Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə35/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   31   32   33   34   35   36   37   38   ...   72

107 
 
həmçinin  dövlətlər  daxilində  və  dövlətlər  arasında  piramidal 
forma  alması  (horizontal  və  zenit-vertikal)  bu  prosesin 
dövlətlərdaxili  və  dövlətlərarası  tənzimləmə  və  münasibətlər 
predmetinə 
çevrilməsində 
zərurətləri 
meydana 
gətirib. 
Miqrasiya proseslərinin geniş vüsət alması bu proseslərin digər 
proseslərlə  əlaqəli  vəhdətini  formalaşdırıb.  Bu  baxımdan  da 
miqrasiya  prosesləri 
digər  proseslərlə  vəhdət  halında 
trayektorik  şəbəkə  xüsusiyyətlərinə  malik  olur.  Miqrasiya 
prosesləri üzərində  qurulan  çoxtərəfli  münasibətlər və əlaqələr 
bu  prosesi  dünya  siyasətinin  avanqard  predmetinə  çevirib. 
Miqrasiya 
dünya 
siyasətinin 
tərkibi 
olmaqla 
özünün 
formalaşma  səbəblərini  meydana  gətirib,  eləcə  də  digər 
istiqamətlərə təsirlərini formalaşdırıb. Miqrasiyanın çoxtərkibli 
olması  bu  prosesin  həm  səbəblərinin  çoxaspektliliyindən,  həm 
də  bundan  irəli  gələrək,  dövlətlərdaxili  və  dövlətlərarası  geniş 
məkanı  əhatə  etməsindən  asılıdır.  Miqrasiyanın  formalaşması 
səbəbləri  təbii  ki,  bu  prosesin  başlanğıclarını  (nisbi  və  mütləq 
əsaslarla)  meydana  gətirir.  Miqrasiyanın  səbəbləri  iqtisadi, 
siyasi,  sosial  və  mədəni  sahələri  əhatə  etməklə,  eləcə  də 
zəruri, məcburi və qeyri-məcburi (könüllü) xarakter almaqla 
çoxtərəflidir.  (Əlavə  üçün  14,  15,  16  və  17  saylı  qrafiklərə 
baxmaq  olar). Miqrasiya proseslərində insanların iradəsindən 
asılı  olan  və  asılı  olmayan  hallar  mövcuddur  ki,  bu  hallar  da 
səbəblər 
təsnifatında 
özünəməxsus 
ümumiləşdirici 
yer 
almaqdadır.  Miqrasiya  siyasi  məzmunlu  (müharibələrdən  və 
siyasi böhranlardan  meydana  gələn),  eləcə  də iqtisadi-inzibati 
(paytaxtların  köçürülməsi,  sənaye  mərkəzlərinin  köçürülməsi 
ilə işçilərin ailələrinin yerdəyişməsi) məzmunlu olur.  
Onu  da  qeyd  etmək  olar  ki,  miqrasiyaların  güclənməsi 
ümuminkişaf  proseslərinin  tərkibi  olmaqla,  qloballaşmanı 
yaradan 
tendensiyaları 
meydana 
gətirməklə 
dünyanın 
bütövləşməsinə,  xalqların  qeyri-yekcinləşməsinə,  ümumilikdə 
isə  dünya  mədəniyyətinin  və  sivilizasiyasının  bütövləşməsinə 
səbəb  olur.  Miqrasiya  prosesləri  neqativ  (mənfi)  halları  üzərə 


108 
 
çxarmaqla  yanaşı,  pozitiv  nəticələri  də  əks  etdirir.  Miqrant 
müsbət  dəyərləri  də  özü  ilə  daşıyır.  Mənşə  ölkədə  yaranmış 
şəraitdən  irəli  gələrək  yeni  dəyərləri  üzərə  çıxarır.  Əgər  bu 
prosesin  mənfi  nəticələri  ümumən  xalqlar  arasında,  eləcə  də 
cəmiyyətlər  və  fərdlər  arasında  müxtəlif  təyinat  ölkələrində 
müəyyən  gərginlikləri,  sosial  sıxıntıları  yaratmaqla  aşkar 
olunursa,  həmçinin  mənşə  ölkədə  cəmiyyətdə  çatışmazlıqları 
yaratmaqdan ibarətdirsə, mövcud miqrasiyanın ən pozitiv tərəfi 
dünyanın  bötövləşməsinə,  multikulturalizimin  yaranmasına 
xidmət  etməkdir.(Əlavə  üçün  31,  32,  33,  34,  35  saylı 
qrafiklərə baxmaq olar).  
Miqrasiya 
proseslərinin 
formalaşması 
əsasları 
bir 
konstruksiya  və  tərkib  komponentləri  olan  vahid  təfəkkür 
strukturunu  yaradır.  Bu  formalaşma  proseslərinin  baza  olaraq 
iki  istiqamətini  qeyd  etmək  olar:  səbəb  üzərində  qurulan  və 
müəyyən  nəticələrə  (pozitiv  və  neqativ)  gətirib  çıxaran 
proseslər; məkan üzərində qurulan və miqrasiya mərkəzlərini 
yaradan  proseslər.  Bununla  yanaşı,  bu  proseslərin  tarixi 
əsaslarını (tarixi mərhələləri yaradan hadisələrin əsaslarını) da 
formalaşma əsasları kimi də qəbul etmək olar.  
Səbəb  və  məkan  üzərində  qurulan  proseslər  miqrasiyanın 
formalarını  meydana  gətirir.  Səbəb  üzərində  qurulan 
miqrasiya  həm  də  miqrasiya  məzmununu  formalaşdırır. 
Səbəb  və  məkan  amilləri  cəm  halda  miqrasiyanın  tiplərini 
formalaşdırır.  
Səbəblərə  söykənən  miqrasiyalar  bu  proseslər  üçün 
müvafiq  şəraitlərin  yetişməsini  özündə  əks  etdirir.  Səbəb 
amillərinin aşağıdakı əsaslarını qeyd etmək olar:  
–  proseslərin  formalaşmasına  təsir  edən  daxili  amillər-
inzibati-siyasi  sistemdaxili  amillər.  Bura  ölkə  və  cəmiyyət 
daxilində  işsizliyi  və  aşağı  həyat  səviyyəsini  özündə 
cəmləşdirən  məişət  və  sosial  problemləri,  elm  və  təhsil 
problemlərini aid etmək olar. Bununla yanaşı, siyasi rejimlərin 


109 
 
“bərk məzmunlu” idarəettməsini də nümunə olaraq qeyd etmək 
olar; 
– proseslərin formalaşmasına təsir edən kənar sistemlərin-
inzibati-siyasi  sistemlərin-  amilləri.  Bura  başqa  ölkələrdə 
müqayisə üçün yaxşı sosial-məişət şəraitlərinin və siyasi liberal 
rejimin  mövcudluğu  və  bu  kriteriyanın  mənşə  ölkəsinə  təsir 
etməsi istiqamətlərini aid etmək olar
–  proseslərin  formalaşmasına  təsir  edən  kriteriyalar 
(iqtisadi,  sosial,  siyasi,  ekoloji  kriteriyalr)  və  onların 
məzmunları (məcburi və qeyri-məcburi miqrasiyalar)  
Proseslərin  coğrafi  məkanlar  (burada  dövlətlər)  üzrə 
formalaşması  özündə  proseslərin  inzibati  ərazilər  üzrə 
(ölkədaxili 
yaşayış 
əraziləri  üzrə)  formalaşmasını  və 
ölkələrarası formalaşması proseslərini əks etdirir. Bu proseslər 
dünyanın miqrasiya mərkəzlərini meydana gətirir.  
Proseslərin  məzmun  baxımından  tərkibinə  iradi  (istəklərə 
uyğun)  və  qeyri-iradi  (istəklərdən,  arzu  edilənlərdən  asılı 
olmayaraq-məcburi  və  zəruri  şəraitlərdən  irəli  gələrək) 
formaları da aid etmək olar.  
Proseslərin  tarixi  baxımından  formalaşması  özündə  həm 
tərkib  və  formanı,  həm  də  miqrasiya  mərkəzlərinin  meydana 
gəlməsi  amilini  əks  etdirir.  (Əlavə  üçün  13  saylı  qrafikə 
baxmaq olar)  
Miqrasiyanın  səbəbləri  ölkələrdaxili  və  ölkələrarası 
məkanda universal və konkret olmaqla-gözlənilən, dövri olaraq 
təkrar olunan və gözlənilməyən ola bilər. (Əlavə üçün 18 saylı 
qrafikə  baxmaq  olar).  Bu  baxımdan  insanların  iradəsinə  tabe 
olan miqrasiya hərəkətləri və insanların iradəsinə tabe olmayan 
miqrasiya hərəkətləri yerinə yetirilir.  
Səbəblər.  Tərkibində  müxtəlif  istiqamətləri  cəmləşdirən 
səbəbləri  baza  olaraq  iki  qrupa  bölmək  olar:  birincisi, 
ümumilikdə  miqrasiyaya  təsir  edən  və  özündə  kompleks 
ünsürləri  və  komponentləri  əks  etdirən  ölkələrdaxili  və 
beynəlxalq  məkanlı  universal  səbəblər;  ikincisi,  fərdi, 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə