Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə48/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   44   45   46   47   48   49   50   51   ...   72

149 
 
çevriliblər.  XIX  əsrdə  ABŞ  təqribən  5  milyon  nəfər  alman 
immiqrant qəbul etmişdir.
184
 
 
ABŞ-a  köçən  çinlilər  isə  əsasən  qərb  sahillərində 
məskunlaşmışlar və dəmiryollarının tikintisində işləmişlər.
185
 
İqtisadiyyat  möhkəm  və  davamlı  olarkən  onlar  ümumi 
olaraq  qəbul  olunmuşlar.  İqtisadi  vəziyyət  gərginləşən  kimi 
rasizm ideyaları da daxil olmaqla, anti-immiqrant ideyaları baş 
qaldırmışdır.  İmmiqrant  işçilərə  hücumlar  edilmiş,  onların 
ittifaqları  dağıdılmış  və  yeni  immiqrasiyanı  qadağan  edən 
qanunlar qəbul olunmuşdur.
186
 
 
1882-ci  ildə  ABŞ-da  ilk  dəfə  olaraq  Çindən  olan 
immiqrantlar  və  digər  “arzuolunmazlar”  üçün  xaricetmə 
qanunu  qəbul  olunmuşdur.  1908-ci  ildə  ABŞ  həmçinin 
Yaponiyadan da immiqrasiyanı qadağan etmişdir.
187
 
 
1880-1921-ci  illər  arasında  Şərqi  və  Cənub  Avropadan, 
eləcə  də  Meksikadan  yeni  immiqrantlar  qəbul  oldular.  Onlara 
slavyanlar  olan  ruslar,  polyaklar və  ukraynalılar, Aralıq dənizi 
qrupu olan italiyanlar, siciliyalılar, yunanlar, türklər, ermənilər 
və Şərqi Avropanın yahudi dini qrupları daxil oldular. Bu yeni 
immiqrantların  böyük  əksəriyyəti  Nyu-York  şəhərinə  Ellis 
adasə  vasitəsilə  daxil  oldu.
188
 Avropadan  yeni  gələnlərin 
əksəriyyəti  şərq  və  orta-qərb  şəhərlərində  məskunlaşmışlar  və 
ağır  şəraitli  və  təhlükəli  işlərdə  işləyirdilər.  Nyu-York 
şəhərində  immiqrantlar  tunel  və  su  akveduklarının  tikintisində 
işləyirdilər,  göydələnlər  və  körpülər  tikirdilər,  toxuculuq 
                                                 
184
 U.S. IMMIGRATION BEFORE 1965. Immigration in the mid-19-th 
century. http://www.history.com/topics/u-s-immigration-before-1965 
185
 A brief History of Immigration to the United States. Prepared by Alan 
Singer, Department of Curriculum and Teaching. Hofstra University School 
of Education. 
http://people.hofstra.edu/alan_i_singer/294%20Course%20Pack/6.%20Imm
igration/115.pdf 
186
 Yenə orada. 
187
 Yenə orada. 
188
 Yenə orada. 


150 
 
sənayesini  inkişaf  etdirirdilər.  İş  şəraitləri  o  qədər  çətin  idi  ki, 
ABŞ-a  gələn  italyanlılar  və  siciliyalıların  demək  olar  ki,  50 
faizi,  slavyan  mənşəlilərin  isə  təqribən  30  faizi  sonda  öz 
ölkələrinə qayıtmağa məcbur olmuşdular.
189
 
1907-ci il ABŞ üçün miqrantların qəbul olunmasının pik ili 
olmuşdur.  Bu  ildə  təxminən  1,3  milyon  nəfər  qanuni  olaraq 
ABŞ-a  daxil  olmuşdur.  Birinci  Dünya  müharibəsi  immiqra-
siyanın  azalmasına  gətirib  çıxarmışdı.  1920-ci  ilin  əvvəlində 
immiqrasiya  kvotası  təşkil  olundu.  1924-cü  ilin  immiqrasiya 
aktı  belə  bir  kvota  sistemini  yaratdı,  hansı  ki,  bu  sistem 
immiqrasiyanı  Amerikanın  1890-cı  ilə  olan  milli  siyahıya 
almasına  görə  hər  bir  milliyətindən  olan  ümumi  əhalinin  iki 
faizinə  qədəri  kəmiyyətində  (sayında)  məhdudlaşdırırdı.  Bu 
kvota sistemi Qərbi Avropadan immiqrantların gəlməsini təqdir 
edirdi  (onlara  yardım  edirdi,  şərait  yaradırdı),  lakin  Asiyadan 
immiqrantların gəlişini qadağan edirdi.
190
  
ABŞ  immiqrasiyası  1930-cu  illər  depressiyası  zamanı  və 
İkinci  Dünya  müharibəsi  (1939-1945)  zamanı  kəskin  şəkildə 
aşağı  düşdü.  ABŞ  Siyahıyaalma  Bürosunun  məlumatına 
əsasən,  1930-1950-ci  illər  arasında  ABŞ-ın  xarici  ölkə 
doğumlu  əhalisi  14,2  milyon  nəfərdən  10,4  milyon  nəfərə 
qədər  azaldı.  Müharibədən  sonra,  Konqress  Avropadan  və 
Sovetlər İttifaqından ABŞ-a gələn qaçqınlar üçün əlverişli olan 
xüsusi  bir  qanun  qəbul  etdi.  1959-cu  il  Kubada  baş  vermiş 
kommunist  inqilabının  nəticəsi  olaraq  yüz  minlərlə  qaçqın 
ABŞ-a  giriş  hüququ  əldə  etdi.
191
 1965-ci  ildə  Konqress 
                                                 
189
 A brief History of Immigration to the United States. Prepared by Alan 
Singer, Department of Curriculum and Teaching. Hofstra University School 
of Education. 
http://people.hofstra.edu/alan_i_singer/294%20Course%20Pack/6.%20Imm
igration/115.pdf 
190
 U.S. IMMIGRATION BEFORE 1965. European Immigration: 1880-
1920. http://www.history.com/topics/u-s-immigration-before-1965 
191
 U.S. IMMIGRATION BEFORE 1965. The Immigration and Nationality 
Act of 1965. http://www.history.com/topics/u-s-immigration-before-1965 


151 
 
İmmiqrasiya  və  milliyət  Aktı  qəbul  etdi,  hansı  ki,  bu  sənəd 
milliyətə əsaslanan kvotaya son qoydu və amerikalılara onların 
mənşə  ölkələrindən  gələn  qohumlarına  yardım  etməyə  imkan 
verdi.
192
 Bu  gün  ABŞ-a  Avropaya  nisbətən,  Asiya  və  Latın 
Amerikasından daha çox immiqrant daxil olur.
193
    
Tədqiqatçıların  araşdırmalarına  görə  ABŞ-da  immiqra-
siyanın aşağıdakı mühüm tarixi günləri mövcuddur: 
 
-1790-cı  ilin  Naturalizasiya  Aktı  –  bu  sənəddə  nəzərdə 
tutulurdu  ki,  yabançı  olan  ağ  adamlar  ABŞ  vətəndaşlığına 
qəbul oluna bilərlər. 
-1875-ci  il:  Ali  Məhkəmə  qərarla  bəyan  etdi  ki,  ABŞ-da 
immiqrasiyanın tənzimlənməsində məsul qurum kimi Federal 
Hökumət çıxış edir. 
-1882-ci  il  tarixli  “Çinlilərin  xaric  olunması  Aktı”
ABŞ-a  müəyyən  əməkçi  immiqrantların  qəbulunu  qadağan 
edirdi.  
-1885  və  1887-ci  illər:  Xaricilərin  əmək  müqaviləsi 
hüquqları-hansılar  ki,  müəyyən  əməkçi  immiqrantlara  ABŞ-
dan getməni qadağan edirdi. 
-1891-ci  il:  Federal  Hökumət  ABŞ  tərəfindən  qəbul 
olunma axtaran bütün immiqrantlarla bağlı təftiş, qəbul, imtina 
və bütün prosesləri yerinə yetirmək tapşırığını verdi. 
-1892-ci  ilin  yanvar  ayının  2-i:  Nyu-York  limanındakı 
Ellis adasında yeni ABŞ Federal immiqrasiya mərkəzi açıldı. 
-1903-cü  il: bu tarixli Akt torpaq sərhədləri ilə bağlı 1891 
müddəanı  yeni  redaksiyada  verdi  və  Meksika  sərhədlərindən 
daxil olan əcnəbilərin təftiş qaydalarını əhatə etdi. 
-1907-ci  il  tarixli  ABŞ  İmmiqrasiya  Aktı:  ABŞ-a  köç 
axınının qarşısını almaq üçün Meksika sərhəd rayonlarına daxil 
                                                 
192
 U.S. IMMIGRATION BEFORE 1965. The Immigration and Nationality 
Act of 1965. http://www.history.com/topics/u-s-immigration-before-1965 
193
 Yenə orada. 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə