Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə40/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   36   37   38   39   40   41   42   43   ...   72

122 
 
Məcburi  və  universal,  həm  də  fərdi  və  qurup  şəkilində 
meydana gələn miqrasiyanın nəticələri (hansı ki, bu səbəblər 
miqrasiyaya gətirib çıxarır) bunlardan ibarət olur: 
 
–  deportasiyalarla  müşahidə  edilən  ölkədaxili  və  ölkələr-
arası köçlər;  
– repressiyalarla müşahidə edilən ölkədaxili və ölkələrarası 
sürgünlər  
 
Zəruri  hallarla    –  forma  və  məzmunlarla-  nəticələnən 
miqrasiyalar  (miqrasiyanın baş  verməsinin zəruri  əsasları) 
da  mövcud  olur.  Müharibələr  zamanı  sərhədlərdən,  döyüş 
bölgələrindən  insanların  təxliyyəsi  (evakuasiyası)  həyata 
keçirilir.  Bu  proses  mülki  müdafiə  prosesinin  tərkib  hissəsinə 
çevrilir.  Zəruri  miqrasiyaların  digər  bir  səbəbi  də  iqtisadi 
inkişafla bağlı olur. (15, 16, 17, 18 saylı qrafiklərdən də tanış 
olmaq  olar).  Məsələn,  yeni  sənaye  qəsəbələrinin  və  yeni 
tələblərə  cavab  verən  yaşayış  məskənlərinin  salınması  ilə 
əlaqədar  olaraq  nəzərdə  tutulmuş  ərazilərdən  əhalinin  zəruri 
olaraq köçürülməsini buna nümunə çəkmək olar. Eyni zamanda 
təbii  fəlakətlərdən  də  qorunmaq  məqsədilə  də  ölkələrdaxili 
köçürülmələr  həyata  keçirilir.  Məsələn,  2005-ci  ildə  ABŞ-ın 
Luiziana  ştatında  (ölkənin  cənubunda)  yerləşən  Yeni  Orlean 
şəhərində  Katrina  uraqanının  nəticəsi  sayəsində  ərazisinin  80 
faizini  su  basmış  şəhərdən  əhalinin  zəruri  evakuasiyası  həyata 
keçirilmişdir.  Su  basqınına  məruz  qalmış  şəhərin  basqından 
öncə  əhalisi  343  min  nəfər  təşkil  etmişdirsə,  2006-cı  ildə, 
hadisədən  cəmi  bir  il  sonra,  bu  rəqəm  223  min  nəfər  təşkil 
etmişdir. Bu da onun nəticəsi olmuşdur ki, köçən əhalinin çox 
hissəsi geri qaytımamışdır.
143
 
 
                                                 
143
 Новый Орлеан (New Orleans).www.americancities.ru/index.php/new-
orleans 


123 
 
Digər 
bir 
zəruri 
səbəb 
kimi 
paytaxt 
şəhərinin 
köçürülməsini  misal  göstərmək  olar.  Bu  anda  inzibati  binalar 
yerini  dəyişir  və  bu  dəyişmə  prosesi  öz  ardınca  əsasən  dövlət 
məmurlarının,  dövlət  qulluqçularının  zəruri  köç  etməsi 
hallarını  meydana  gətirir.  Məsələn,  1960-cı  ilin  21  aprelində 
Braziliyanın  paytaxt  şəhəri  Rio-de-Laneyrodan  yeni  salınmış 
Braziliya şəhərinə köçürüldü. “Braziliyanın pilot planı” “Plano 
Piloto”  nın  həyata  keçirilməsinin  nəticəsi  olaraq,  hal-hazırda 
şəhərin əhalisi 2 milyon  yarımdan çoxdur.
144
 Konkret  cari  və 
dövri  səbəblər.  Miqrasiyanı  yaradan  sosial-iqtisadi-siyasi  və 
mədəni faktorlar – ölkə daxilində və ölkələr arasında  
 
Cari miqrasiyaya daha çox əmək miqrasiyası aid edilə bilir. 
İstər  ölkə  daxilində,  istərsə  də  ölkələr  arasında  əmək 
miqrasiyasının 
əsas 
səbəbi 
sosial 
faktorlardır. 
Əmək 
miqrasiyası  yüksək  əmək  haqqına  malik  olan  iş  yerlərinin 
axtarışı ilə əlaqəli olur. Əmək miqrasiyası həm də dövrü olaraq 
həyata  keçirilir.  Dövrü  miqrasiya  cari  miqrasiyanın  aylıq, 
rüblük,  yarımillik,  illik  və  s.  kəmiyyətindən  meydana  gəlir. 
Dövrü  miqrasiyaya  müddətli  miqrasiyanı  da  aid  etmək  olar. 
Məsələn,  təhsil  müddətinin  miqrasiyası,  müəyyən  uzun 
müddətli ezamiyyətlər, köçərlilik və s. kimi miqrasiyalar dövrü 
miqrasiyanın  tərkibi  kimi  əhəmiyyət  kəsb  edir.  Cari 
miqrasiyanın  tərkibi  –forma  və  növləri  çoxluq  təşkil  edir. 
Məsələn,  turistik  miqrasiya,  idman  yarışlarında və digər daxili 
və  beynəlxalq  tədbirlərdə  iştirak  etmək,  ölkədaxili  və  xarici 
ölkələr üzrə təhsil miqrasiyası, “rəqqaslı miqrasiya” və s. kimi 
miqrasiya  formaları  əsasən  cari  miqrasiyanın  tərkibini  təşkil 
edir.  
Miqrasiya  proseslərində  göndərən  və  qəbul  edən  ölkənin 
hər  birində  ehtiyac  amili  mühüm  rol  oynayır.  Miqrasiya 
proseslərində  mənşə  ölkənin  əhalisi  ehtiyacların  ödənilməsi 
                                                 
144
 Столица Бразилии-город Бразилиа. Brasil-russia.ru.capital-brasilia. 


124 
 
üçün  başqa  olan  və  resursları  zəngin  olan  ölkələrə  üz  tuturlar. 
Məsələn,  Filippindən  və  digər  ölkələrdən  xidmətçi  kimi 
(ailələrdə  işləməyə)  Qətərə  üz  tutanlar  çoxluq  təşkil  edir. 
Burada  məcburi  əmək  də  tətbiq  olunur.  Hindistanlılar, 
pakistanlılar,  filippinlilər  və  digər  Cənubi  və  Şərqi-Asiya 
ölkələrinin  əhalisi  istismara  məruz  qalırlar.  Qastarbayeterlər 
burada əhalinin çox hissəsini təşkil edir. Məsələn, Qətərdə yerli 
vətəndaşların  sayı  250  min  nəfər  təşkil  edir.  Eyni  zamanda 
ölkədə  1,2  milyon  nəfər  qastarbayter  çalışır.  Yerli  qətərlililər 
işləməyə üstünlük vermirlər, onlar əsasən dövlət xidmətlərində 
və  investkontoralarda  çalışırlar.  95  faiz  Qətər  əhalisinin 
ailəsində  bir  nəfər,  50  faizindən  çoxunda  isə  2  və  daha  çox 
qastarbayter  çalışır.
145
 Qətərdə  intellektual  və  idarəetmə 
vəzifələrində avropalılar və amerikalılar çalışırlar. Ticarətdə isə 
əsasən iranlılar və hindistanlılar üstünlük təşkil edirlər.
146
  
Cari  və  dövrü  amillərdən  biri  də  məhz  insanların 
yetişkənlik, savadlılıq və intellektual səviyyələrinin yüksəlməsi 
ilə  də  əlaqəlidir.  Belə  ki,  bir  çox  mütəxəssislər  öz  ölkələrində 
reallıqlarla  barışmayırlar  və  başqa  ölkələrə  üz  tuturlar  və  öz 
ölkələrində  olan  şəraitləri  qəbul  etməyirlər.  Bu  halda  “beyin 
axını”  baş  verir.  Bundan  “beyin  qəbul  edən”  təyinat  ölkələri 
daha  çox  fayda  götürülər.  Məsələn,  Kanadaya  daha  çox 
ixtisaslaşdırılmış  işçilər  (Skilled  Worker  Class),  biznes 
dünyasının  adamları  üz  tuturlar.
147
 2011-ci  ildə  “Demokratiya 
təşəbbüsü”  fondu  və  Kiyev  Beynəlxalq  İnstitutu  tərəfindən 
aparılan  rəy  sorğusuna  əsasən,  rəyi  soruşulanların  33,8  faizi 
ailəsi  ilə  birlikdə  ölkədən  getmək  haqqında  fikirlərini  bildir-
                                                 
145
 Гастарбайтеры в Катаре и Эмиратах. 
http://www.voprosik.net/gastarbajtery-v-katare-i-emiratax/  
146
 Yenə orada. 
147
 Иммиграция в Канаду. www.canadainternational.gc.ca/russia-
russie/visas/immigrate-immigrer.aspx?lang=rus  


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə