157
təkcə dörd ştatda məskunlaşmışdır. 2008-ci ilin məlumatına
əsasən Meksika immiqrantlarının yarıdan çoxu 10 metropolitan
ərazidə yaşayır. 2000-2008-ci illərdə ABŞ-ın 11 ştatında
Meksika doğumlu vətəndaşların sayı təqribən hər birində 50
min nəfərdən çox olaraq artmışdır: Texasda-517 min nəfər,
Kaliforniyada-326 min nəfər, Arizonada 175 min nəfər,
İllinoysda-102 min nəfər, Corciyada -92 min nəfər, Nevadada-
80 min nəfər, Şimali Karolinada-79 min nəfər, Nyu-Yorkda-74
min nəfər, Koloradoda-69 min nəfər, Floridadada-68 min nəfər,
Vaşinqtonda isə 61 min nəfər artım qeydə alınmışdır.
210
2008-
ci ildə hər beş Meksika immiqrantında ikisi Meksikanın altı
ştatından gəlmələrdən ibarət olmuşdur. Meksika hökumətinin
2008-ci il tarixli məlumatına əsasən, 2008-ci ildə ABŞ-a daxil
olmuş Meksika vətəndaşlarının yarısına qədəri Meksikanın altı
ştatından daxil olmuşdur: Chiapas (14,2 faizi), Guanajuato (8,6
faizi), Oaxaca (7,2 faizi), Sonora (6,9 faizi), Michoacan (6,5
faizi), Veracruz (5,8 faizi). Bundan əlavə, Mexiko (5,7 faiz),
Jalisco (5,3 faiz) kimi ştatlar da immiqrant göndərmişlər.
211
Meksika immiqrantları daha çox 2000-ci illərdə və sonra
gələnlərdən ibarətdir. 2008-ci ilin məlumatına əsasən, Meksika
immiqrantlarının dörddə üç hissəsi yaşlı insanlardan ibarət
olmuşdur. 2008-ci ilin məlumatına əsasən Meksika immiqrant-
larının çox hissəsi ABŞ vətəndaşlığını qəbul etməmişlər.
212
Meksikalıların yarıdan çoxunun ali təhsili yoxdur.
Meksikada doğulmuş və ABŞ-da işləyən şəxslərin təqribən 40
faizi tikintidə, nəqliyyatda və hasilatda çalışırlar. 2008-ci ilin
məlumatına görə ABŞ-da yaşayan Meksika doğumlu şəxslərin
3,4 milyon nəfəri qanuni daimi rezidentlərdən ibarət olmuşdur.
2009-cu ildə ABŞ-da yaşayan qeyri-leqal şəxslərin 62 faizini
210
Aaron Terrazas. Mexican İmmigrants in the United States. February 22,
2010. http://www.migrationpolicy.org/article/mexican-immigrants-united-
states-0
211
Yenə orada.
212
Yenə orada.