Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə34/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   30   31   32   33   34   35   36   37   ...   72

103 
 
–  sivilizasion  yanaşmalar(burada  müxtəlif  mədəniyyətə 
malik  ola  şəxslərin  miqrasiya  nəticəsində  yeni  sivilizasiya 
yaratmaları nəzərdə tutulur); 
– tarixi-bioloji yanaşmalar; 
–  siyasi  və  geosiyasi  yanaşmalar  (burada  dövlət 
maraqlarının  formalaşması  və  beynəlxalq  münasibətlərə 
təsirlərinin öyrənilməsi baxımından); 
– mədəni yanaşmalar (müxtəlif sivilizasiya nümayəndələ-
rinin qovuşması ilə intellektual yanaşma, mədəni müxtəlifliyə 
dözümlülük); 
– dini yanaşmalar (dini çalarlığın meydana gəlməsi); 
–  ümumi qloballaşma aspektindən yanaşma və s.  
Elmi  yanaşmaları  həmçinin  3  saylı  qrafikdən  də 
ümumiləşdirilmiş şəkildə dərk etmək olar.  
Bu  yanaşma  üsullarını  (kriteriyaları,  göstəriciləri)  həm  də 
miqrasiyanın baş verməsi səbəbləri aspektindən də təhlil etmək 
olar. 
 
Miqrasiologiya  elminin  predmet  istqamətlərinin  və 
öyrənmə  metodlarının  ümumi  aspektlərə  aşağıdakılar  ol-
ması  qənatinə  gəlmək  olar(öyrənmə  vəzifələri  və  məqsədləri 
olaraq)
 
Ölkələrdaxili və beynəlxalq miqrasiya prosesləri üzrə 
 
–  “miqrasiya”  anlayışının  ümumi  və  məxsusi  qaydada 
tərkib ünsürü və kriteriyası aspektindən öyrənilməsi
– miqrasiya proseslərinin tərkibinin fəlsəfi-elmi aspektlərlə 
analiz olunması (əlavə üçün 4 saylı qrafikə baxmaq olar); 
–  miqrasiya  anlayışının  digər  anlayışlarla  yanaşı, 
mənasının öyrənilməsi – müqayisəli yanaşma ilə təhlil;  
–  miqrasiya  proseslərinin  baş  verməsi  səbəblərinin 
öyrənilməsi; 


104 
 
–  miqrasiya  proseslərinin  nəticələrinin (göndərən və qəbul 
edən ölkədə) pozitiv və neqativ kriteriyalarla öyrənilməsi; 
– miqrasiya proseslərinin bir problem kimi öyrənilməsi; 
–  prosesin  digər  sahələrə  əlaqəli  əsaslarının  və  təsirlərinin 
öyrənilməsi;  
–  miqrasiya  proseslərinin  davamediciliyinin  (müddət 
kriteriyası üzrə) əsaslarının öyrənilməsi; 
– miqrasiya proseslərinin tarixi əsaslarının öyrənilməsi; 
–  prosesin  siyasi,  sosial,  iqtisadi  və  mədəni  aspektlərinin 
öyrənilməsi; 
– miqrasiya proseslərinin hüquqi tənzimlənməsi əsaslarının 
öyrənilməsi; 
–  dövlətin  bu  prosesdə  maraq  və  məqsədlərinin,  vəzifə  və 
funksiyalarının, hüquq və səlahiyyətlərinin öyrənilməsi; 
–  cəmiyyətlərin  miqrasiya  proseslərində  maraqlarının 
öyrənilməsi; 
–  miqrasiya  proseslərinin  tiplərinin:  forma  və  məzmunla-
rının (tərkib baxımından) öyrənilməsi; 
–  forma  olaraq  fərdi  və  kütləvi  əsaslarla  baş  verməsinin 
əsaslarının öyrənilməsi;  
–  miqrasiya  proseslərinin  baş  verməsinin  zamana 
nisbətinin (müqayisələrlə) öyrənilməsi; 
– hüquqi sənədlərin və prosesdə istifadə olunan vasitələrin 
təsnifatının öyrənilməsi; 
– miqrasiya proseslərində dövlətlərin beynəlxalq əməkdaş-
lıqlarının əsaslarının öyrənilməsi; 
–  miqrasiya  proseslərinin  tənizmlənməsində  təşkilati-
hüquqi fəaliyyətin əsaslarının öyrənilməsi; 
–  miqrasiya  proseslərinin  müqayisəli-nəzəri  əsaslarla 
öyrənilməsi və s.  
 


105 
 
Öyrənmə üsulları: 
  
–  fəlsəfi  tezislər  arasında  elmi-məntiqi  əlaqələrin 
qurulması; 
– analiz üsullarından istifadə olunması; 
–  tərkiblər  və  bütövlər  arasında  struktur  əlaqənin 
qurulması; 
– ümumi elmi sistemin təşkili və s. 


106 
 
II FƏSİL: 
Miqrasiya prosesləri və onun formalaşması əsasları 
 
 
Miqrasiyanın formalaşmasının ümumi əsasları 
 
Burada  elmi  məqsəd  və  vəzifələr  olaraq  miqrasiyanın  baş 
vermə  səbəbləri  və  miqrasiya  ilə  nəticələnən  səbəblərini  şərh 
etmək əsas diqqət mərkəzinə cəlb olunur. (Qeyd  miqrasiyanın 
nəticələriniə  də  iki  aspektdən  yanaşmaq  olar:  birincisi, 
miqrasiyanın meydana gəlməsi nəticələri, yəni səbəbləri, - bu, 
özündə  miqrasiya  formalarını  da  əks  etdirir.  İkincisi, 
miqrasiyanın  mənşə  və  təyinat  ölkələrdə  digər  sosial-mədəni 
və siyasi strukturlara təsirləri ilə meydana gələn nəticələri).  
Məlumdur  ki,  hər  bir  prosesi  formalaşdıran  səbəblər, 
müəyyən  anlarda  gözlənilən  (ortaya  çıxan)  və  gözlənilməyən 
şəraitlər  (bu  şəraitlər  elə  səbəblər  kompleksindən  ibarətdir) 
mövcuddur.  Şəraitlər  miqrasiya  proseslərinin  zəruri  əsaslarını 
fərdi olaraq və kompleks qaydada meydana gətirir. Miqrasiyanı 
yaradan səbəblər həmçinin prosesin həm məzmununa, həm də 
formasına  təsirlər  edir  və  bunların  meydana  gəlməsinin 
əsasında  dayanır.  Səbəblər  prosesləri  məkan  və  zamana 
bağlayır,  həmçinin  bu  səbəblər  zaman  və  məkanın  özündən 
meydana  gəlir.  Səbəblər  universal  və  məxsusi  olmaqla, 
müəyyən  qanunauyğunluqları  özündə  əks  etdirir.  Səbəblər 
arasında  olan  bağlılıq  və  şərtləndiricilik  də  öz  növbəsində 
səbəblərin  müəyyən  bir  təfəkkür  konstruksiyasını  ortaya 
çıxarır.  Təfəkkür  konstruksiyası  da  proseslərin  universal  və 
məxsusi 
qaydada 
dərk 
olunmasına 
imkanlar 
yaradır. 
Proseslərin 
aydınlaşmasının, 
şüurda 
dərk 
olunmasının 
bazasında dayanır.  
Mövcud  miqrasiya  ümumdünya  üzrə  çox  böyük  miqyaslı 
bir  proses  olmaqla  postmodernizmin  meydana  gətirdiyi  əsas 
elementlərdən  birinə  çevrilib.  Miqrasiyanın  əhatəli  olması, 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə