Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə42/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   38   39   40   41   42   43   44   45   ...   72

129 
 
sahələri  əhatə  etməklə  əlaqədar  meydana  gəlir.  Hətta  onu  da 
qeyd  etmək  olar  ki,  miqrasiyanın  məkan  forması  içərisində 
makro 
miqyasda 
Avro-Asiya 
miqrasiyası, 
Afro-Asiya 
miqrasiyası, 
Avro-Amerika 
miqrasiyası, 
Afro-Amerika 
miqrasiyası,  Asiya-Amerika  miqrasiyası,  Avro-Avstraliya 
miqrasiyası meydana  gəlmişdir. Bu baxımdan da miqrasiyanın 
məkan  üzrə  miqyas  ölçülərinə  görə  forması  yaranır: 
makromiqrasiya  və  mikromiqrasiya.  Coğrafi  məkan  üzrə 
makromiqrasiyaya qitələrararası, regionlararası, ölkərlərarası 
miqrasiyanı 
aid 
etmək 
olar. 
Coğrafi 
məkan 
üzrə 
mikromiqrasiyaya isə ölkədaxili miqrasiyanı aid etmək olar.  
Miqrasiya 
proseslərinin 
tərkibi 
baxımından 
da 
miqrasiyanın  makro  və  mikro  formasını  göstərmək  olar.  Bu 
baxımdan  miqrasiyanın  xalqların  kütləvi  köçünü  (xalqların 
böyük bir hissəsinin və ya da tam hamısının) təşkil edən makro 
formasını,  eləcə  də  fərdi  əsaslı  mikro  formasını  qeyd  etmək 
olar.  Burada  makro  ilə  mikro  arasında  ortalıq  həcmə  malik 
olan  miqrasiya  proseslərini  də  qeyd  etmək  mümkündür.  Belə 
ki, 
urbanizasiya, 
ruralizasiya, 
sərmayələrin 
(transmilli 
korporasiyaların)  meydana 
gətirdiyi  miqrasiyanı  tərkib 
baxımından  orta  həcmli  miqrasiya  kimi  qəbul  etmək  olar. 
Bununla yanaşı, ailələrin, elm və təhsil adamlarının, turistlərin 
miqrasiyasının  isə  fərdi  əsaslara  söykənən  mikro  forması 
mövcud  olur.  Ezamiyyətlə  əlaqədar  olaraq  da  miqrasiya 
mövcud olur və bu, zamanlı miqrasiyanı meydana gətirir.  
Zaman (müddət) etibarilə miqrasiya müvəqqəti (müəyyən 
müddət üçün) və daimi xarakterə malik olur. Daimi miqrasiya 
prosesləri  sonda  bir  çox  hallarda  vətəndaşlığı  qəbul  etmə  ilə 
nəticələnir. 
 


130 
 
Miqrasiyanın  tiplərini:  formalarını  aşağıdakı  şəkildə 
ümumiləşdirmək olar:  
 
Zamana görə forma alan miqrasiya 
 
müvəqqəti miqrasiya;  
– mövsümi miqrasiya-turistik miqrasiya və kənd təsərrüfatı 
işçilərinin miqrasiyası;  
– uzun və qısa müddətli miqrasiya;  
– daimi miqrasiya – bu naturalizasiya ilə nəticələnə bilir;  
 
Məkan miqrasiyası 
 
– urbanizasiya – sənayeləşmə miqrasiyası;  
– ruralizasiya – şəhərlərdən kəndlərə axın miqrasiyası;  
– köçərlilik və ziyarət;  
ekzistensial miqrasiya
 
Tərkib məzmununu görə forma alan miqrasiya  
 
zəruri və fövqəladə miqrasiya
–  məcburi  miqrasiya    –  bu,  daha  çox  müharibələrin 
nəticələri  olaraq  meydana  gəlir  –  qaçqınlılıq  və  məcburi 
köçkünlülüklə nəticələnir.  
 
Məzmununa  görə  ümumən  növlərə  ayrılan  miqrasiya: 
sosial, elmi, siyasi, hümanitar miqarsiya, dünyəvi miqarsiya 
Miqarsiyanın  növlərinə  tərkib  məzmunu  baxımından 
həmçinin aşağıdakıları aid etmək olar:  
 
– sosial-maddi –iqtisadi miqrasiya – əmək miqrasiyası;  
– elmi miqrasiya;  
– siyasi miqrasiya; 
– humanitar miqrasiya;  
– dünyəvi miqrasiya  


131 
 
Miqrasiyanın digər formaları-tərkib baxımından:  
– ailə miqarsiyası; 
– gənclər miqrasiyası; 
– alimlərin və mütəxəssislərin miqrasiyası (“beyin köçü”); 
–  qadınların  miqrasiyası-burada  cinsi  istismara  məruz 
qalma (beynəlxalq qadın alverinin nəticəsi olan miqrasiya);  
– qaçqın və məcburi köçkünlərin miqrasiyası 
– uşaqların övladlığa götürülməsi  
Miqrasiyanın  növlərini  universal  tərkib  və  məzmun 
baxımından  sosial,  siyasi  və  mədəni  olmaqla,  üç  baza  tərkibə 
ayrımaq olar:  
– sosial miqrasiya. Bura məişət amilini qeyd etmək olar 
–  siyasi  miqrasiya.  Bura  xalqların  köç  etmələri,  müha-
ribələr  nəticəsində  yaranan  miqrasiyalar  (qaçqınların  miqra-
siyası),  sərhədlər  ətrafı  miqrasiya,  mühacirlərin  köçü  amilini 
qeyd etmək olar;  
– mədəni əsaslı miqrasiya isə daha çox mədəni amillərə və 
adət-ənənələrə  əsaslanır.  Məsələn,  yeni  adətlər  (Qərb  mədə-
niyyəti)  şərtləri  altında  yaşamaq  istəyən  şəxsləri buna nümunə 
göstərmək olar.  
 
 
Miqrasiya prosesləri və onun təsir nəticələri 
(Qrafiklər-31, 32, 33, 34, 35)  
 
Miqrasiya  tarixən  ilk  gəlmələrlə  yerli  əhali,  sonrakı 
gəlmələrlə  ilk  gəlmələr  arasında  müəyyən  problemlərin 
yaranmasının  əsaslarını  meydana  gətirir.  Məsələn,  Amerikaya 
XIX  əsrdə  yeni  gələnlərin  axını  Amerikada  doğulanların 
müəyyən  fraksiyaları  arasında,  başlıca  olaraq,  Anqlo-sakson 
protestant  əhali  arasında  anti-immiqrant  hissini  oyatdı.  Yeni 
gələnlər  iş  yerləri  üçün  tez-tez  arzuolunmaz  rəqib  təəssüratı 
bağışlayırdılar.  Bu  baxımdan  çoxlu  sayda  katoliklər,  xüsusilə 
irlandiyalılar  dini  inanclarına  görə  diskriminasiyaya  məruz 


132 
 
qaldılar.  1850-ci  ildə  anti-immiqrant,  Anti-Katolik  Amerika 
Partiyası  (Know  Nothing)  immiqrasiyanı  ciddi  şəkildə 
cilovlamağa  cəhd  göstərdi,  hətta  ABŞ-ın  keçmiş  prezidenti 
Milard Filmorun (1800-1874) 1856-ı ilin prezident seçkilərində 
namizədliyini irəli sürdü.
150
  
Qeyd:  1856-cı  ilin  prezident  seçkilərində  demokratların 
namizədi  olan  İrlandiya  mənşəli  Ceyms  Byukənən  (James 
Buchanan-1791-1868)  qələbə  qazandı  və  1861-ci  ilə  qədər 
postu  tutdu.  Milard  Filmor  isə  uduzdu.  Milard  filmor 
immiqrasiyanın  məhdudlaşdırılmasını  qəti  tərəfdarı  olmuşdur. 
O,  1850-1853-cü  illərdə  ABŞ-ın  13-cü  prezidenti  postunu 
tutmuşdur.  Know  Nothing  (“heç  nə  bilməyənlər”)  partiyası 
1860-cı ildə Respublikaçılar partiyası ilə birləşib.Onlar katolik 
immiqrantlara-irlandlara, almanlara qarşı çıxıblar.  
Miqrasiya  həmçinin  məcburən  köçürülən  insanların  öz 
doğma  yurdlarından  məhrum  olmalarına  yol  açır.  Məsəılən, 
Azərbaycan  torpaqlarının  Ermənistan  tərəfindən  işğalının 
nəticəsi olaraq Suriyadan gələn  erməni köçkünlər və dünyanın 
başqa  ölkələrindən  gələn  ermənilər  məcburi  qaydada 
Azərbaycanın  işğal  altındakı  ərazilərinə  məskunlaşdırılır.  Bu 
da beynəlxalq konvensiyalara ziddir.
151
 Bu məcburi köç prosesi 
azərbaycanlıların 
öz 
tarixi 
torpaqlarına 
qayıtmalarında 
müəyyən problemlərin yaranmasına yol açır.  
Miqrasiya  öz-özlüyündə  dünyanın  mədəni-humanitar  və 
sosial  baxımından  bütövləşməsinə,  xalqlararası  əlaqələrin 
zənginləşməsinə,  mədəniyyətlərin  transfertinə,  mədəniyyət 
ünsürlərinin  yerdəyişmələrinə  və  qarışmalarına  səbəb  olsa  da, 
eləcə də bu istiqamətdə bütövlüyə (dünya bütövlüyünə) xidmət 
etməklə  yanaşı,  dünyanın  müəyyən  bucaqlar  üzrə  birtərəfli  –
qeyri-tarazlı inkişafına səbəb olur. Əhalinin toplum halda köçü 
                                                 
150
 U.S. IMMIGRATION BEFORE 1965. Immigration in the mid-19-th 
century. http://www.history.com/topics/u-s-immigration-before-1965 
151
 Bahar Muradova: “Suriya erməniləri Qarabağda məskunlaşdırılır” 
http://www.news.lent.az/news/166400 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə