Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə39/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   35   36   37   38   39   40   41   42   ...   72

119 
 
İkinci  məsələdə  isə  ölkə  müharibə  təhlükəsi  ilə  üz-üzə 
qalır,  vətəndaş  müharibəsi  və  beynəlxalq  müharibə  baş  verir. 
Hər  iki  məsələdə  xüsusilə  qonşu  ölkələrlə  sərhəd  ərazilərində 
gərgin  rejimlər  yaşanır.  Məsələn,  bu  kimi  hala  misal  olaraq 
qeyd  etmək  olar  ki,  2013-cü  ilin  avqust  ayının  sonlarının 
statistik  məlumatına  əsasən,  Suriyada  daxili  müharibənin 
başlamasından sonra, son üç ildə Livana 700 min, İordaniyaya 
500 min, Türkiyəyə 400 min, İraqa 150 min suriyalı sığınıb.
138
  
Ölkələrarası 
müharibələrdən, 
eləcə 
də 
vətəndaş 
müharibələrindən meydana gələn qaçqınlılıq həyatına (məcburi 
miqrasiyaya)  həmçinin  son  zamanlarda,  2014-cü  ilin  mart 
ayından  başlayaraq,  Ukraynanın  Cənub-Şərqində  və  Şərqində, 
bu  baxımdan  Donetsk  və  Luqansk  vilayətlərində  baş  verən 
böhranların  (vilayətlərdə  yaradılmış  yerli  silahlı  qrupların 
vilayətləri  Xalq  Respublikaları  elan  etmələri  və  qeyri-qanuni 
silahlı  birləşmələrin  Ukraynanın  mərkəzi  hakimiyyətinə  tabe 
olmamaları  və  bu  səbəbdən  də  Ukrayna  silahlı  qüvvələri  ilə 
yerli  qüvvələr  arasında  müntəzəm  silahlı  toqquşmaların 
meydana  gəlməsi  ilə  xarakterizə  olunan  hərbi-siyasi  böhran) 
yaratdıqları  məcburi  köç  hallarını  da  misal  göstərmək  olar. 
Belə  ki,  BMT-nin  humanitar  yardım  üzrə  əlaqələndiricisi 
Valeri Eymos 2014-cü ilin iyun ayında bəyan edirdi ki, BMT-
nin qaçqınlar üzrə agentliyində 19 min qaçqın barədə məlumat 
var. Daha 15 min nəfər BMT-nin bilavasitə müşahidə etmədiyi 
bölgələrdən  qaçqın  düşüb.  2014-cü  ilin  mayında  BMT 
Ukraynada  10  minə  yaxın  qaçqının  olduğunu  bildirmişdi. 
Həmin  vaxt  söhbət  ilk  növbədə  Krım  tatarlarından  gedirdi. 
Hazırda  isə  Ukraynanın  Donetsk  və  Luqansk  vilayətlərində 
əhali atəşə tutulma və ərzaq çatışmamazlığı ilə üzləşib.
139
 
 
                                                 
138
 Suriyanı tərk edən əhalinin sayı artıb. Ölkədə hərbi əməliyyatların 
keçiriləcəyini eşidən əhali ölkəni tərk edir. 30 avqust 2013. 
www.interaztv.com/world/766  
139
 BMT: “Ukraynalı qaçqınların sayı 34 minə çatır”. 17.06.2014. 
http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=277873 


120 
 
Universal gözlənilməyən nəticələrə, yəni cari olmayan, tez-
tez  meydana  gəlməyən  nəticələrə  deportasiyaları,  deporta-
siyalardan 
meydana 
gələn 
qaçqınlılığı 
və 
məcburi 
köçkünlülüyü  aid  etmək  olur.  Hansı  ki,  bu  kimi  halların 
kökündə  səbəb  kimi  əsasən  ərazi  iddiaları,  etnik  təmizləmə 
siyasəti,  mədəni  və  dini  dözümsüzlük  dayanır.  Məsələn, 
azərbaycanlıların  indiki  Ermənistan  ərazisindəki  tarixi-etnik 
torpaqlarından  köçürülməsi  haqqında  SSRİ  Nazirlər  Sovetinin 
23 dekabr 1947-ci il tarixli qərarı qəbul olunmuşdur. Bu qərarla 
Ermənistanın  22  rayonundan  100  min  azərbaycanlının 
köçürülməsi nəzərdə tutulmuş, lakin plan artıqlaması ilə yerinə 
yetirilmişdir.  Bu  repressiya  və  deportasiya  sayəsində  24 
rayondan  və  İrəvan  şəhərindən  (200-dən  artıq  yaşayış 
məntəqəsindən) 
təqribən 
100 
min 
nəfər 
azərbaycanlı 
deportasiya  edilmişdir.
140
 Eləcə  də  məlum  Ermənistan-
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  nəticəsi  olaraq 
ölkə  daxilindən  və  Ermənistandan  bir  milyondan  çox  insan 
məcburən köçürülmüşdür. Digər bir faktı da qeyd etmək yerinə 
düşər  ki,  vaxtilə  Krım  tatarları  öz  doğma  yurdlarından 
köçürülmüşlər.  Məsələn,  1944-cü  ilin  may  ayının  11-də  Sovet 
hökumətinin  qərarı  ilə  Krımda  yaşayan  tarixi  yerli  tatarlar 
(Krım türkləri) Özbəkistana, Ural və Sibirə sürgün edildilər. Bu 
sürgünlər  zamanı  yüz  mindən  az  olmamaqla  insan  tələf 
olmuşdur.
141
  
Qeyd  olunduğu  kimi,  köçün  sürgünlə  (köçün  sürgün 
forması-köçün  məcburi  forması)  nəticələnən  halları  da 
meydana  gəlmişdir.  XX  əsr  boyu  azərbaycanlılar  sürgünlərə 
məruz qalmışdır. Bu forma əsasən universal və fərdi qaydada 
məcburi  formanın  tərkib  hissəsi  kimi  qeyd  olunmalıdır. 
Sürgünlərin  həmçinin  siyasi  forması  da  mövcuddur  ki,  bu  da 
                                                 
140
 1948-1953-cü illər deportasiyası. İrəvan şəhəri. www.iravan.info/1948-
1953_deportasiyasi/ 
141
 Doç. Dr. Hakan Kırımlı (Bilkent Universitesi). Kırım tatarları kimdir? 
www.kirimdernegi.org.tr/sayfa.asp?id=456 


121 
 
siyasi  və  ictimai  baxışlarına  görə  təqib  olunan  insanlara  aid 
edilir.  Məsələn,  XX  əsrin  20-40-cı  illəri  ərzində  milli  ruhda 
yaşayan  və  vətənpərvər  Azərbaycanlı  ziyalıların  böyük 
əksəriyyəti  Stalin  repressiyalarına  məruz  qalmışdır.  (Qeyd: 
belə  bir  statistik  məlumat  var  ki,  Stalinin  repressiyaları-
“əksinqilabçı, “trotskiçi”, “casus”, “millətçi”, “üsyançı” kimi 
müxtəlif  ittihamlarla  məhkum  edilmə,  məhkum  edilərək 
sürgün  edilmə  və  öldürülmə-  dövründə  SSRİ-də  1575259 
adam  həbs  olunmuşdur.  Bunlardan  173382  nəfəri  guya 
“əksinqilabi”  iş  apardığına  görə  cəzaya  məruz  qalmışdır, 
1344923 
nəfər 
məhkum 
edilmiş, 
681692 
nəfər 
isə 
güllələnmişdir.  Repressiya  illərində  100  min  nəfərə  yaxın 
Azərbaycan  ziyalısı,  elm,  mədəniyyət,  təhsil  və  din  adamları 
Sibirə,  Qazaxıstana  və  digər  yerlərə  sürgün  edilmişdir. 
Əhalinin  hər  min  nəfərinə  düşən  repressiya  qurbanlarının 
sayına  görə  Azərbaycan  birinci  yerdə  qərarlaşmışdır.  Sonrakı 
yerləri isə Özbəkistan, Ukrayna və RSFSR tuturdu).
142
 
Bununla yanaşı, ölkələr daxilində baş verən təbii fəlakətlər 
də  universal  gözlənilməyən  (zəruri  miqrasiyanın  forması 
kimi) miqrasiyaya gətirirb çıxarır.  
Fərdi  və  qurup  halında  məcburi  (universal)  miqrasiyaya 
(buna  zorakı miqrasiya da  demək  olar) səbəb  olan  faktorları 
tərkib baxımından aşağıdakılar kimi təsnif etmək olar:  
–  kökündə  dayanan  faktorlar-etnik  təmizləmə  istəyi,  etnik 
nifrət, mədəni dözümsüzlük, dini dözümsüzlük
–  prosesin  həyata  keçməsinə  şərait  yaradan  prosesli 
faktorlar-vətəndaş  müharibələri,  dövlətlərarası  müharibələr, 
münaqişələr, böhranlar və s. 
                                                 
142
 Boran Əziz, Bakı Dövlət Universitetinin tarix fakultəsinin dosenti, tarix 
elmləri namizədi. Repressiyaya məruz qalan alimlər. Bakı Dövlət 
Universiteti. Mətbuat və informasiya şöbəsi. “Azərbaycan” qəzeti, 02 
oktyabr 2009-cu il. 
http://www.press.bsu.edu.az/azcontent/repressiya_mruz_qalan_alimlr27122
010055731 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə