Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə47/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   43   44   45   46   47   48   49   50   ...   72

146 
 
miqrasiyasına  qısa  tarixi  ekskursiya  etsək,  tarixçilərdən 
öyrənə bilərik ki, ilk dəfə amerikaya qədəm qoyanların bəziləri 
(burada avropalılar nəzərdə tutulur) öz dini inanclarını həyata 
keçirmək azadlıqlarını axtaranlar olublar. 1620-ci ildə sonradan 
zəvvarlar kimi tanınan və Avropada dini təqiblərə məruz qalan 
təxminən  100  nəfərlik  qrup  (bəzi  mənbələrdə  102  nəfər 
göstərilir) indiki Pilmut (Massaçusets ştatında yerləşir) yaşayış 
məskəninə  gələrək  orada  koloniya  yaratmışlar.  Onlar  öz 
arxasınca dini azadlıq axtaran çox böyük bir qrupu gətirmişlər, 
hansılar  ki,  Massaçusets  Körfəz  Koloniyasını  yaratmışdılar. 
Bəzi  hesablamalara  görə,  1630-1640-cı  illər  arasında  20  min 
nəfər Puritan bölgəyə miqrasiya etmişdir.
170
 
 
1638-ci  ildə  isveçlilərin  Amerikaya  miqrasiyası  başla-
mışdır.  Pilgrimlərdən  (zəvvarlardan)  fərqli  olaraq,  isveçlilər 
dini  təqiblərə  məruz  qalanlar  deyildilər,  onlar  İsveç  hökuməti 
tərəfindən təşkil olunmuş kolonial qrup idi.
171
 
İmmiqrantların  çox  böyük  əksəriyyəti  iqtisadi  imkanlar 
axtaranlar  olmuşlar.  Avropada  bəzi  cinayət  törədənlər, 
cinayətdə təqib olunanlar da Amerikada sığınacaq qazanmışlar. 
Bundan  əlavə  minlərlə  ingilis  məhkumları  muzdlu  nökərlər 
kimi  Atlantik  okeanından  keçməklə  Amerikaya  göndərilib.
172
 
İmmiqrantların digər bir qrupu isə kolonializm dövründə Qərbi 
Afrikadan  gələn  qullar  olublar.  Amerika  quldarlığı  barədə  ilk 
qeydlər  1619-cu  ildə  Virginiya  ştatının  Ceymstaun  şəhərində 
məcburən  köləliyə  məhkum  olunmuş  təqribən  20  nəfər  Afrika 
qulunun adını göstərir.
173
 1680-ci ildə America koloniyalarında 
təxminən 7 min nəfər  Afrika qulu var idi. 1790-cı ildə onların 
                                                 
170
 U.S. IMMIGRATION BEFORE 1965. http://www.history.com/topics/u-
s-immigration-before-1965 
171
 USA Immigration History. European Migration. 
http://www.rapidimmigration.com/1_eng_immigration_history.html 
172
 Yenə orada. 
173
 U.S. IMMIGRATION BEFORE 1965. Immigration in the Colonial Era. 
http://www.history.com/topics/u-s-immigration-before-1965  


147 
 
sayı,  bəzi  hesablamalara  görə,  yeddi  yüz  min  nəfərə  çatmışdı. 
1808-ci  ildə  Kongress  Amerikaya  qulların  idaxlını  qanunla 
qadağan  etmişdi,  lakin  praktiki  olaraq  işlər  həyata  keçirilirdi. 
ABŞ-da  1861-1865-ci  illərdə  baş  vermiş  vətəndaş  müharibəsi 
təqribən 4 milyon nəfər qulun azad olunması ilə nəticələndi.
174
 
Dəqiq rəqəmlər bəlli deyil, ancaq belə güman olunur ki, XVII-
XIX  əsrlər  arasında  bey  yüz  mindən  altı  yüz  əlli  min  nəfərə 
qədər afrikanlı Amerikaya gətirilmiş və qul kimi satılmışdır.
175
 
1815-1865-ci  illər  arasında  Amerikaya  qədəm  qoyan  yeni 
gələnlər  arasında  Şimali  Avropa  və  Qərbi  Avropadan  olanlar 
üstünlük  təşkil  edirdi.  1840-cı  ildə  Amerika  immiqrantlarının 
demək olar ki, yarısı İrlandiyadan gəlmə idilər.
176
  
Belə  bir  araşdırma  məlumatı  var  ki,
 
Avropalılar  və 
Afrikalılar  daha  çox  1500-1840-cı  illər  arasında  Amerikaya 
qədəm 
qoymuşlar. 
Onlar 
Şimali 
Amerikada, 
Cənubi 
Amerikada  və  Karib  hövzəsində  məskunlaşmışlar.  Bu  illər 
ərzində  Avropalılar  milyonlarla  Qərbi  Afrikalını  məcburi 
əməyə  məhkum  etmişlər  və  ABŞ-a  gətirərək  onları  şəkər, 
pambıq  və  tütün  plantasiyalarında  işlətmişlər.
177
 1793-cü  ildə 
Afrika  qul  üsyançıları  ilk  müstəqil  Karib  hövzəsi  dövləti  olan 
Haitini  yaratmışlar.
178
 1840-1880-ci  illər  arasında  Avropadan 
yeni bir qrup ABŞ-a miqrasiya etmişdir. Bunlar britaniyalıların 
təqiblərinə  məruz  qalmış  və  aclığa  düçar  olmuş  irlandiyalılar 
idilər. ABŞ-da onlar fabrik işçilərinə çevrilmişlər, dəmiryolları 
və  kanallar  tikintisinə  kömək  edirdilər  və  əmək  hərəkatının 
                                                 
174
 U.S. IMMIGRATION BEFORE 1965. Immigration in the Colonial Era. 
http://www.history.com/topics/u-s-immigration-before-1965   
175
 Yenə orada. 
176
 Yenə orada. 
177
 A brief History of Immigration to the United States. Prepared by Alan 
Singer, Department of Curriculum and Teaching. Hofstra University School 
of Education. 
http://people.hofstra.edu/alan_i_singer/294%20Course%20Pack/6.%20Imm
igration/115.pdf 
178
 Yenə orada. 


148 
 
iştirakçıları  idilər.  Skandinaviyalılar  geniş  şəkildə  orta  şərqdə 
yerləşmişdilər.
179
 
İrlandiyalılar  ölkənin  şərq  sahillərinə  sığınırdılar.  1820-
1830-cu  illər  arasında  4,5  milyon  nəfər  irlandiyalı  ABŞ-a 
emiqrasiya  etmişdir.
180
 1800-cü  illərin  ortaları  dövründə 
kifayət qədər Asiyalı ABŞ-a emiqrasiya etmişdir. 1850-ci illərə 
qədər 25 min nəfər çinli miqrant köç etmişdir.
181
 
1850-ci  ildə  ABŞ-da  2,2  milyon  nəfər  miqrant  qeydə 
alınmışdır. Bu, demək olar ki, ölkə əhalisinin təxminən 10 faizi 
demək idi.
182
  
1880-1920-ci  illər  arasında,  kəskin  urbanizasiya  və 
sənayeləşmə zamanında Amerika 20 milyondan çox immiqrant 
qəbul  etmişdir.  1890-cı  illərin  başlanğıcında  ABŞ-a  gələnlərin 
çox hissəsi Mərkəzi, Şərqi və Cənubi Avropadan idilər. 1920-ci 
ilə olan məlumata əsasən, italyanlıların sayı 4 milyon nəfərdən 
ibarət  idi.  1880-1920-ci  illər  arasında  2  milyon  yahudi  ABŞ-a 
köç etmişdir.
183
  
Almanlar  da  müharibələrdən  və  inqilablardan  əziyyətlərə 
düçar  olaraq  ABŞ-a  mühacirət  etmişlər. Çoxlu sayda almanlar 
təcrübəli 
işçilər 
olmuşlar 
və 
onlar 
yeni 
şəhərlərdə 
məskunlaşmışlar.  Hal-hazırda  onlar  böyük  bir  etnik  qrupa 
                                                 
179
 A brief History of Immigration to the United States. Prepared by Alan 
Singer, Department of Curriculum and Teaching. Hofstra University School 
of Education. 
http://people.hofstra.edu/alan_i_singer/294%20Course%20Pack/6.%20Imm
igration/115.pdf 
180
 U.S. IMMIGRATION BEFORE 1965. Immigration in the mid-19-th 
century. http://www.history.com/topics/u-s-immigration-before-1965  
181
 Yenə orada. 
182
 Chiamaka Nwosu, Jeanne Batalova, and Gregory Auclair. Frequently 
Requested Statistics on Immigrants and Immigration in the United States. 
28 april 2014. http://www.migrationpolicy.org/article/frequently-requested-
statistics-immigrants-and-immigration-united-states  
183
 U.S. IMMIGRATION BEFORE 1965. European Immigration: 1880-
1920. http://www.history.com/topics/u-s-immigration-before-1965 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə