Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə37/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   33   34   35   36   37   38   39   40   ...   72

113 
 
ölkələri  özlərinə  cəzb  edir.  Ümumilikdə  miqrasiyanın  əsas 
psixoloji  tərəfi  məhz  inkişaf  amilidir.  Bununla  yanaşı,  istər 
məcburi,  istərsə  də  könüllü  olan  miqrasiyaların  hər  biri 
psixoloji  amillərə  söyknər.  Miqrasiya  prosesləri  bu  amillərin 
tərkibi  olaraq  narazlıqları  ifadə  edən  emosiyaları  da  özündə 
cəmləşdirir.  
İnsanların  yüksək  həyat  axtarışında  miqrasiya  etmələrinin 
səbəbləri  içərisində  yaxşı  sosial  imkanlar  əldə  etmək  istəkləri, 
daha  yaxşı  şəraitdə,  daha  təmiz  ekoloji  yaşamaq,  yaxud  da 
xaricdə  yaşayan  ailəsinə,  dostlarına  qovuşmaq  amilləri  də  rol 
oynayır.  Bununla  yanaşı,  qeyri-iradi  miqrasiya  edənlər  də 
vardır-bu  şəxslər  konfliktlər,  təbii  fəlakətlər və  ya insan alveri 
təhlükəsindən  öz  evlərini  tərk  edənlərdir.
130
 Belə  bir  yanaşma 
var  ki,  miqrasiya  prosesləri  yeni  imkanlar  və  müdafiə 
axtarışı 
üzərində 
qurulur.
131
 Miqrasiologiya 
elmində 
miqrasiyanın  səbəbləri  içərisində  aşağıdakı  kriteriyalar  qeyd 
olunur: 
–  ölkədə  xoşagəlməz  iqtisadi  şərait:  inflyasiya,  kütləvi 
işsizlik halları; 
iqtisadi və digər böhranlar
vətəndaş müharibəsi
– müvafiq regionda və ölkədə ekoloji fəlakət
132
  
Miqrasiya 
həm 
ölkələr 
daxilində 
yaşanır, 
buna 
urbanizasiya  prosesləri  (şəhərlərdə  məskənləşmə)  kimi  ad 
verilir,  həm  də  ölkələr  xaricində  baş  verir.  Hər  iki  halda 
əhalinin 
təbii 
tarazlı 
yayılması 
prosesləri 
korlanır, 
                                                 
130
 Pərviz Musayev. Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli 
dövlət miqrasiya xidməti müşaviri. Miqrantların hüquq və azadlıqlarının 
qorunması. http://www.respublica-news.az/index.php/dig-r-xb-rl-
r/item/1544-migrantlar-n-hugug-vae-azdl-glar-n-n-gorunmas  
131
 Миграция и права человека. Миграция в мире. 
http://www.ohchr.org/ru/Issues/Migration/Pages/MigrationAndHumanRight
sIndex.aspx. 
132
 Понятие и причины миграции.www.migrations.ru/reasons_migration 


114 
 
sistemlərarası  nizamlama  prosesləri  qeyri-sistemli  xarakteri 
kəsb  edir.  Miqrasiya  demoqrafiyaya  səbəb  olur,  müəyyən 
ölkələrdə  demoqrafiyanın  təbii  axarına  öz  mənfi  təsirlərini 
göstərir. Səbəblər isə müxtəlif hesab olunur. 
Elmdə  belə  bir  yanaşma  var  ki,  daxili  miqrasiyanın 
səbəbləri  içərisində  iş  axtarışı,  yaşayış  şəraitinin  yaxşılaş-
dırılması  və  yüksək  səviyyəyə  qaldırılması,  həyat  tərzinin 
dəyişdirilməsi  və  s.  mühüm  yer  tutur.  Daxili  miqrasiya  baza 
etibarilə ərazisi çox böyük olub, müxtəlif təbii-iqlim və iqtisadi 
şəraiti  olan  ölkələrdə  daha  geniş  vüsət  alır.  Geniş  ərazisi  olan 
ölkələrdə  mövsümi  miqrasiyaların  payı  xüsusilə  çox  olur. 
Beynəlxalq  miqrasiyanın  əsas  səbəbi  iqtisadi  amillərdir. 
İqtisadi amillər içərisində yüksək əmək haqqı olan iş yerlərinin 
qazanılması  mühüm  əhəmiyyət  kəsb  edir.  İntellektual 
miqrasiyanın (elm və incəsənət, ədəbiyyat adamlarından ibarət) 
payı  xüsusi  rol  oynayır.  İntellektual  miqrasiyanın  (yüksək 
ixtisaslı  şəxslərin  fərdi  və  qrup  halını  alan  formada  köç 
axınları)  başlanğıcı  XX  əsrin  30-cu  illərində  qoyulub  və  bu 
dövrdə  ABŞ  nasist  Almaniyasından  qaçan  alimlərin  əsas 
mərkəzinə  çevrilib.  Müasir  dövrdə  isə  yüksək  intellektuala 
sahib olan şəxslərin əsas miqrasiyası Şərqi Avropadan ABŞ-a, 
Kanada və Qərbi Avropa ölkələrinədir.
133
 
 
Belə  bir  rəqəm  var  ki,  təxminən  214  milyon  nəfər  öz 
doğulduğu  ölkəsindən  xaricdə  yaşayır.
134
 Miqrantların  böyük 
əksəriyyəti  inkişaf  etməkdə  olan  ölkələr  arasında  köç  edirlər. 
Bu  baxımdan  dünya  miqrantlarının  40  faizi  öz  regionlarından 
qonşu regionlara köç edirlər.
135
  
Müəyyən  bir  məkanda,  yəni  dövlətdə,  onun  inzibati 
ərazilərində  əhalinin  dəyişməsi  bu  ərazilərin  sosial-iqtisadi-
                                                 
133
 Миграция населения. http://ru.wikipedia.org/wiki/  
134
 Миграция и права человека. Миграция в мире. 
http://www.ohchr.org/ru/Issues/Migration/Pages/MigrationAndHumanRight
sIndex.aspx. 
135
 Yenə orada. 


115 
 
mədəni  və  siyasi  strukturuna  öz  təsirlərini  göstərir.  Məsələn, 
bir  daha  qeyd  etmək  yerinə  düşər  ki,  “beyin  köçü”  zamanı 
mənşə  ölkə  öz  resurslarının  əksəriyyətini  itirir,  intellektual 
qabiliyyətini  azaldır.  Elmi  potensialın  aşağı  düşməsi  həmin 
ölkənin  həm  daxili  strukturunda,  həm  də  beynəlxalq  əlaqələr 
strukturunda  müəyyən  çatışmazlıqları  yaradır.  Bu  boşluğun 
yeni  resurslar  hesabına  dolması  həm  də  yeni  zərurətləri  və 
aspektləri meydana gətirir. Miqrasiyanın kütləvi halında məkan 
boşalır,  bu  anda  əvvəlki  struktur  öz  tərkibi  baxımından 
funksianal tarazlığını itirir. Ermənistan əhalisinin kütləvi olaraq 
azalması  ölkənin  dövlət  strukturları  ilə  əhalisi  arasında  tarazlı 
münasibətlərin  yaranmasının  qarşısını  alır.  Əhali  çatışmazlığı 
resurs çatışmazlığını meydana gətirir ki, bu da özlüyündə siyasi 
sistemin  tələblərə  cavab  verəcək  səviyyədə  təşkil  olunmasına 
imkan  vermir.  Resurs  çatışmazlığı  siyasi  hakimiyyətin  həm 
daxildən  strukturlaşmasında  problemlər  yaradır,  həm  də 
hakimiyyətin  idarə  obyektinin  kasadlığını  ortaya  çıxarır.  Bu 
anda  cəmiyyət  üzərində  gərginliklər  artır,  insanlar  istismara 
məruz  qalırlar.  Miqrasiyanın  kütləvi  proseslərində  mənşə 
dövlət  öz  qabiliyyətinin  bir  çox  hissəsini  itirir,  hətta  dövlətin 
təhlükəsizliyinə müəyyən təhdidlər də meydana gəlir. Bu anda 
dövlət  çalışır  ki,  demoqrafik  artım  yolu  ilə  öz  milli  tərkib 
resurslarını tənzim etsin. Eyni zamanda cəmiyyətdə yeni sosial 
münasibətlər  üçün  əlverişli  şəraitləri  yaratsın,  ictimai-siyasi 
sabitliyi  möhkəmləndirsin,  iqtisadi  inkişafını  yeni  tələblər 
əsasında stimullaşdırsın.  
Bu  gün  miqrasiya  daha  çox  dünya  sakinlərinin  iqtisadi, 
siyasi  və  mədəni-sosial  məzmunlu  axın  dövriyyələrini  özündə 
cəmləşdirən  bir  proses  kimi əhəmiyyətə malik olur. Miqrasiya 
proseslərinin  axınlarında  mövcud  olan  kütlələr  (həcm) 
baxımından  müəyyən  dərəcələri  meydana  gəlir.  Bu  baxımdan 
da  qlobal  proses  çərçivəsində  olduqca  müxtəlif  dərəcəli 
proseslər  yaşanamqdadır. Bu  gün  dünyanın iqtisadi dövriyyəsi 
öz ardınca məhsuldar qüvvələrin dövriyyəsini yaradır ki, bu da 
ümumdünya  miqrasiya  proseslərinin  formalaşmasına  səbəb 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə