Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə45/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   41   42   43   44   45   46   47   48   ...   72

140 
 
hal-hazırda  da  məcburi  köç  formaları  yaşanmaqdadır.  Bu  da 
ondan  irəli  gəlir  ki,  geosiyasətin  rasdikal  forması  hələ  də  öz 
mövcudluğunu  qoruyub  saxlayır.  Məsələn,  münaqişələr  öz 
tarixi və klassik mahiyyətlərini qoruyub saxlayırlar.  
Dünya  üzrə  miqrasiyanı  cəzb  edən  amillər  (ayrı-ayrı 
ölkələrə  miqrasiyanın  cəlb  olunması  əsasları).  Miqrasiyaya 
səbəb olan, bu prosesi şərtləndirən amillər çoxdur. (Əlavə üçün 
21 saylı qrafikə baxmaq olar)  
 Bu  amillər  kompleks  xarakter  kəsb  etməklə  universal  və 
xüsusi  əhəmiyyətə  malik  olur.  O  ölkələrə  miqrasiya  daha  çox 
olur  ki,  həmin  ölkələrdə  mövcud  həyatın  tələbatları  üçün 
zamana müvafiq olaraq bir çox şərait amilləri kompleks şəkildə 
mövcuddur. (Məsələn, ABŞ və Avropa ölkələrini buna nümunə 
göstərmək olar). (Əlavə üçün 22 saylə qrafikə baxmaq olar)  
 Bu gün elə ölkələr var ki, həm miqrant qəbul edir, həm də 
əhalisi 
miqrasiyaya 
məruz 
qalır. 
Azərbaycana 
Asiya 
ölkələrindən,  Türkiyədən  insanlar  gəlirlər,  Azərbaycandan  da 
köç  edirlər.  Bu  baxımdan  dünyada  miqrasiya  proseslərinin 
müşahidə  olunduğu  mərkəzlər  formalaşır.  Belə  mərkəzlərə 
dünyanın köç mərkəzləri kimi adlar da vermək olar.  
Miqrasiya  və  urbanizasiya  inkişaf  etməkdə  olan  ölkələrə 
zərbələr vurur. 
 
Miqrasiya  bütün  dünyanı  əhatə  edən  qlobal  və  regional 
məzmunlu  və  formalı  proses  olduğundan  özünəxas  tərkiblərə 
malik  olur.  Dünyanın  iqtisadi  cəhətdən  inkişaf  etmiş 
ölkələrinin sərmayə  kapitalının  digər  ölkələrə  (inkişaf etməkdə 
olan  və  işçi  qüvvələrinin  və  məhsul  istehsalı  üçün  digər 
resursların  ucuz  olduğu  ölkələr)  axını  öz  ardınca  həmin 
ölkələrdən sakinləri başqa ölkələrə köç etdirir. 
 
Beynəlxalq  miqrasiya  tranzitləri.  Beynəlxalq  miqrasiya 
axınları bu prosesin tranzitini (bütün formalarını – məcburi və 
qeyri-məcburi  formalarını-  özündə  əks  etdirməklə,  məsələn, 
əmək  miqrasiyası,  elm  və  təhsil  miqrasiyası,  qadınların  cinsi 
istismarı üzrə beynəlxalq tranzitlər və s.) meydana gətirmişdir. 


141 
 
Tranzitlər əsasən emiqrant mərkəzləri (mənşə ölkələr, göndərən 
ölkələr)  ilə  immiqrant  qəbul  edən  mərkəzlər  arasında  olan 
trayektorik  axınlardır.  Bu  tranzitin  həmçinin  qitələrdaxili-
ölkələrarası  və  qitələrarası-ölkələrarası  formaları  mövcuddur. 
Tranzitlər  əhali  köçünü  və  axınının  kəmiyyətini  meydana 
gətirir.  Beynəlxalq  tranzitlər  sərhədlərətrafı  –  regional  və 
regiondan  kənar  olmaqla,  iki  mühüm  formaya  malik  olur. 
Məsələn,  Cənubi  Qafqaz-Rusiya;  Mərkəzi-Asiya-Rusiya; 
Türkiyə-Cənubi  Qafqaz;  Cənubi-Qafqaz-Türkiyə;  Meksika-
ABŞ; 
Ukrayna-Rusiya; 
Ukrayna-Polşa 
kimi 
tranzitlər-
regional-sərhədlərətrafı 
(sərhəd 
dövlətləri); 
Türkiyə-
Almaniya;  Çin-ABŞ;  İran-ABŞ;  Cənubi-Koreya-ABŞ;  Çin-
Kanada;  Hindistan-ABŞ;  Pakistan-ABŞ;  Filippin-ABŞ;  Çin-
Azərbaycan  və  s.  kimi  tranzitlər  isə  regionlararası  xarakterə 
malik  olur.  Bu  baxımdan  da  beynəlxalq  yüklü  tranzitlər  və 
ayrı-ayrı regionlar üzrə miqrasiya mərkəzləri meydana gəlir.  
Tədqiqatçılar  miqrasiyanın  tarixi-coğrafi -tranzit  əsaslarını 
aşağıdakı kimi göstərirlər: 
1.  Yeni  torpaqların  mənimsənilməsinə  əsaslanaraq, 
yaşayış  yerinin  dəyişməsi,  köçmə  ilə  xarakterizə  olunan 
miqrasiya.  Buna  aid  olunur:  Böyük  coğrafi  kəşflər  dövründən 
başlayaraq, yeni kolonial ərazilərə insanların köçürülməsi
–  zənci  qulların  XVI-XIX  əsrlərdə  Afrikadan  Amerikaya 
məcburi köç etmələri; 
–  XIX  əsrdə  Avropa  ölkələrində  “miqrasiya  partlayışı”nın 
baş  verməsi.  Kapitalizm  dövründə  boş  qalmış  torpaqlara 
insanların  kütləvi  axını  buna  nümunədir.  Ən  çox  belə 
miqrantları  Böyük  Britaniya,  Almaniya,  İtaliya,  Fransa, 
İspaniya kimi ölkələr vermişlər. Onlar ABŞ, Kanada, Braziliya, 
Argentina, Avstraliya və Cənubi Afrikaya köç etmişlər. 
2. Əmək  miqrasiyası. Bu, əmək müqaviləsi ilə bağlı olan 
miqrasiyadır.  Hal-hazırda  inkişaf  etmiş  ölkələrdə  əmək 
müqaviləsi  ilə  25  milyondan  çox  əməkçi  miqrant  çalışır.  Bu 
məsələdə  əsas  yeri  özündə  iqtisadi  faktorları  cəmləşdirən 


142 
 
“beyin  axını”  tutur.  Bu,  əsasən  İkinci  Dünya  müharibəsindən 
sonra baş verib, hansı ki, bu dövrdə Almaniyadan ABŞ-a fizika, 
raket  düzəltmə  və  digər  sahələr  üzrə  mütəxəssislər  aparılıb. 
Alimlərin əsas axını XX əsrin 60-70-ci illərində baş verib. ABŞ, 
Kanada və Fransaya alim kütləsi daxil olub. Son illərdə “beyin 
axını”  Hindistan,  Filippin  və  keçmiş  SSRİ  respublikalarına 
böyük təsirlərini göstərib.
160
  
 
Miqrasiyanın tarixi-siyasi səbəbləri də qeyd olunur: 
 
– 
Faşist 
Almaniyasından, 
İtaliyadan 
və 
frankist 
İspaniyasından yarım milyon vətəndaşın emiqrasiyası; 
– Oktyabr inqilabından sonra Rusiyaya emiqrasiya
–  general  Pinoçetin  Çilidə  hakimiyyətə  gəlişindən  sonra 
baş verən emiqrasiya; 
–  Asiya  və  Afrika  ölkələrinin  kolonial  asılılıqdan  azad 
olunmasından sonra ağdərili əhalinin bu ərazilərə köç etmələri
–  İkinci  Dünya  müharibəsi  dövründə  işğal  olunmuş 
ölkələrdən  Almaniyaya  10  milyon  nəfər  əhalinin  məcburi 
deportasiyası.
161
 
 
Miqrasiya  tarixi  Amerika  ölkələrində  metislərin  (lat. 
misceo-qarışdırıram,  fransız.metis-latıncanın  misticus-  qarışıq 
sözündən  götürülüb,  irqlərarası  nigahlardan  meydana  gələn 
törəmələrə deyilir. Amerikada metislərə avropalılarla hindular 
arasındakı  nigahdan  törəyənlərə 
deyirlər), 
mulatların 
(mulatlara  avropalıların  və  zəncilərin  irqindən  qarışıq  nigah 
əsasında  törəyənlərə  deyirlər.  Onlar  Latın  Amerikasının  və 
Karib  hövzəsinin  əhalisinin  əksəriyyətini  təşkil  edirlər: 
Dominikan  Respublikasında  –  73  faiz;  Kubada  –  51  faiz; 
Braziliyada  –  38  faiz.  Cənubi  Afrika  Respublikasında  və 
Namibiyada  da  mulatlar  yaşayırlar)  və  samboların  (sambo-
                                                 
160
 Миграции населения, их причины, формы, влияние на изменение 
народонаселения. http://school.iot.ru/predmety/geo/nas5.html 
161
 Yenə orada. 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə