraq 

Bəççeyi‐şir – şir balası 

Bəçeşm – gözüm üstə 

Bədbünyad – əsli‐kökü olmayan, nanəcib 

Bədəxtər – bədbəxt 

Bədxab – yuxusu pozulmuş  

Bədhəva – havası pis 

Bədru – pis sifətli 

Bəhəmdüllah – Allaha həmd olsun 

Bəhr – dəniz 

Bəqa – əbədiyyət, daim var olmaq 

Bəlakeş – bəla çəkən 

Bənd –  oynaq, bənd 

Bəradər – qardaş 

Bərhəm – dağınıq, pozğun 

Bərg – yarpaq 

Bərq – ildırım, şimşək 

Bərqasa – ildırım kimi, sürətli  

Bərqərar – yerləşmək, qərar tutmaq 

Bərməla – aşkar, aydın 

Bərrü biyaban – çöl, səhra 

Bəsan – sanki 

Bəsirət – gözüaçıqlıq 

Bəsrə – İraqda şəhər 

Bəstə – bağlı 

Bəstər – yataq 

Bəşir – xəbər gətirən 

Bəşiri‐Həzləm  –  Bəşir  ibn  Həzləm.  İmam  Zeynəlabidin  (ə)‐in 

dostlarından  idi.  Əhli‐Beytin  Mədinəyə  dönüşündə  İmam  (ə)  tərəfindən 




 

661 


 

Mədinəyə  göndərilir  ki,  İmam  Hüseyn  (ə)‐ın  şəhadətə  yetməyini  şəhər 

əhlinə xəbər versin.  

Bətha – Mədinə şəhərinin qədim adı 

Bətul – pak, müqəddəs. Həzrət Fatimə (s.ə)‐nın ləqəbi 

Bəzl – əsirgəmədən vermək 

Bəzm – məclis 

Bəzmi‐am – ümumi ziyafət 

Bəzmi‐əza – matəm məclisi 

Bəzmi‐ziyafət – ziyafət məclisi 

Bibal – qanadsız 

Bidad – ədalətsiz  

Bidadxah – köməksiz 

Bidar – oyaq 

Bid`ət – dinə dəyişiklik gətirmək 

Bixar – tikansız 

Bihiss – hissiz 

Biqərinə – yoldaşsız, dostsuz; tayı‐bərabəri olmayan 

Bikəs – kimsəsiz 

Bimar – xəstə 

Binəva – yazıq, köməksiz 

Binitq – dinməz, susmuş halda 

Bint – qız 

Binti‐İmam – İmamın qızı. Bur. Həzrət Zeynəb nəzərdə tutulur 

Bipayan – sonsuz 

Bipədər – atasız 

Bipər – qanadsız 

Bipərva – qorxusuz 

Bisər – başsız 

Bismillah – Allahın adı ilə 

Bişərm – utanmaz 

Bişümar – saysız‐hesabsız 

Bittəmam – təmamilə, bütünlüklə 

Biyar – dostsuz, köməksiz,  

Biyavər – köməksiz 

Bizar – təngə gəlmək 

Biz`eyi‐Peyəmbər – Peyğəmbərin (s) bir parçası 

Busə – öpüş 




 

662 


 

Busəgahi‐Əhmədi‐Siddiq  –  Məhəmməd  Peyğəmbərin  (s)  öpdüyü  yer. 

Məşhur  rəvayətə  görə  Peyğəmbərimiz  (s)  sevimli  nəvəsi  İmam  Hüseyn 

(ə)‐ın boynundan və boğazından öpərmiş və ağlayarmış. 

Butə – bur. kol 

Büğz – kin‐küdurət 

Büka – ağlamaq 

Bülbüli‐şeyda – dəlicəsinə vurulmuş bülbül 

Bülənd – hündür, uca 

Büləndəsas – yüksək məqam sahibi 

Bürhan – dəlil, sübut  

Bürran – kəsən, kəsici 

Büruz – meydana çıxma, zühur etmə 

Büt – büt, gözəl 

Bütxanə – bütlərin saxlandığı yer 

 

 

Cabəca – yerbəyer, yerli‐yerində 



Cabiri‐Ənsar  –  Cabir  ibn  Abdullah  əl‐Ənsari.  Məhəmməd  Peyğəmbərin 

(s) səhabələrindən olmuşdur. 

Camə – paltar  

Cami‐bülur – büllur qədəh 

Canfəşan – canını əsirgəməyən, canını fəda edən 

Cannisar – canını qurban edən 

Car, cari – axar, rəvan 

Cayi‐xəlvət – xəlvət yer 

Cayi‐ibadət – ibadət yeri 

Cayiz – icazə verilmiş 

Cayizə – mükafat 

Ceyhun – Orta Asiyada çay  

Ceyşi‐üdvan – düşmən qoşunu 

Cəbbar – qüvvət, qüdrət, əzəmət sahibi olan Allah‐təala 

Cəbərut – əzəmət, cəlal  

Cəbrail, Cibril – Allah‐təalanın dərgahına yaxın olan dörd mələkdən biri, 

Allah‐təala ilə Peyğəmbərlər arasında elçi 

Cəbrən – məcburi 

Cədd – baba 



 

663 


 

Cəddə – nənə 

Cəfa – əziyyət, zülm 

Cəfacu – zülmə düçar olan 

Cəfagüstər – əzab verən, incidən 

Cəfakar – zülm edən, incidən 

Cə`fər – Cəfər bin Əqil bin Əbu Talib. İmam Hüseyn (ə)‐ın əmisi Əqilin 

oğlu. Aşura günü Kərbəlada şəhid olmuşdu. 

Cə`fər  –  Cəfər  bin  Əli  bin  Əbu  Talib.  Həzrət  Əli  (ə)‐ın  oğlu,  Həzrət 

Əbbasın qardaşı.  

Cə`fəriməzhəb  –  altıncı  İmam  Cəfər  Sadiq  (ə)‐ın  qurduğu  məzhəbin 

davamçısı. 

Cə`fəri‐Təyyar  –  uçan  Cəfər.  Cəfər  ibn  Əbu  Talib.  Həzrət  Əli  (ə)‐ın 

qardaşı. Mutə savaşında müsəlmanların bayraqdarı olmuş və iki qolunu 

itirməsinə baxmayaraq, bayrağı yerə salmamış, sona qədər döyüşmüşdü. 

Buna  görə  Peyğəmbərimiz  buyurub:  “Allah‐təala  ona  iki  qolunun 

əvəzində iki qanad verəcək və o, bu qanadlarla behiştdə istədiyi yerə uça 

biləcək”. 

Cəhan – dünya  

Cəhaz – cehiz 

Cəhət – bur. səbəb 

Cəhim – cəhənnəm 

Cəlayi‐vətən – vətəndən uzaq düşmə 

Cəng – müharibə, dava 

Cərahət – yara  

Cərcis – qəbri Beyləqanda olan Peyğəmbər 

Cəzbeyi‐eşqi‐İlahi – İlahi eşqin cazibəsi 

Cida – nizə 

Cidal – döyüş 

Cihad – Allah yolunda savaş 

Cilveyi‐eşq – eşqin cilvəsi 

Cinan – cənnətlər 

Cövr – əziyyət 

Cuya – axtarmaq 

Cüda – ayrı, uzaq 

Cüft – cüt 

Cühəla – cahillər, nadanlar  

Cünun – dəli 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə