Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə129/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   125   126   127   128   129   130   131   132   ...   144

 

649 


 

Hökm edüb gətdi hamı Kərbübəla qarətlərin, 

Verdilər Leylayə qəlxanun Əliyyü Əkbərin, 

Gördi bir cüft çəkmə əldə bir ləini‐kəmtərin, 

Vay, oğul, sölüb onı Leylayi‐biyar istədi. 

 

Əhli‐məclis gördi gəldi bir ləini‐bihəya, 



Var əlində bircə boxca, açmağa eylər həya, 

Sölədi Əsğər anası rəxtüvə qurban, bala, 

Hansı zülm qundağın qan ilə gülnar istədi? 

 

Daxil oldı bəzmə bir şumi‐ləini‐kəmtərin, 



Qasimün qanə bələşmiş açdı toy xəl`ətlərin, 

Çün Səriyyə natəvan sölüb, kəsilsün əllərin, 

Qasimün rəxtün ərusi‐zarü biyar istədi. 

 

Yandı qəlbim gözlərim ağlar bu yerdə dəmbədəm, 



Bu sözi yazmaqlığa ağlar, həya eylər qələm, 

Daxil oldı bir nəfər çignində bir qanlı ələm, 

Gördi qanlı beydəği Külsum naçar istədi. 

 

Əfrad 

 

Yəzid bəzminə daxil olanda Ali‐Əba, 



Neçün tökülmədi göglər o dəmdə, vaveyla. 

 

Cəfanı tərk eləyüb zahirən o bədbünyad, 



Bu fikrə düşdi edə Ali‐Heydəri azad. 

 

Yəzid doymamuş idi əgər cəfasından, 



Gətirdi üzri‐günah səltənət hərasından. 

 



 

650 


 

 Baqiyi‐növhə 

 

Bircə boğça gətdi dəstində o dəm Şimri‐dəğa, 



Boğçanı kimsə ki, gördi eləyüb ahü nəva, 

Gördilər bir pirəhən min doqquz yüz əlli yəra, 

Köynəgi ol Zeynəbi‐zarü dilfikar istədi. 

 

Əfrad 

 

Girəndə Şimri‐ləin bəzmə pirəhən əldə, 



Əyağə durdı xanım Zeynəb ahü va dildə. 

 

Dedi, mənə gətirün qardaşım nişanəsini, 



Binayi‐naləvü əfğanımın bəhanəsini. 

 

Alub o pirəhəni dəstə, söylədi: hüzzar, 



Baxun bu köynəgə, bircə deyün müsəlmanlar. 

 

Bu qəd



 yarə vıralla məgər qərib ölənə? 

Vətəndən ayrı düşən zarü binəsib ölənə. 

 

Vırubla yarə o qədr bircə sağ yeri yoxdur, 



Təmam nizə yeri tirü xəncərü oxdur. 

 

Baxun bu halə düşə bir kəsün ki, pirəhəni, 



Görün nə halə düşər zəxm alandə bəs bədəni. 

 

Belə yaralıya mən növhə etməyim, neylüm, 



Ver Hüseyn başını, ağlayum, öpüm, iylüm. 

                                                 

 Qədər 



 

651 


 

Bu sözdə Abidi‐bimar Yəzidə etdi xitab, 

Babam başun mənə ver, qəlb qəmdən oldı kəbab. 

 

Yəzid söylədi, bu iş məhaldur, heyhat, 



Hüseyn başun görsən

 bir də yövm ta ərəsat. 



 

Bu söz nə sözdi deyürsən, Yəzidi‐bədəxtər, 

Babam başınımi görmək mənə çətindi məgər. 

 

Yüzini dutdı məqami‐səri‐Hüseynə tərəf, 



Gözindən əşk töküb yadigari‐Şahi‐Nəcəf. 

 

Edübdi boynunı kəc, çəkdi suz ilə bir ah, 



Dedi, səlamün əleyk, ya zəbihi‐rahi‐Əllah. 

 

O vəqtə gördilə lərzə edüb dərü divar, 



Durub həvadə səri‐paki‐Şahi‐din xunbar. 

 

Dedi, əleykə səlam, yarü qəmküsarım, oğul, 



Qalan müsibəti‐qəm içrə yadigarım, oğul. 

 

Gətür əyalımi ol səmti‐Kərbəlayə rəvan, 



Məzarım üstə gedüb et tilavət Qur`an. 

 

Təmamiyi‐növhə 

 

Aldılar Ali‐Peyəmbər cümleyi‐qarətləri, 



Tazədən gəldi büruzə birbəbir möhnətləri, 

Saldı hər bülbül xəyalə bir güli‐xunpərvəri, 

Ol şəqidən bir əza bəzmi o bimar istədi. 

                                                 

 Görərsən 




 

652 


 

Qurdılar bəzmi‐əza Şam içrə övladi‐Hüseyn, 

Ol müsibətdən təmam ağlar cinanda hurül‐eyn, 

 

Çünki üç gün qaldı xak üstə kəfənsiz Şahi‐din, 



Zeynəbü Külsum Şam içrə əzadar istədi. 

 

Çün susuz ölməkligi Mövlam özi eylüb qəbul, 



Təşnə zibh etdi səri‐Mövlanı ol ceyşi‐zəlul, 

Nadimi‐biçarəni naləkünan, qəlbi məlul, 

Min üç yüz igirmüçümci

 ildə zəvvar istədi. 



 

Dübarə Kərbəlayə varid olma

∗∗

 

 

Şamdən oldı xilas Ali‐Əba giryan gəlür, 



Kərbəla səhrasinə banaləvü əfğan gəlür. 

 

Yetdilər təlli‐səlamə Əhli‐Beyti‐binəva, 



Əl verüb riqqət, təmami‐qəhrlə eylüb səda, 

Söylədi Zeynəb, Hüseyncan, ətrüvə ruhim fəda, 

Gördi badi‐sübh əsir, ətri‐şəhi‐ətşan gəlür. 

 

Söylədi Külsumi‐məhzun, bacı, Zeynəb, əl‐əman, 



Kərbəla səhrasinə yetmək mənə oldı əyan, 

Həzrəti‐Əbbas guya gözləri məmlüvvi‐qan, 

Pişvazə peykəri‐xunbari‐ləbətşan gəlür. 

 

Tökdi Leyla göz yaşın rüxsarinə başurü şin, 



Naləsi peyda olub, va Əkbəra, sölüb həzin, 

Bundan əqdəm kaş öleydi, ey oğul, bu madərin, 

Qəbrüvün müştağı olmuş madəri‐nalan gəlür. 

                                                 

 Hicri 1323 –  miladi 1905-ci il 



«Dübarə vürud bə Kərbəla» 


 

653 


 

Madəri‐Qasim töküb göz yaşını əfsürdəhal, 

Kərbəlayi‐pürbəladur, qəlbim oldı pürməlal, 

Naz ilə topraqdə yatma, Qasimi‐şirinməqal, 

Ey oğul, didaruva həsrət qalan canan gəlür. 

 

Sölədi Əsğər anası, rə`şə düşdi canimə, 



Bais oldı tazədən bu naləvü əfğanimə, 

Ey Əli Əsğər, oğul, dur, süd gəlüb püstanimə, 

Şamdən oldı xilas, dur, madəri‐giryan gəlür. 

 

Növərus sölüb, əmoğlı, ey şəhidi‐tiri‐tiz, 



Dəstgir oldux əsiri‐Rumtək ə`dayə biz, 

İstədi tazə ərusi Şamdən şahi‐kəniz, 

Növərusi‐natəvanun, dur, sənə mehman gəlür. 

 

Kərbəla səhrasinə bimar o dəm etdi nəzər, 



Qəbrlər üstündə gördi zahir olmuş nalələr, 

Söylədi, get, ey Bəşir, gör kimdi bu zəvvarlər, 

Hər kim olsa, söylə, ətfali‐Şəhi‐mərdan gəlür. 

 

Cabiri‐Ənsardür gördi Bəşiri‐biqərar, 



Gəldilər Ali‐Əba ilə dedi, Bimari‐zar, 

Qəbrlərdən, xahiş eyləllə, olun bir az kənar, 

Ali‐Taha eyləsünlər naləvü əfğan, gəlür. 

 

Abidi‐bimar Hüseynə verdi əvvəl bir səlam, 



Naqələr üstən töküldi Ali‐Peyğəmbər təmam, 

Hər əsir bir qəbri guya qəsd edüb etdi qiyam, 

Qəbrüvə olsun fəda bu Nadimi‐nalan gəlür. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə