Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə46/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   42   43   44   45   46   47   48   49   ...   72

143 
 
isp.zambo-hinduların 
və 
zəncilərin 
nigah 
qarışığından 
törəyənlərə  deyilir)  meydana  gəlməsini  zəruri  etmişdir. 
Kanadada  olan  ikidillilik,  həmçinin  Cənubi  Amerikada  ispan 
və  portuqal  dillərinin  yayılması,  Hindistanda  ingilis  dilinin 
meydana  gəlməsi,  Əlcəzairdə  fransız  dilinin  peydah  olması 
immiqrasiya ilə bağlı olmuşdur.
162
 
 
Uzun müddət ərzində ABŞ, Kanada, Avstraliya, Braziliya, 
Cənubi  Afrika  immiqrasiyanın  əsas  mərkəzləri  olmuşdur. 
Lakin  İkinci  Dünya  müharibəsindən  sonra  kontinentlərarası 
miqrasiyanın  həcmi  azalmış,  kontinentlərdaxili  miqrasiyanın 
həcmi isə artmışdır.
163
  
 Əməkçi  immiqrantların  ən  mühüm  mərkəzləri  Mərkəzi 
Avropa  olmuşdur.  Mərkəzi  Avropaya  Cənubi  Avropadan 
(İspaniya,  Portuqaliya,  İtaliya,  Yunanıstan,  Yuqoslaviya), 
Asiyadan  (Hindistan,  Pakistan,  Türkiyə)  və  Şimali  Afrikadan 
(Əlcəzair, Liviya, Misir) emiqrant axını mövcuddur.
164
 
Məsələn,  Şərqi  Avropada  baş  vermiş  siyasi  hadisələrlə 
əlaqədar  olaraq,  1989-cu  ildən  başlayaraq  AFR-ə  təkcə  ADR-
dən,  Şərqi  Avropadan  və  SSRİ-dən  2  milyon  nəfər  şəx 
immiqrant gəlmişdir.
165
 
 
Qeyd: miqrasiyanın sərhədyanı (sərhədətrafı) forması da 
mövcuddur.  Bu  forma  qonşu  dövlətlərin  sərhədyanı  yaşayış 
məskənlərində  işləmə  formasını  özündə  əks  etdirir  və  demək 
olar  ki,  müvəqqəti  xarakter  kəsb  edir.  Məsələn,  Qazaxıstanın 
Rusiya 
ilə 
sərhəddində-Çimkent 
vilayətində-sərhədyanı 
miqrasiya  meydana  gəlmişdir.  Bu  vilayətdə  sərhədlər  qonşu 
kəndlərlə  ayarılır.  Bu  baxımdan  miqrasiya  daha  çox  məişət 
                                                 
162
 Миграции населения, их причины, формы, влияние на изменение 
народонаселения. http://school.iot.ru/predmety/geo/nas5.html 
163
 Yenə orada. 
164
 Yenə orada. 
165
 Yenə orada. 


144 
 
xarakterinə  malik  olur.  Miqrantlar  faktiki  olaraq  Qazaxıstana 
gündəlik və yaxud da həftəlik gəlirlər.
166
 
 
Belə  hesab  olunur  ki,  Qazaxıstanla  Rusiya  arasında 
miqrasiyanın  xarakterində  qlobal  fərqlər  yoxdur.  Bu,  yalnız 
coğrafi  xarakter  kəsb  edir.  Belə  ki,  Qazaxıstan  miqrasiya 
axınları  üçün  tranzit  rolunu  oynayır.  Qazaxıstanla  Rusiya 
arasında isə faktiki olaraq məxsusi miqrasiya  yoxdur. Mərkəzi 
Asiyadan  isə  iş  tapa  bilməyən  gənclər  daha  çox  Rusiyaya  üz 
tuturlar, onlarda yerli reallıqları bilməmək və rus dilində danışa 
bilməmək problemləri yaşanır.
167
 
 
Dünyanın  miqrasiya  mərkəzləri  formalaşmışdır.  Bu 
mərkəzlər  əsasən-ABŞ  və  Kanadadan  ibarət  olan  Şimali 
Amerika 
mərkəzi; 
Avropa 
mərkəzi; 
Rusiya 
mərkəzi; 
Avstraliya-Yeni  Zelandiya  mərkəzi  və  Yaxın  Şərqin  Neft 
ölkələri  mərkəzləridir.  Vaxtilə,  orta  əsrlərdə  miqrasiyadan 
meydana  gələn  Cənubi  Amerika  və  Mərkəzi  Amerika 
mərkəzləri  hal-hazırda  daha  çox  mənşə  ölkə  rollarını 
oynayırlar.  Buradan,  məsələn,  Meksikadan  və  digər  Mərkəzi 
Amerika  ölkələrindən  insanlar  ABŞ  və  Kanadaya  üz  tuturlar. 
Rusiya  SSRİ  dağıldıqdan  sonra  yeni  bir  mərkəzə  çevrilmişdir. 
Yeni  iqtisadi  münasibətlər  bu  ölkəyə  bir  tərəfdən  Qərb 
kapitalını  cəlb  edir,  digər  tərəfədən  də  Asiya  ölkələrinin, 
keçmiş  SSRİ  ölkələrinin  əhalisini  cəlb  edir.  Rusiyada 
miqrantların  iki  böyük  forması  meydana  gəlir:  kapitalın, 
sistemli  korporasiyaların  gətirdiyi  işçi  miqrasiyası-bunun 
istiqaməti əsasən Qərb ölkələrindəndir; Asiya ölkələrinin daha 
çox fərdi və pərakəndə forma alan işlçi miqrasiyası.  
Dünyada əhalinin inkişaf etmiş ölkələrdən inkişaf etməkdə 
olan ölkələrə axınları da müşahidə olunmaqdadır. Yeni inkişaf 
dövrünü  yaşayan  ölkələr  ucuz  həyat  xərcləri  məkanlarını 
                                                 
166
 Станислав Притчин. Казахыстан является транзитным государством 
для миграционных потоков. 2014.02.14. 
http://www.apn.ru/publications/article31064.htm 
167
 Yenə orada. 


145 
 
axtaran  inkişaf  etmiş  ölkələrin  əhalisi  üçün  cəlbedici  olur. 
Məsələn, Avropadan Türkiyəyə köçüb gələnlər də vardır. 
Dünyanın  miqrasiya  mərkəzlərini  mənşə  (emiqrasiya)  və 
təyinat  (immiqrasiya)  mərkəzlər  olmaqla  iki  böyük  məkana 
ayırmaq olar. Mənşə mərkəzlər rolunda Asiya (Çin, Hindistan, 
Cənubi-Şərqi Asiyanın digər ölkələri), Afrika, Latın Amerikası 
mühüm  yer  tutur.  Keçmiş  sosialist  düşərgəsinin  yerləşdiyi 
Avropa  məkanları  (məsələn,  Rumıniya,  Bolqarıstan,  Moldova, 
keşmiş  Yuqoslaviya,  Ukrayna)  da  mənşə  mərkəzlərini 
meydana  gətirirlər.  Bu  ölkələrdən  həm  inkişaf  etmiş,  həm  də 
inkişaf etməkdə olan ölkələrə axınlar mövcuddur.  
 
Dünyanın  ən  böyük  immiqrasiya  mərkəzini  ABŞ  və 
Kanada aid olmaqla Şimali Amerika mərkəzi kimi qəbul etmək 
olar.  
 
Şimali Amerika mərkəzi (ABŞ immiqrasiyası)  
 
ABŞ-ın 
immiqrasiya 
tarixinə 
dair. 
Tarixçilərin, 
arxeoloqların  qənaətlərinə  görə  insan  həyatı  və  mədəniyyət 
Şərqi  Afrikada  meydana  gəlmiş  və  bütün  planetə  yayılmışdır. 
50-20  min  il  qabaq  köçəri  Asiya  ovçuları  Amerikanın  ilk 
sakinləri  olmuşlar.  Ərzaq  axtarışı  və  heyvanlar  ovlamaq  üçün 
onlar  Sibirdən  Alyaskaya  keçmişlər  və  indiki  hindilərə  və  ya 
doğma  amerikalılara  çevrilmişlər.
168
 Belə  bir  məlumat  var  ki, 
1000-ci illər ətrafında Vikinqlər ABŞ-a ayaq basmışlar. Ondan 
beş  yüz  il  sonra  isə  avropalılar  gəlməyə  başlamışlar.
169
 ABŞ 
                                                 
168
 A brief History of Immigration to the United States. Prepared by Alan 
Singer, Department of Curriculum and Teaching. Hofstra University School 
of Education. 
http://people.hofstra.edu/alan_i_singer/294%20Course%20Pack/6.%20Imm
igration/115.pdf  
169
 USA Immigration History. European Migration. 
http://www.rapidimmigration.com/1_eng_immigration_history.html 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə