Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə120/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   116   117   118   119   120   121   122   123   ...   144

 

604 


 

Əsğərün baxdı Hüseyn laleyi‐həmra yüzinə 

 

Əsğərün baxdı Hüseyn laleyi‐həmra yüzinə, 



Əgləşüb gərdi‐əcəl gördi o ziba yüzinə. 

 

Gördi ol tiflün ətəş cismdən aramın alub, 



Gülə bənzər dodağı qönçəsifət xəndan olub, 

Kəhrəbatək ətəşindən saralub rəngi solub, 

Baxdı ağlar göz ilə Sərvəri‐Taha yüzinə. 

 

Ruhi təndən südəmər dilsiz uşağ zəhrü alu, 



Şahi‐din gördi ətəşdən saralub qönçə güli, 

İstər əhvalını izhar eləsün, yoxdı dili, 

Baxır həsrətlə susuz ol Şəhi‐Bətha yüzinə. 

 

Zeynəbə Şahi‐şəhidan dedi, avarə bacı, 



Ver mənə Əsğərimi bikəsü biçarə bacı, 

Eyləyüb suzi‐hərarət ləbini parə, bacı, 

Saldı bu halı bütün vəlvələ dünya yüzinə. 

 

Aparım bəlkə görüm rəhm eləyə ləşkəri‐kin, 



Əlinün üstə alub Əsğəri ləbtəşnə Hüseyn, 

Ağladı lövhü qələm, lərzə edüb Ərşi‐bərin, 

Tökdi göz yaşı o dəm həzrəti‐Zəhra yüzinə. 

 

Tökdi göz yaşını Zəhra dedi, ətşan bala vay, 



Sən de ki, va vələda, mən də deyim, can bala vay, 

Bu anan Əsğəri‐ətşanuva qurban, bala vay, 

Baxdı ağlar gözinən Məryəmü Sara yüzinə. 

 

 



 


 

605 


 

Rəzmgahə gətirüb Əsğəri biçarə Hüseyn, 

Yüz dutub söylədi ol ləşkəri‐xunxarə Hüseyn, 

Utanun Taridən, insaf edün, ey qövmi‐ləin, 

Baxacaqsuz necə bəs məhşəri‐rizvan yüzinə? 

 

Susuz öldürmüsüz Əbbasü Əli Əkbərimi, 



Yarü ənsarım ilən Qasimi‐məhpeykərimi, 

Bari, sirab eləyün siz bu Əli Əsğərimi, 

Tökməyün, bari, bunun qanını dünya yüzinə. 

 

Görüm, ey kaş, döneydün səni al qanə, Fərat, 



Vermədün su bir içim Əsğəri‐ətşanə, Fərat, 

Nə rəvadur axa səhravü biyabanə, Fərat, 

Verməyüb su baxasuz, Seyyidi‐Bətha yüzinə. 

 

İbn Sə`d etdi o halətdə əyan kin səsini, 



Söylədi Hərmələyə, kəs bu Hüseynün səsini, 

Əlinün üstə susuz oxladı gül dəstəsini, 

Hərmələ qoydı yüzün ərseyi‐Mina yüzinə. 

 

Ah o vəqtdən ki, Hüseyn səmtinə rədd oldı kəman, 



Əsğərün hülqi olub navəkü peykanə nişan, 

Xırda qundağını əlvan elədi qırmızı qan, 

Hülqinün qanı axub lö`löyi‐həmra yüzinə. 

 

Əfrad 

 

Dedi, oğul, cigərim yandı dərdü möhnətdən, 



Fələk ölüncə qurtarmaz məni xəcalətdən. 

 

 



 


 

606 


 

Dəgəndə ox sənə bitabü taqət oldum mən, 

Anan Rübab yanında xəcalət oldum mən. 

 

Gözüm yaşinə, Əli, rəhm elə, səni Tari, 



Bu qan dolan gözüvi bir də açgilən, bari. 

 

Təmamiyi‐növhə 

 

Ya Hüseyn, var sənün ismündə yəqin abi‐həyat, 



Cəm`i‐ənsar sənə canı verüb tapdı nicat, 

Qurtarar narın əzabindən özin vəqti‐məmat, 

Lütf ilən baxsan əgər Nadimi‐şeyda yüzinə. 

 

Xanım Şəhrəbanu dilindən  



Əli Əsğərə təskinlik 

  

Mən olum fədası bu ləblərün, 



Balam, ağlama, oğul, ağlama. 

Dolub əşki‐xun ilə gözlərün, 

Balam, ağlama, oğul, ağlama. 

 

Dolub əşk ilən bu qəra gözün, 



Bələşübdi qanına əl‐yüzün, 

Ola kaş dilün, deyəsən sözün, 

Balam, ağlama, oğul, ağlama. 

  

Bu müsibətə eylüm fəğan, 



Ləbüvi xizab eyləyübdi qan, 

Necə səbr edə bu qəmə anan? 

Balam, ağlama, oğul, ağlama. 

 



 

607 


 

Gələ gər atan, edərəm xitab, 

Balamı ətəş eyləyüb kəbab, 

Sənə ta gedüb gətürəllə ab, 

Balam, ağlama, oğul, ağlama. 

  

Ürəgimdə qaldı, oğul, dağun, 



Bələşübdi qan ilə qundağun, 

Sinəmi edüb yara dırnağun, 

Balam, ağlama, oğul, ağlama. 

  

Yetişübdi türfə gülə xəzan, 



Eyləyübdi bülbüli bağrıqan, 

Bu Fərat suyu, kaş, olaydı qan, 

Balam, ağlama, oğul, ağlama. 

  

Bu gözün fədası olum, oğul, 



Bu qəm eylədi məni dilməlul, 

Nə edim ki, yoxdı südüm, oğul, 

Balam, ağlama, oğul, ağlama. 

  

Oğul, ağlayar anan müdam, 



Susuz oxluyar səni əhli‐Şam, 

Bizə, Əsğərim, su olub həram, 

Balam, ağlama, oğul, ağlama. 

  

Mən olum fədası bu göz yaşun, 



Bala, sinəm üstə qoy başun, 

Qırılubdı qövmü qardaşun, 

Balam, ağlama, oğul, ağlama. 

  

 



 


 

608 


 

Bari, bir təhəmmül et, Əsğərim, 

Boyanubdı qanına Əkbərim, 

Gedüb əldən hamı köməklərim, 

Balam, ağlama, oğul, ağlama. 

 

 



Bu qədər, Əli, eyləmə fəğan, 

Axır əşki‐çeşmün olubdı qan, 

Ola göz yaşuva fəda anan, 

Balam, ağlama, oğul, ağlama. 

 

Bu günümdə bircə atan gələ, 



Ala qanlı qundağuvı ələ, 

Ox ilə sirab edər Hərmələ, 

Balam, ağlama, oğul, ağlama. 

 

 



Bu əzadə Nadim edər səda, 

Tökər əşk əzadə o binəva, 

Bu zəban ilən eylər səda: 

Balam, ağlama, oğul, ağlama. 

 

Müslimin balaları



 

 

Öldürmə, Haris, biz binəvayux, 



Bu qərib eldə bidadxahux. 

 

Rəhm eylə mehmani‐binəvayə, 



Salmaz heç kim qonağını bəlayə, 

Çün çıxub ahü vamız səmayə, 

Öldürmə, Haris, biz binəvayux, 

Bu qərib eldə bidadxahux. 

                                                 

«Sinəzəni-pəsərani-Müslim» 

  



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə