Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə49/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   45   46   47   48   49   50   51   52   ...   72

152 
 
olan  Mexiko  ilə  sərhədlənən  ştatların  (Arizona,  Yeni  Mexiko 
və Texasın böyük bir hissəsi) sərhədləri yenidən təşkil olundu. 
-1917-1924  qanunvericiliyi:  yeni  immiqrantların  gələcək 
say  məhdudiyyətini  nəzərdə  tutan  çoxlu  sayda  hüquqi  aktlar 
qəbul  olundu.  Bu  sənədlər  kvota  sisteminin  əsasını  qoydu  və 
pasport  tələblərini  irəli  sürdü.  Sənədlər  ölkədən  xaric  oluna 
bilən  əcnəbi  kateqoriyalarını  genişləndirdi  və  yaponlardan 
başqa bütün asiyalıların gəlişini qadağan etdi. 
-1924-cü  il  aktı:  milli  mənşə  amilinə  görə  onlara  ayrılan 
ABŞ immiqrasiya vizalarının sayını azaltdı. 
-1940-cı  il  Əcnəbilərin  qeydiyyat  Aktı:  ABŞ  vətəndaşı 
olmayan  bütün  əcnəbilər  üçün  ABŞ  ərazisində  hökumət 
tərəfindən  qeydiyyata  alınmanı  tələb  edirdi  və  Əcnəbi  Qəbulu 
Qeydiyyatı  Kartının  (Alien  Registration  Receipt  Card)  –indiki 
“Green Card”-alınmasını tələb edirdi. 
-1950-ci  il:  Daxili  Təhlükəsizlik  Aktının  qəbul  edilməsi. 
Əcnəbi  Qəbulunun  Qeydiyyatı  Kartını  daha  da  dəyərli 
edirdi.  İmmiqrantların  məskunlaşmasının  baza  olaraq  qanuni 
əsaslarını tanıyan “Green card” təsdiq olunurdu. 
-1952-ci  il  Aktı:  ABŞ  miqrasiya  sisteminin  müasir 
əsaslarını  qoydu.  Bu  sənəd  hər  bir  ölkə  üzrə  kvota  sisteminin 
əsasını qoydu. 
-1968-ci  il  Aktı:  Doğum  yerinə,  irqinə,  cinsinə  və  rezi-
densiyaya  görə  ABŞ  immiqrasiyasındakı  diskriminasiyanı 
aradan  qaldırırdı.  Bu  sənəd  həmçinin  ABŞı-ın  Şərq 
immiqrasiyasına qoyduğu məhdudiyyətləri aradan qaldırırdı.  
-1980-ci  il  Aktı:  qaçqınların  qəbulunu  əhatə  edən  əsas 
siyasətin əsaslarını qoyurdu. 
-1986-cı  il  Aktı:  ABŞ-da  qeyri-leqal  immiqrasiyanın 
azaldılmasına  yönəldilib.  Bu  sənəd  yüzlərlə  qeyri-leqal 
immiqrasiyanın leqallaşdırılmasını təmin edirdi. 1986-cı il Aktı 
ümumən 1986-cı il immiqrasiya amnistiyası kimi tanınır. 
-1990-cı il Aktı: immiqrantların müəyyən kateqoriyalarına 
illik  limiti  müəyyən  edirdi.  Sənəd  həmçinin  ixtisaslı 


153 
 
immiqrantların ABŞ biznesində iştirakını əsaslandırırdı. Təhsil, 
maliyyə,  peşə  baxımından  immiqrantların  yardımlarının 
əsaslarını  müəyyən  edirdi.  Eləcə  də  immiqrant  investor 
proqramının əsasını qoyurdu. 
-ABŞ Patriot Aktı: ABŞ-ın vahidliyinin və güclənməsinin 
təmin  olunması  məqsədilə  terrorizmi  cilovlayan  və  qarşısını 
alan müvafiq alətlərin təchiz edilməsini nəzərdə tuturdu.  
-2003-cü  ildə  USCİS  (United  States  Citizenship  and 
İ
mmigration Services)-in  yaradılması: 2003-cü il mart ayının 
1-ə  kimi  ABŞ  immiqrasiya  və  vətəndaşlıq  xidməti  Milli 
Təhlükəsizlik  Departamentinin  (Department  of  Homeland 
Security)  tərkib  hissəsinə  çevrilir.  USCİS  –  ABŞ  Vətəndaşlıq 
və  İmmiqrasiya  Xidməti  –  immiqrasiya  xidmətlərini  həyata 
keçirir:  vətəndaşlıq  istəyənlər  və  daimi  məskunlaşanlar,  qeyri-
immiqrantlar  üçün  ərizələr  qəbul  edir.  Sğınacaq  axtaranlar  və 
qaçqınlar  üçün  xidmətləri  və  digər  bu  kimi  xidmətləri  həyata 
keçirir. 
194
 
 
ABŞ-da  immiqrantların  tərkibi  və  Meksikalıların 
immiqrasiyası.  2012-ci  ilin  məlumatına  əsasən  ABŞ-da 
təqribən 41 milyon nəfər immiqrant yaşayır. Bütün dünya üzrə 
immiqrantların  təxminən  20  faizi  bu  ölkənin  payına  düşür.
195
 
Amerika  İctimaiyyəti  Sorğusunun
 
(American  Community 
Survey)  verdiyi  məlumata  əsasən,  2012-ci  ildə  ABŞ-da 
yaşayan immiqrantların sayı ölkə əhalisinin 13 faizini (ölkənin 
əhalisi 313,9 milyon nəfərdən ibarət olmuşdur) təşkil etmişdir. 
                                                 
194
 USA Immigration History. Significant Historic Dates in 
U.S.İmmigration. 
http://www.rapidimmigration.com/1_eng_immigration_history.html 
195
 Chiamaka Nwosu, Jeanne Batalova, and Gregory Auclair. Frequently 
Requested Statistics on Immigrants and Immigration in the United States. 
28 april 2014. http://www.migrationpolicy.org/article/frequently-requested-
statistics-immigrants-and-immigration-united-states  


154 
 
Təkcə 2011-2012-ci illər arasında xarici doğumlu vətəndaşların 
sayı 447,000 nəfər artmışdır.
196
  
Belə bir ümumiləşdirici statistika var ki, 1970-ci ildə ABŞ-
da 9,6 milyon nəfər  (ölkə əhalisinin 5 faizi), 1980-ci ildə 14,1 
milyon nəfər (ölkə əhalisinin 6 faizi), 1990-cı ildə 19,8 milyon 
nəfər  (ölkə  əhalisinin  8  faizi),  2000-ci  ildə  31,1  milyon  nəfər 
(ölkə  əhalisinin  11  faizi),  2012-ci  ildə  isə  40,8  milyon  nəfər 
(ölkə əhalisinin 13 faizi) immiqrantın yaşadığı qeyd olunur.
197
  
1960-cı ildə ABŞ-da İtalyan doğumlular bütün immiqrant-
ların 13 faizini təşkil etmişdir. Onların ardınca isə Almaniya və 
Kanada doğumlular təşkil etmişdir.
198
  
2012-ci ilə görə ABŞ immiqrantlarının 51 faizi qadınlardan 
ibarət  olmuşdur.  İmmiqrantların  orta  yaşı  42,6  ildən  ibarətdir. 
Yerli  vətəndaşların  isə  orta  yaşı  35,9  ildir.  Bu  baxımdan  da 
xaricdə doğumlular daha yaşlı hesab olunurlar.
199
  
ABŞ-da immiqrasiya prosesləri XXI əsrdə güclənmişdir və 
yeni 
mərhələyə 
qədəm 
qoymuşdur. 
ABŞ-da 
yaşayan 
immiqrantların 
30 
faizi 
2000-2009-cu 
illərdə 
ölkəyə 
gələnlərdən  ibarət  olmuşdur.  Tək  yeddi  faizini  2010-cu  ildən 
bu  yana  daxil  olanlar  təşkil  edir.
200
 2012-ci  ilin  məlumatına 
görə  ABŞ-ın  beş  böyük  ştatı  immiqrantların  sayına  görə  öndə 
olmuşdur:  Kaliforniya  (10,3  milyon  nəfər-ştat  əhalisinin  27 
faizi),  Nyu-York  (4,4  milyon  nəfər-ştat  əhalisinin  23  faizi), 
Texas (4,3 milyon nəfər), Florida (3.7 milyon nəfər), Nyu Cersi 
(1,9 milyon nəfər-ştat əhalisinin 21 faizi). Florida və Nevadada 
isə immiqrantların sayı ştatların əhalsinin hər birində 19 faizini 
                                                 
196
 Chiamaka Nwosu, Jeanne Batalova, and Gregory Auclair. Frequently 
Requested Statistics on Immigrants and Immigration in the United States. 
28 april 2014. http://www.migrationpolicy.org/article/frequently-requested-
statistics-immigrants-and-immigration-united-states  
197
 Yenə orada.  
198
 Yenə orada. 
199
 Yenə orada. 
200
 Yenə orada.   


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə