80
33
çoxmillətli respublikadır. Bizim respublikamız çox beynəlmiləl
ənənəli respublikadır və bu ənənələri biz daha da inkişaf etdiririk.
Bunu biz özümüz üçün böyük və müqəddəs vəzifələrdən biri hesab
edirik. Bu günkü şərait, əldə etdiyiniz nailiyyətlər də beynəlmiləl
tərbiyə sahəsində yüksək qiymətə layiqdir. Ancaq bu sahə daim
diqqət tələb edir və ona görə də rayon partiya təşkilatı bu işlərlə
daha da ciddi məşğul olmalıdır.
Yoldaşlar, bir sözlə, sizin qarşınızda çox böyük vəzifələr var.
On birinci beşillikdə sizdən daha yüksək nəticələr gözləyirik.
Bu yaxınlarda sizin rayonda təbii fəlakət nəticəsində bir çox
təsərrüfatlara zərər dəymişdir. Bilirsiniz ki, o günlərdə dərhal sizin
rayona kömək göstərdik, rayonda vəziyyəti aşkar etmək üçün,
əməli kömək göstərmək üçün xüsusi komissiya təşkil olundu. Bu
sahədə xeyli iş görülüb və bundan sonra da görüləcək və qısa
müddətdə sizin rayonun iqtisadiyyatına vurulan zərərin hamısı
aradan qaldırılacaqdır. Siz bilməlisiniz ki, bu il güclü yağışların
yağması, sellərin şiddətlənməsi, dolu düşməsi, başqa təbii
fəlakətlər nəticəsində respublikanın bir çox rayonlarında kənd
təsərrüfatına ziyanlar dəymişdir. Bu barədə mərkəzi televiziya
xəbər vermiş və Ağdam rayonunda daşan seli, dağıntını
göstərmişdir. L.İ.Brejnev yoldaş mərkəzi televiziyanın bu verilişinə
baxıb bizim respublikada olan hadisələrdən dərhal narahat
olmuşdur. Səhərisi günü Brejnev yoldaş mənə zəng edib dedi ki,
olan vəziyyəti geniş danışım. Mən ona ətraflı məlumat verdim.
Brejnev yoldaş soruşdu ki, sizə nə kömək etmək lazımdır? Mən
yoldaş Brejnevə çatdırdım ki, biz çətinliklərin öhdəsindən özümüz
gələcəyik, bizim respublikaya təbii fəlakət nəticəsində vurulan
zərəri özümüz aradan qaldıracağıq.
80
34
...Mən, Brejnev yoldaşa söz verdim ki, bütün çətinliklərə
baxmayaraq, Azərbaycan Respublikasının zəhmətkeşləri və
xüsusən kənd zəhmətkeşləri bu il yeni böyük rekord nailiyyətlər
əldə etmək uğrunda mübarizə aparırlar və biz bütün bu çətinlikləri
aradan qaldırıb kənd təsərrüfatının bütün sahəsində yeni zirvələrə
qalxacağıq (Sürəkli alqışlar).
Mən gördüm ki, sizin rayona təbii fəlakət daha çox ziyan verib.
Bütün bu çətinliklərin aradan qaldırılması üçün böyük iş
görmüsünüz, fədakarcasına çalışmısınız, böyük səy edirsiniz və bu
mənə bir daha əsas verir deyim ki, Brejnev yoldaşa dediyim sözlər
tam həqiqətdir və əsaslıdır. Biz verdiyimiz vədi tam yerinə
yetirəcəyik. Bütün vədlərin və öhdəliklərin yerinə yetirilməsi üçün
biz bundan sonra gərək daim əzmlə çalışaq və mən tam ümidvar
olduğumu bildirmək istəyirəm ki, İsmayıllı rayonunun
zəhmətkeşləri Azərbaycan respublikasının 1981-ci ildə üzərinə
götürdüyü öhdəliklərin hamısının müvəffəqiyyətlə yerinə
yetirilməsində bundan sonra daha da fədakarcasına çalışacaq və
bütün əməli işlərlə bu öhdəliklərin yerinə yetirilməsini təmin
edəcəkdir (Sürəkli alqışlar).
Yoldaşlar, mən bir daha sizin hamınıza yaxşı işinizə görə öz
razılığımı bildirirəm və arzu edirəm ki, bu günkü görüşümüz, bu
günkü səmimi söhbətimiz İsmayıllı rayonunun gələcək inkişafı
üçün yaxşı əsas yarada bilsin və siz fədakarcasına işləməklə bütün
məqsədlərinizə nail ola biləsiniz. Yəni İsmayıllı rayonu
respublikanın ən qabaqcıl rayonları cərgəsinə çıxa bilsin (Uzun
müddət arası kəsilməyən gurultulu alqışlar, hamı ayağa
qalxır).
* * *
İyulun 23-də rayon partiya-təsərrüfat fəallarının yığıncağı
olmuşdur.
80
35
Partiya-təsərrüfat fəallarının yığıncağı əkinçilik və heyvandarlıq
sahəsində işlərin gedişini və kənd təsərrüfatı istehsalının daha da
inkişaf etdirilməsinə dair Sov.İKP XXVI qurultayının tələbləri ilə
əlaqədar olaraq rayon partiya təşkilatının vəzifələrini müzakirə
etmişdir.
Rayon partiya komitəsinin birinci katibi Q.Aslanov yoldaş
fəallar yığıncağında kənd təsərrüfatı işlərinin gedişi barədə məruzə
etmişdir. O göstərmişdir ki, rayonun kənd əməkçiləri on birinci
beşilliyin ilk ilini yüksək məhsuldarlıq ilinə çevirmək üçün var
qüvvə ilə işləyirlər.
Havaların
əlverişsiz keçməsinə baxmayaraq taxılçılar
yetişdirdikləri bol məhsulu itkisiz toplayırlar. Rayon üzrə hər
hektardan 40 sentner taxıl götürmək real vəzifəmiz hesab edilir.
Q.Aslanov yoldaş dedi:
- Son beş-altı ildə 10 min hektara yaxın üzümlük salmışıq.
Proqram üzrə 1990-cı ildə 100 min ton üzüm istehsal etməliyik.
Sov.İKP XXVI qurultayı şərəfinə bu səddə vaxtından beş il əvvəl -
1985-ci ildə çatmağı öhdəmizə almışıq. Lakin imkanlarımızı bir
daha nəzərdən keçirərək 1990-cı il səviyyəsinə 1984-cü ildə
çatmağa söz veririk. Bu il dövlətə azı 45 min ton üzüm satacaq,
təhvil verilən məhsulun şəkərliyində yenə respublikada birinci yerə
çıxacağıq.
Natiq qeyd etdi ki, yubiley beşilliyində heyvandarlıq məhsulları
istehsalı da xeyli yüksəlmişdir. İribuynuzlular təxminən beş min
baş, davarlar 15 min baş, quşlar isə iki dəfəyə yaxın artmışdır. Hər
inəkdən sağılan süd isə 600 kiloqramdan çox yüksəlib. Bütün
bunlara baxmayaraq heyvandarlıq məhsullarının artımı hələ də
qaneedici deyildir. Xüsusən naxırda inəklərin xüsusi çəkisi azdır.
On birinci beşillikdə heyvandarlığın kəmiyyət
80
36
və keyfiyyət göstəriciləri üzrə respublikada qabaqcıl yerə
çıxacağıq. Beşilliyin sonunadək hər inəkdən sağılan südü 3000
kiloqrama yaxınlaşdıracaq, təhvil verilən hər qaramalın diri
çəkisini 450 kiloqrama çatdıracaq, digər heyvandarlıq məhsulları
istehsalını daha da artıracağıq.
Yem istehsalına diqqət getdikcə artır. Bu il şərti hesabla hər baş
qaramala azı 30 sentner yem vahidinin toplanması nəzərdə
tutulmasına baxmayaraq, ümumiyyətlə, komplekslərin yanında
mədəni otlaqların yaradılmasına və suvarmanın təşkil edilməsinə
ciddi ehtiyac duyulur.
Q.Aslanov yoldaş H.Ə.Əliyev yoldaşı və yığıncaq iştirakçılarını
əmin etdi ki, rayonun kənd əməkçiləri 1981-ci ildə, bütövlükdə on
birinci beşillikdə Vətəni həmişə rekord məhsulla sevindirəcəklər.
"Sovet Azərbaycanının 40 illiyi" sovxozunun sağıcısı, Sosialist
Əməyi Qəhrəmanı Gülüstan Həsənova, "Oktyabr" kolxozu partiya
komitəsinin katibi Xalid Qəniyev aqrar-istehsal birliyinin baş
direktoru Təvəkkül Ağayev, Kuybışev adına sovxozun üzümçüsü
Səhər Məmmədova, rayon xalq maarif şöbəsinin müdiri Valeh
Salehov çıxış etmişlər. Onlar öz çıxışlarında rayonumuza gəldiyi
üçün H.Ə.Əliyev yoldaşa dərin razılıqlarını bildirdilər və dedilər
ki, bu etimadı doğrultmaq üçün daha da yaxşı işləyəcəklər.
Çıxış edənlər göstərmişlər ki, nailiyyətlərlə yanaşı, kənd
təsərrüfatı istehsalının bir sıra sahələrində ciddi nöqsanlar da
vardır, daxili ehtiyat mənbələrindən kifayət qədər səmərəli istifadə
olunmur. Qabaqcıl təsərrüfatların göstəriciləri ilə "ortababların"
göstəriciləri arasında fərq hələ də böyükdür. Dağlarda yerləşən
kəndlərdə işçi qüvvəsindən kifayət qədər səmərəli istifadə
Dostları ilə paylaş: |