Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə41/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   37   38   39   40   41   42   43   44   ...   72

125 
 
mişlər. Emiqrasiya etmək istəyənlərin əksəriyyəti gənclər və ali 
təhsilli olanlar olmuşlar.
148
  
2007-ci  ilin  məlumatına  əsasən  dünyada  komalarda 
(xarabalıqlarda, viranələrdə, ucqar yerlərdə) yaşayan insanların 
sayı  1  milyard  nəfərə  çatmışdır.  Urbanizasiya  prosesləri  məhz 
yaşayış 
şəraitinin 
yaxşılaşdırılması 
və 
sənayeləşmiş, 
inzibatiləşmiş məskənlərdə və infrastrukturu yaxşı olan yaşayış 
məskənlərində  yaşamaq  istəkləri  ilə  əlaqəlidir.  Urbanizasiya 
problemi 
həmçinin 
Azərbaycanda 
da 
mövcuddur. 
Azərbaycanın  Dövlət  Statistika  Komitəsinin  məlumatına 
əsasən,  2013-cü  ilin  əvvəli  üçün  4,966  mln.nəfər  şəhərlərdə, 
4,390  mln.nəfər  isə  kəndlərdə  yaşayır.  Azərbaycanda  kənd 
təsərrüfatında  müqayisədə  aşağı  gəlirlilik  və  əmək  istehsalının 
aşağı səviyyəsi mövcuddur.
149
  
 
Miqrasiyaya  səbəb  olan  amilləri  aşağıdakı  kimi 
ümumiləşdirmək olar:  
 
Universal  beynəlxalq  amillər  (digər  dövlətlərin  əhalisini 
cəlb etmək üçün)  
 
– sabit, möhkəm əsaslarla, eləcə də üfiqi və şaquli formada 
davamlı inkişaf yaşayan dövlətin mövcudluğu
–  dövlətin  dünyada  mövcud  olan  sabit  və  təhlükəsiz 
statusu; 
– dövlətin yerləşdiyi regionun ümumi sabitliyi; 
–  dövlətin  digər  dövlətlərlə  “açıq  qapı”  siyasəti  əsasında 
əlaqələr qurması; 
–  dövlətin  zəngin  iqtisadi  regionlarda,  rayonlarda 
yerləşməsi; 
                                                 
148
 Иммиграция в Канаду. www.canada-ua.com 
149
 А.Халилов. Бесконечная урбанизация. Ввиду продолжающегося 
технологического процесса, отток населения из сел в город будет 
продолжаться. http://www.echo.az/article.php?aid=55526 


126 
 
–  dövlətin  ümumi  iqtisadi  inkişaf  səviyyəsinin  yüksək 
olması; 
– dövlətin dünyanın sənaye və iqtisadiyyat mərkəzlərindən 
biri kimi mövcud olan statusu
–  dövlətin  regional  təsir  imkanları  və  yüksək  gəlirlər 
gətirmək potensialı; 
–  dövlətdə  yaşayan  xalqların  multikulturalizm  əsasında 
mədəni əlaqələr strukturu; 
– ölkədə milli eqoizmin qeyri-ifrat dərəcəsi; 
–  dövlətin  beynəlxalq  hüquqa  olan  hörməti,  əməl  etməsi, 
beynəlxalq etik normalara uyğun davranışı; 
– insan hüquqlarının yüksək səviyyəsinin mövcudluğu; 
– dövlətin beynəlxalq təşkilatlarda geniş təsir imkanlarının 
mövcudluğu; 
– dövlətin dini tolerantlığı; 
–  ölkənin  regional  inteqrasiyasının  və  siyasi  assosiasiyası-
nın mövcudluğu; 
– ölkənin qanunvericilik bazasının güclü olması və ədalətli 
məhkəmə  sisteminin  mövcudluğu  və  s. (19  saylı  qrafikdən  də 
struktur etibarilə tanış olmaq olar)  
  
Konkret ölkədaxili amillər  
 
– iqtisadi inkişaf; 
– lazımi resursların (sosial resursların) mövcudluğu; 
– qanunvericiliyin mövcudluğu; 
– dini tolerantlıq;  
– mədəni müxtəliflik; 
– etnoçalarlılıq; 
– miqrantlar üçün mövcud olan şəraitlər
– elm və təhsilin yüksək keyfiyyəti amili;  
– səhiyyənin yüksək keyfiyyətdə olması; 
–  bütün  sahələrdə  olan  xidmətlərin  nisbətən  yüksək 
səviyyəsinin mövcudluğu; 


127 
 
– lazımi infrastrukturun mövcudluğu; 
–  lazımi  sosial  müdafiənin,  o  cümlədən  sosial  sığortanın 
mövcudluğu; 
–  naturalizasiyanın  (immiqrantlar  üçün)  rahat  şəkildə 
həyata keçirilməsi
– sadələşdirilmiş miqrasiya qanunvericiliyinin olması və s. 
(Əlavə üçün 20 saylı qrafikə baxmaq olar) 
 
Miqrasiyaya  səbəb  olan  faktorları  üç  baza  hissəyə 
bölmək olar:  
 
Məcburi  amillər  (şəraitin  yaratdığı  amillər)  –buna 
reallıqlardan meydana gələn süni amillər demək olar 
– 
minimal 
və 
orta 
səviyyəli 
sosial 
tələbatların 
ödənilməməsi amilləri; 
– sosial resursların çatışmazlığı; 
– dünyanın müasir inkişaf xüsusiyyətləri və dinamik inkişaf 
meyilləri; 
– baş verən müharibələr
–  ölkədə  və  regionda  baş  verən  müharibələr-münaqişələr 
və böhranlar; 
– siyasi idarəetmə rejimi amili və insanların öz ölkələrində 
hüquqlarının pozulması;  
–  inkişaf  etmiş  cəmiyyətlərlə  kasıb  cəmiyyətlər  arasında 
uyğunsuzluğun  mövcudluğu  və  real  şəraitlərdə  qeyri-
tarazlıqların mövcudluğu prinsipi;  
– inkişaf etmiş cəmiyyətlərdə ideoloji təbliğatın yüksəkliyi 
Qeyri-məcburi amillər. İnsanların mövcud şəraitləri qəbul 
etmək  istəklərinin  olmaması-buna  isə  gələcək  idealların 
qurulması  və  “ideal  reallıqların”  axtarılması  kimi  ad  vermək 
olar.  
–  insanların  yetişkənlik  səviyyəsinin-elmi,  peşəkarlıq  və 
mədəni-intellektual səviyyələrinin yetişməsi;  


128 
 
– reallıqların imtina edilməsi (iqnor) və barışmamaq, real 
vəziyyətləri qəbul etməmək;  
– maksimal həyat tərzinin formalaşdırmaq istəkləri;  
– arzular və xəyallar. 
Zəruri  amillər  –  bu,  əsasən  təbii  fəlakətlər,  fövqəladə 
vəziyyətlər  və  iqtisadi  inkişafla  əlaqədar  olaraq  baş  verən 
yerdəyişmələrdən meydana gəlir.  
 
 
Miqrasiyanın tipləri: növləri və formaları  
(24-30 saylı qarfiklər bu bölməyə aiddir)  
 
Hər  bir  prosesə  səbəb  olan  amillər  həmin  prosesin  cəm 
halda  məzmununu  təşkil  edən  komponentlərin  mahiyyətini 
üzərə çıxarır. Miqrasiya prosesləri də miqrasiyanın formalarını, 
mahiyyətini,  məzmununu  meydana  gətirməkdədir.  Prosesin 
forma və məzmununa sistemdaxili və sistemlərarası elementlər 
təsir edir. Bu elementlər təkanverici və cəzbedici olurlar.  
Miqrasiyanı  yaradan  amilləri  ümumi  olaraq  aşağıdaklar 
hesab etmək olar: 
–  məcburi  amillər  (sosial,  mədəni,  hüquqi  və  siyasi 
resursların çatışmazlığı və qeyri-demokratik vəziyyətlər); 
–  qeyri-məcburi  amillər  –  daha  yüksək  həyat  səviyyəsi 
axtarışı 
Miqrasiya  ümumi  və  xüsusi  hallarda  hərəkətlərin  axınını 
yaratdığından özündə müxtəlif forma və məzmunları əks etdirir. 
Miqrasiya  məkan  baxımından  qitələrarası,  onun  tərkibi 
olaraq  ölkələrarası  (ölkə  sərhədlərini  keçməklə)  və  bir  ölkə 
daxilində  olur.  Burada  miqrasiyanın  coğrafi  məzmunundan  və 
səbəblərindən  irəli  gələrək  bir  tipi  kimi  məkan  forması 
meydana  gəlir.  Miqrasiyanın  məkan  forması,  eləcə  də  onun 
digər  məzmun  və  formaları  (bu  formalar  artıq  peşə  fəaliyyəti 
ilə əlaqədar da yaranır) başlıca olaraq miqrasiya proseslərinin 
bütün  dünyanın  əhatə  etməsi  ilə  və  iqtisadiyyat  və  sosial 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə