Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə43/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   39   40   41   42   43   44   45   46   ...   72

133 
 
sayəsində  dünyanın  məkan  üzrə  təbii  əhali  nisbəti  pozulur  və 
bu  da  özlüyündə  dünyanın  güc  mərkəzlərinin  yaranmasına 
gətirib  çıxarır.  Dünyanın  immiqrant  mərkəzləri  artan 
potensialdan  istifadə  edərək  ətraf  kiçik  dövlətlərə  qarşı  təzyiq 
metodlarından  istifadə  edirlər.  Məsələn,  Rusiya  keçmiş  SSRİ 
məkanına məhz bu amildən təzyiq vasitəsi kimi yararlanır.  
Miqrasiya dünya üzrə makro və mikro problemləri yaradır. 
Makro  problemlər  əsasən  qeyri-tarazlı  inkişafa  səbəb  olur. 
Məsələn,  işçi  qüvvələri,  elmi  potensial,  kadr  axını  daha  çox 
inkişaf etmiş ölkələrdə cəmləşir. “Beyin axını” beyini buraxan 
ölkənin  elmi-texniki  baxımdan  geridə  qalmasına  xidmət  edir. 
Miqrasiyanın  mənfi  xüsusiyyətlərindən  biri  də  onun  dünya 
münasibətləri  sistemində  qeyri-tarazlığı  yaratmasından  ibarət 
olur. Dünyanın elmi potensialı müəyyən istiqamətlərə axın edir, 
axın  etmiş  elmi  potensial  birtərəfli  inkişafın əsaslarını  yaradır. 
Miqrasiya  özünün  arxasınca  yeni  miqrasiya  axınlarını  yaradır 
və  bu  da  inkişafın  daha  da  sürətlənməsinə  səbəb  olur.  İnkişaf 
etmiş  cəmiyyətlərdə  olan  sosial  sıçrayış  əks  cəmiyyətlərdə 
uyğunsuzluğu meydana gətirir. Miqrasiyanın meydana gətirdiyi 
problemlərdən  biri  də  gənclərin  ölkəni  tərk  etmələri  ilə  maddi 
resurlar  arasında  ardıcıl  əlaqələrin  qırılması  amilləri  olur.  Bu 
da ölkənin gələcək taleyini şübhələr altında qoyur.  
Beynəlxalq  miqrasiyaya  təkan  verən  və  dövlətlər 
tərəfindən  sadələşdirilmiş  siyasət  də  mövcuddur.  Beynəlxalq 
miqrasiyanı  meydana  gətirən  səbəblər  içərisində  dövlətlərin 
immiqrantlar üçün sadələşdirilmiş pasport rejimlərini də tətbiq 
etmələri olur. Məsələn, 2914-cü ilin aprel ayının 21-də Rusiya 
prezidenti  V.Putin  “Rusiya  Federasiyasının  vətəndaşlığı” 
haqqında  Federal  Qanununa  və  Rusiya  Federasiyasının  ayrıca 
qanunvericilik aktlarına  dəyişiklik edilməsi haqqında” Qanunu 
imzaladı.  Bu  qanun  layihəsi  4  aprel  2014-cü  ildə  Dövlət 
Dumasında  qəbul  olunub  və  həmin  ilin  aprel  ayının  16-da 
Federsaiya  Şurası  tərəfindən  bəyənilibdir.  Bu  qanuna  əsasən, 
Rusiya 
Federasiyası 
ərazisində 
yaşayan 
xaricilər 
və 


134 
 
vətəndaşlığı olmayan şəxslər və rus dilini bilən hesab olunanlar 
sadələşdirilmiş  sxemlə  Rusiya  pasportu  ala  bilərlər.  Xüsusilə, 
yeni  qanuna  əsasən,  Rusiya  ərazisində  onların  yaşamağının 
müddətinin  və  iddiaçıların  yaşayış  növünün  əhəmiyyəti  vacib 
olmayacaq.
152
 
 
Bununla  yanaşı,  həmvətənlərin  öz  ölkələrinə  daimi 
yaşamaq üçün qayıtmalarını də bir metod kimi istifadə edirlər. 
Məsələn,  Rusiyada  xaricdə  yaşayan  rusların  öz  doğma 
vətənlərinə  (Rusiyaya)  qayıtmaları  haqqında  dövlət  proqramı 
mövcuddur.  (“Xaricdə  yaşayan  həmvətənlərin  Rusiya 
Federasiyasına  könüllü  köçmələrinə  kömək  haqqında 
Dövlət  Proqramı”-Dövlət  rəhbərinin  2012-ci  il  14  sentyabr 
tarixli,  637  №  -li  Sərəncamı  ilə,  həmçinin  14  iyin  2013-cü  il 
tarixli,  565  №  -li  Sərəncamı  ilə  təsdiq  olunmuşdur).  Dövlət 
proqramının məqsəd və vəzifələlərində aşağıdakılar göstərilir: 
a)  həmvətənlərin  Rusiya  Federasiyasında  daimi  yaşamaq 
üçün  könüllü  olaraq  köçmələri  prosesini  təşkil  etmək  və 
stimullaşdırmaq; 
b) regionların sosial-iqtisadi inkişafına yardım göstərmək; 
v) ilk növbədə prioritet əhəmiyyətli köçürülmə ərazilərində 
demoqrafik problemlərin həlli. 
Qarşıya  qoyulan  məqsədlərə  çatmaq  üçün  aşağıdakı 
vəzifələr müəyyən olunur: 
a)  həmvətənlərin  Rusiya  Federasiyasına  daimi  yaşamaları 
üçün  köçüb  gəlmələrini  təmin  etməyə  qabil  olan,  vacib 
informasiya müşayiətini təmin etmək də daxil olmaqla, onların 
qəbul  edən  cəmiyyətlərlə  davamlı  pozitiv  sosial  əlaqələrə 
qoşulmasını  sürətləndirən  siyasi,  sosial-iqtisadi  və  təşkilati 
şəraitlərin yaradılması; 
b)  Dövlət  Proqramı  çərçivəsində  Rusiya  Federasiyası 
Konstitusiyasına  və  federal  qanunlarına  müvafiq  olaraq, 
                                                 
152
 Путин упростил выдачу гражданства РФ для носителей русского 
языка. 21 апреля 2014 года. www.interfax.ru/russia /372800 


135 
 
həmvətənlərin 
Rusiya 
Federasiyasına 
könüllü 
köçmə 
proseslərinin normativ-hüquqi tənzimlənməsi
v)  Rusiya  Federasiyasına  könüllü  köçmənin  təşkilati 
mexanizmlərinin formalaşdırılması; 
q)  Dövlət  Proqramı  iştirakçılarının  mümkün  tərkibinin 
Rusiya  Federasiyası  ərazisində  köç  etmələri  hərəkətinin, 
məskunlaşmalarının, 
sosial 
və 
tibbi 
təminatlarının 
monitorinqinin həyata keçirilməsi
d) regional köç proqramlarının və köç layihələrinin işlənib 
hazırlanması 
Digər  bəndlər  də  yer  alıbdır.  Proqramda  həmçinin  bu 
proqramın  realizasiyası  və  maliyyələşdirilməsi  də  nəzərdə 
tutulur.  Federal  büdcə  vəsiatlərinin  xərclənməsi  öz  əksini 
tapır.
153
 
 
Rusiya prezidenti Vladimir Putin belə bir fikir bildirirdi ki, 
bir  il  ərzində  Rusiyaya  nizamlı  səviyyədə  300  min  nəfər 
immiqrant  qəbul  etmək  lazımdır.  Bu  məsələdə  ilk  növbədə 
yaxın  və  uzaq  sərhədlərdə  yaşayan  həmvətənlərə  üstünlük 
verilməlidir.  Bununla  yanaşı,  ixtisaslaşmış  və  gənc  təbəqədən 
olan  xarici  vətəndaşların  ölkəyə  immiqrasiyasını  təmin  etmək 
lazımdır.
154
  
 Sovetlər İttifaqı ərazisində doğulmuş insanlar üçün Rusiya 
vətəndaşlığını  alma  prosedurunun  sadələşdirilməsi  haqqında 
                                                 
153
 Государственная Программа по оказанию содействия 
добровольному переселению в Российскую Федерацию 
соотечественников, проживаюших за рубежом. Утверждена Указом 
Президента Российской Федерации от 22 июня 2006 г., № 637 (в 
редакции Указа Президента Российской Федерации от сентября 2012 
г.№1289). 
www.pravo.gov.ru/proxy/ips/?docbody=&nd=102319814&intelsearch=%D
3%EA%E0%E7%E0+ 
154
 Государственная Программа по оказанию содействия 
добровольному переселению в Российскую Федерацию 
соотечественников, проживаюших за рубежом. Официальный сайт 
ФМС России. www.fms.gov.ru/programs/fmsuds/ 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə