Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə123/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   119   120   121   122   123   124   125   126   ...   144

 

619 


 

Gecə‐gündüz odlanub ağlaram 

 

Nedim, əmməcan, məni‐xuncigər gecə‐gündüz odlanub 



ağlaram, 

Bu şərareyi‐qəmə Şamdə məni‐dərbədər baxub ağlaram. 

 

Mənə bəs degil, buyur, əmməcan, məgər Əkbərün qəmi‐



firqəti, 

Gərəkdür düşüm fəraq oduna dübarə çəkim bu müsibəti, 

Həmi Şimri‐dunun əziyyəti, həmi əhli‐Şamun şəmatəti, 

Məni‐dərbədər, məni‐xuncigər gecə‐gündüz odlanub 

ağlaram. 

 

Məni‐bikəsün olub adəti gecə‐gündüz ağlamaq, əmməcan, 



Həm üzarə dideyi‐tər töküb, həm sinə dağlamaq, əmməcan, 

Bu səğirə sinndə qismətim başə qarə bağlamaq, əmməcan, 

Məni‐dərbədər, məni‐xuncigər gecə‐gündüz odlanub 

ağlaram. 

 

Necə nalə etməyim, əmməcan ki, ənisim oldı gözüm yaşı, 



Necə ağlamaz birisi onun ölə zülm ilə neçə qardaşı? 

Necə şad olar o əzizə qız, yad əldə qalubdur açux başı, 

Məni‐dərbədər, məni‐xuncigər gecə‐gündüz odlanub 

ağlaram. 

  

Hanı bir nəfər ki, mən ağlayanda verəydi, barı, səsimə səs, 



Gecə‐gündüz ağlaram, əmməcan, dəgi

 növhə eyləməgim 



əbəs, 

 

 



                                                 

 Deyil 




 

620 


 

Bu xərabə künc bülbüli‐qəmə oldı möhnət ilə əcəb qəfəs, 

Məni‐dərbədər, məni‐xuncigər gecə‐gündüz odlanub 

ağlaram. 

  

Gecə‐gündüz ağlaram, halımı niyə bilmiri Əli qardaşım? 



Deyüsən ki, sağdı bəradərün, niyə bəs qalubdur açux başım? 

Bu xərabə içrə, ey əmməcan, çün ənisim olubdur göz yaşım, 

Məni‐dərbədər, məni‐xuncigər gecə‐gündüz odlanub 

ağlaram. 

  

Görürəm bu Şam uşaxları ki, görür həqarətlən məni, 



Kimisi gülür, kimi dindirür bilürəm şəmatətlən məni, 

Degilən o Şimrə ki, vırmasun dəxi çox ədavətlən məni, 

Məni‐dərbədər, məni‐xuncigər gecə‐gündüz odlanub 

ağlaram. 

  

Ölürəm mən imdi, ey əmməcan, babamun vüsalına 



yetmədim, 

Əli Əkbərün gözi həsrət öldi, o gül cəmalinə yetmədim, 

Yazun, əmmə, daşinə qəbrimün, ölürəm vüsalinə yetmədim, 

Məni‐dərbədər, məni‐xuncigər gecə‐gündüz odlanub 

ağlaram. 

  

Məni Əkbərün qəmi‐firqəti eyləyür kəbab, sızıldaram, əman, 



Qolumı kəsübdi, çox incidür məni bu tənab, sızıldaram, 

əman, 


Tökərəm üzarimə, Nadiməm, bu sirişki‐əbr, sızldaram, 

əman, 


Məni‐dərbədər, məni‐xuncigər gecə‐gündüz odlanub 

ağlaram. 

  



 

621 


 

Getdi, əmməcan, gəlmədi 

 

Getdi, əmməcan, su ala babam mən qəribü ətşanə, gəlmədi, 



Qorxuram, sala cismini ədu parə‐parə meydanə, gəlmədi. 

 

Ruhim, əmməcan, olubdı qəra, gəlmədi babam rəzmgahdən, 



Qüssədən könül tarümardür, intizarəm ol padşahdən, 

Ya salubdılar qövmi‐bihəya Şahi‐bikəsi Zülcənahdən, 

Su gətürməsün, yansa ləblərim razıyam bu suzanə, gəlmədi. 

 

Vırdı bu fələk ayrılux daşun,  



Gözlərim tökər şur göz yaşun, 

Qorxuram kəsə əhli‐kin başun, 

Döndi göz yaşım qanə, gəlmədi. 

 

Açdı, əmməcan, canəmazını, 



Gəlmədi qılaydı nəmazını, 

Düxtəri‐əzizi‐Hicazını, 

Saldı nari‐hicranə, gəlmədi. 

 

Əhli‐kin vırar təbli‐şadman, 



Tirə tar olur ruyi‐asiman, 

Xaki‐Kərbəla rəngi oldı qan, 

Noldı Şahi‐dövranə, gəlmədi. 

 

Cari eylərəm əşki‐xuni‐bəsər, 



Başimə mənim, gör, gəlür nələr, 

Bəs babam əcəl şərbətin məgər 

Nuş qıldı məstanə, gəlmədi? 

 

 



 


 

622 


 

Yoxsa, əmməcan, yıxdılar evim ləşkəri‐ədu cövri‐kindən, 

Kərbəla çöli lərzə eyləyür xövfdən əman, titrəyür bədən, 

İxtiyarsız gül üzarimə göz yaşım olu cari didədən, 

Verməgə təsəlli qərib atam bir də bu yetimanə, gəlmədi. 

 

Sübhü şam edərdim həmişə mən vəsli‐Əkbəri‐gülcəmal ilən, 



Əmmə, mən necə rahət əgləşim, etməyim fəğan ahü zar ilən? 

İztirab edər qəlbim hər zəman, əmmə, bu dili‐biqərar ilən, 

Eylərəm xəyal rəzmgahdə batubdı deyən qanə, gəlmədi. 

 

Ey olan Şəhənşahi‐insü can, Nadimün olub qüssədən kəbab, 



Çeşmimə olub tar bu cəhan, möhnətü qəmim olub bihesab, 

Damənindən əl üzmərəm, əman, əmmə, üzmə məni, vergilən 

cəvab, 

Getdi, əmməcan, su ala babam mən qəribü ətşanə, gəlmədi. 



 

Sinəzəni‐Səkinə 

 

Şimri‐bihəyadən, ey baba, vardı çox şikayətim mənim, 



Cövri‐əşqiyadən, ey baba, qalmayubdı taqətim mənim. 

 

Çün o vəqtdən səni şəhid eyləyüb bu qövmi‐kufəyan, 



Dəstgir edüb Səkinəni zülm ilə bu ceyşi‐bədnihan, 

Yoxdı taqətim fəraqüvə, ta ölüncə eylərəm fəğan, 

Ağlamaq olubdur, ey baba, leylü ruz adətim mənim. 

 

Kərbəladən Şamə, ey baba, çox yolı piyadə gəlmişəm, 



Naqə üstə adətim mənim olmuş ahü nalə, gəlmişəm, 

Vay, Əli, deyüb səbahü şam ağlayub məlalə gəlmişəm, 

Yoxdı qəmküsarım, ağlamaq çün olubdur adətim mənim. 

 



 

623 


 

Eylərəm həmişə nalə mən, bu fəğanə ümdə var səbəb, 

Təxtinün üstə bərqərar olub, hökm edər bizə biədəb, 

Eyləyər xərabələrdə məskən əyali‐Şahi‐təşnələb, 

Bu xərabə içrə ruzü şəb ağlamaqdı qismətim mənim. 

 

Doğradı bu qövmi‐bihəya təşnələb Əliyyü Əkbəri, 



Oxladı sitəmlə Hərmələ tifli‐şirəxarə Əsğəri, 

Zülm ilə şəhid edüb səni firqeyi‐zəlul ləşkəri, 

Çün gedüb əlimdən, ey baba, Kərbəladə izzətim mənim. 

 

Kərbəladə Şimri‐bihəya soldurubdı gül üzarımı, 



Eyləyüb əsiri‐ruzigar, artırub qəmü məlalımı, 

Kufəyan şəhid edibdülə Əkbəri‐məhcəmalımı, 

Neyləyim əlimdən, ey baba, getdi şə`nü şövkətim mənim. 

 

Əfrad 

 

O gündən, ey baba, səndən məni edüblə cüda, 



Başıma qəmçi vırar kin ilə o Şimri‐dəğa. 

 

Fəraqı Əkbərimün eyləyüb məni dilgir, 



Əyaqlarımı kəsüb kündə, boynumi zəncir. 

 

Həvayi‐vəsllə çox ağlaram, baba, hər ruz, 



Mənim kimi görəsən var qalan bir ac‐susuz? 

 

Bu ağlamaqlığıma firqətün olubdı səbəb, 



Hər ağladıqca, təsəlli verər bibim Zeynəb. 

 

Baba, qutar məni bu tə`nəvü şəmatətdən, 



Dua elə ki, ölüm, qurtarım əsarətdən. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə